Türkiyə Silahlı Qüvələrinin Operativ-Taktiki Raket Kompleksi - BORA

2021/04/1-1617947588.jpg
Oxunub: 895     10:32     10 Aprel 2021    
Türkiyə yerləşdiyi coğrafi mövqeyinə və son iki onillikdə baş verən aktiv hərbi-siyasi hadisələrin fonunda həm daxili, həm də xarici təhlükəsizliyini təmin etmək üçün müadiə sənayesinin inkişafına böyük diqqət yetirməkdə davam edir. Türkiyənin hər keçən gün artan hərbi, siyasi və strateji əhəmiyyəti, onun regional və qlobal sahədə əhəmiyyətli bir aktyora çevrilməsinə imkan verir.

Türkiyə Silahlı Qüvələrinin əldə etdiyi üstün mövqeyi qorumaq və inkişaf etdirmək, müdafiə sənayesi sahəsində çalışan yerli şirkətlərin və milli istehsalın dəstəklənməsi üçün əlaqəli və planlı tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsindən biri də Türkiyənin istehsal etdiyi və artıq silahlanmaya qəbul etdiyi operativ taktiki raket komplekslərinin inkişaf etdirilməsindən ibarətdir.

Ordu.az bu dəfə oxuculara TSQ-nin qüruru hesab edilən yerli BORA operativ taktiki raket kompleksləri, onların istehsalçısı, təyinatı, raketləri, quraşdırıldığı platformalar, stat strukturu, kompleksin xüsusiyyətləri, OTRK batareyasının tərkibi, imkanları və taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verəcək.

OTRK-nın təyinatı

Operativ taktiki raketləri düşmənin canlı qüvvəsini, idarəetmə və təminat mərkəzləri kimi vacib hədəflərini məhv etmək üçün nəzərdə tutulur. Bu raketlərin hədəfləri aşağıdakılar ola bilər:

- Yüksək dəqiqliklə təyin edilən strateji obyektlər;
- Artilleriya və Hava Hücumundan Müdafiə sistemləri;
- RLS mövqeləri;
- Toplanma rayonları;
- Təminat mərkəzləri;
- Komanda, İdarəetmə və Rabitə məntəqələri;
- Digər yüksək prioritetli vacib hədəflər.

BORA raketi aviasiya üçün qapalı elan olunan və ya onlar üçün təhlükəli olan ərazilərdə yerləşən düşmənin mühüm hədəflərinə qarşı da istifadə edilə bilər.

İstehsalçı

Türkiyənin müdafiə şirkətlərinin ümumi sayı 1500-ə yaxındır. Yerli sənaye dövriyyəsi 1 milyard dollardan 10.8 milyard dollara yüksəlib, ixrac isə 248 milyon dollardan 3 milyard dollara qədər artıb. Bu nəticələrində əldə edilməsində ROKETSAN şirkəti də mühüm rol oynayıb.

ROKETSAN şirkəti 1988-ci il iyunun 14-də Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə TSQ-nin sursat və raket ehtiyaclarını qarşılamaq, ölkədə raket və sursat dizaynı, inkişafı və istehsalı sahəsində aparıcı bir quruma sahib olmaq məqsədi ilə qurulub.

ABŞ-ın "Defense News" nəşrinin bu il açıqladığı dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətini siyahısında 91-ci yeri tutan ROKETSAN ölkənin xarici silah sistemlərindən asılılığını azaltmaq üçün fasiləsiz olaraq əhəmiyyətli layihələrə imza atır.

Sursat və raket istehsalında Türkiyə lideri olan şirkət, istehsal etdiyi məhsulların çeşidini quru, hava və dəniz silah sistemlərini əhatə etməklə genişləndirir.

ROKETSAN hazırda operativ taktiki raketlər, ballistik raketlər, idarəolunan və idarəolunmayan sursatlar, atıcı qurğular, yaylım atəşli reaktiv sistemlər, raket yanacaqları, aşkarlama, tuşlama və idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr və s. istehsal edir, həmçinin alqoritmləri, sistemlərin proqram təminatını, silah və sistemlərin quru, hava, dəniz və sualtı platformalarına inteqrasiyasını, logistika xidmətlərini, peyk buraxma sistemlərinin inkişafını və s. həyata keçirir.

TSQ-nin OTRK-ları

TSQ-nin hazırda istifadə etdiyi OTRK-lar arasında yerli BORA-dan başqa ABŞ və Çin raketləri mövcuddur. TSQ ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən istehsal edilən ATACMS (Army TACtical Missile System- Ordu Taktiki Raket Sistemi) operativ taktiki raket komplekslərinin 12 ədəd atıcı qurğusuna və 120 ədəd raketinə malikdir. 2.3 milyon dollara satılan qatı yanacaqlı raket 165 km atəş məsafəsinə malikdir.

Türkiyənin istifadəsində olan Çinin B-611 qısa mənzilli ballistik raketi isə CPMIEC ("China Precision Machinery Import-Export Corporation" – Çin Həssas Maşın İdxal-İxracat Korporasiyası) tərəfindən hazırlanıb. Qatı yanacaqlı raket 150-400 km atəş məsafəsinə malikdir.

B-611 raketinin hazırlanmasına 1995-ci ildə başlanıb. İlk dəfə 2004-cü ildə göstərilən raket 2006-cı ilin sonunda yenilənib. Türkiyənin yenilənən raketlərin özünü və ya istehsal lisenziyasını əldə etdiyi dəqiq məlum deyil. Biz bu dəfə əsasən yerli BORA raketlərininə geniş diqqət yetirəcəyik.

BORA

Türkiyə Silahlı Qüvvələrinin arsenalında mövcud olan və 50-280 km atəş məsafəsinə malik BORA raketləri ilk dəfə ictimaiyyətə 2017-ci ildə Əbu Dabidə keçirilən IDEX-2017 müdafiə sənayesi sərgisində təqdim edilib. Dünyanın tanınmış türk müdafiə sənaye şirkətlərindən olan ROKETSAN-ın ən təhlükəli məhsullarından biri olan BORA raketləri ixrac versiyası üçün KHAN adı ilə istehsal edilir. Hazırda BORA-1 versiyası aktiv istismardadır. BORA-2 raketinin hazırlanması istiqamətində çalışmalar davam edir.

Sınaqları

2009-cu ildən hazırlanan BORA kompleksinin sınaqları 2017-ci ildə Qara dənizdə keçirilib. Bu kompleks Çinin B-611 OTRK-sına daha çox oxşayır. Çin bu kompleksləri əsasən Körfəz ölkələrinə satmaq üçün nəzərdə tuturdu. Türkiyənin NATO ilə uyğunluq problemi səbəbindən onların alınması ilə bağlı hansı qərar verdiyi məlum deyil.

Tətbiqi

BORA-nın ilk döyüş tətbiqi 2019-cu ilin mayın 17-də TSQ-nin İraqın şimalında keçirdiyi "Pəncə" əməliyyatı çərçivəsində terror hədəflərinin havadan və qurudan bombardman edilməsi zamanı baş tutub. 5 ton kütləyə və 470 kq döyüş başlığına malik Türkiyənin ilk yerli milli raketi sistemi olan BORA-nın terror obyektlərinə ilk döyüş zərbəsi Bitlisin Derecek rayonundan endirilib.

ÇMRS

Bu raketlər 8×8 Taktiki Təkərli Vasitə üzərinə quraşdırılan ROKETSAN-ın çoxməqsədli raket sisteminin (ÇMRS) atıcı qurğusundan buraxılır. 8×8 Taktiki Təkərli Vasitə kimi Belarusun 4 oxlu "Volat" daşıyıcılarından istifadə edilir. ÇMRS 16-280 km məsafədə kritik hədəflərə dəqiq və vaxtında atəş açılmasını təmin edən universal platformadır.

ÇMRS universal atıcı qurğu olaraq BORA raketlərindən başqa TR-122, TRB-122, TRG-122, TRG-230, TRG-300 və TRG-300K raketlərinin buraxılmasını və yüksək hərəkətliliyini təmin edən platformadır. İstifadəçinin sifarişinə uyğun olaraq ÇMRS bənzər xüsusiyyətləri olan digər taktiki təkərli platformalara da quraşdırıla bilər.

Batareyanın texniki tərkibi

BORA ilə silahlanan batareyanın texniki tərkibi aşağıdakı kimi ola bilər:

Komanda idarəetmə maşını;
Atıcı qurğu;
Sursat təchizatı maşını;
Meteoroloji stansiya;
Təmir-bərpa maşını;
Köməkçi vasitələr.

Kompleksin xüsusiyyətləri

Polad və ya kompozit konteynerdən atıcı qurğu;
Yük maşını üzərində yerləşən kran;
Avtomatik istiqamətləndimə;
Naqilli/naqilsiz səsli rabitə sistemi;
Hidravlik sabitləşdirmə sistemi;
İnteqrasiya olunan yerüstü ölçmə cihazları;
Kabinin təzyiq sistemi (sifarişlə);
Enerji təchizatı və onun paylanma sistemi;
Kabinin daxilindən və ya uzaqdan atəş açmaq qabiliyyəti;
5 dəqiqədən az müddətdə ərazidə yerləşmə bacarığı;
Zirehlənmə (sifarişlə).

OTRK batareyasının tərkibi

Türkiyənin BORA OTRK batareyası malik olduğu atəş və dəstək vasitələri ilə diviziondan asılı olmayaraq, müstəqil şəkildə vəzifələrini icra edə biləcək şəkildə təşkil edilib. Bu batareyanın tərkibi rəsmi olaraq açıqlanmır. Lakin onların təxminən YARS batareyaları ilə oxşar tərkibə malik olduqları ehtimal edilir. OTRK batareyası aşağıdakı sayda atəş və dəstək vasitələrinə malik ola bilər:

Komanda idarəetmə maşını - 1 ədəd;
Atıcı qurğu - 3-4 ədəd (YARS-da 6 ədəddir);
Sursat təchizatı maşını - 3-4 ədəd (YARS-da 6 ədəddir);
Meteoroloji stansiya - 1 ədəd;
Təmir-bərpa maşını - 1 ədəd;
Köməkçi vasitə - 1ədəd.

Batareyada mövcud olan nəqliyyat vasitələrinin növü və sayı döyüş tapşırığına görə dəyişdirilə bilər.

Komanda idarəetmə maşını

Batareyaya məxsus Komanda İdarəetmə və Silah İdarəetmə Sistemi, müasir avtomatlaşdırılan atəş dəstək vasitələri və döyüş sahəsindəki komanda idarəetmə sistemləri ilə inteqrasiya edilir. OTRK radiolokasiya stansiyasından və ya PUA kimi hədəf aşkarlama vasitələrindən hədəf haqqında məlumat əldə edə bilir.

Raketlərin 800-900 km sürətlə uçarkən özünün və hədəflərinin koordinatlarını peyk üzərindən dəqiq təyin edərək izləyən GPS və ANS alqoritmli cihazlar əvvəllər ABŞ-dan idxal edilirdi, hazırda isə onların da yerli istehsalı təşkil edilib.

Çəkindirmə silahı

Uzaq mənzilli atəş imkanı və böyük atəş gücü sayəsində BORA-nın düşməni cilovlaya biləcək çəkindirmə silahı kimi istifadəsi nəzərdə tutulur. Kompleksdən standart taktiki vəzifələrin yerinə yetirilməsindən, manevr edən qoşun birləşmələrinin dəstəklənməsinə qədər geniş miqyaslı istifadə mümkündür.

Təhlükəsizlik

OTRK-nın yüksək təhlükəsizlik imkanları aşağıdakı faktorlar hesabına təmin edilir:

- yüksək hərəkətlilik;
- qısa müddətdə həm ərazidə yerləşmə;
- qısa müddətdə mövqeyi tərk etmə;
- "At-Qaç" taktikasının tətbiqi;
- etibarlı rəqəmsal rabitə sistemindən istifadə.

"At-Qaç" imkanları

BORA OTRK-nın atıcı qurğusu ətalətli qlobal mövqeləndirmə bazalı naviqasiya və avtomatik istiqamətləndirmə sistemləri sayəsində "At-Qaç" taktikasını uğurla həyata keçirir. Kompleks qısa müddət ərzində atəş məlumatlarının hesablama fəaliyyətlərini başa çatdırır. OTRK mövqeyə yerləşdirildikdən 5 dəqiqə sonra hədəfə atəş açmağa hazır olur. Atəşdən 5 dəqiqə sonra isə mövqeyini dəyişdirə bilir. Bu isə onun mümkün rəqib atəşi altına düşmə şansını minimum endirir.

Nəqletmə rahatlığı

Batareyaya daxil olan bütün vasitələr quru, dəniz və hava yolu ilə daşına bilir.

Yüksək hərəkətlilik

Atıcı qurğu üstün yolsuzluq qabiliyyətinə malik 6×6 və ya 8×8 taktiki təkərli vasitə üzərində yerləşdirilir. Davamlı konstruksiyası sayəsində atıcı qurğu OTRK-nı etibarlı və sabit start platforması ilə təmin edir.

Taktiki-Texniki Xüsusiyyətləri

Çapı: 610 mm;
Kütləsi: 2500 kq;
Atəş məsafəsi: 80-280 km;
Döyüş başlığının kütləsi: 470 kq;
Yayınma: 10 m-dən az;
Tuşlanması: Qlobal yerləşdirmə sistemi (GPS) + GLONASS dəstəkli ətalətli naviqasiya sistemi (INS);
İdarəetməsi: elektromekaniki;
Yanacaq növü: kompozit qatı yanacaq;
Döyüş başlığı: qəlpəli fuqas.

Türkiyədə BORA raketlərinin xüsusiyyətlərinə ən yaxın yerli və milli sursat J-600T "Yıldırım" ballistik raketləridir. Onun atəş məsafəsi 150 km-dir.

Nəticə

10 ilə 50 metr arasında hədəfdən yayınma ehtimalına malik 610 mm çaplı BORA raketləri bəzən Rusiya və ABŞ tərəfindən Türkiyənin maraqlarına daxil olan hava məkanını bağlayaraq "uçuşlara qadağan olan" bölgə elan etməsinə cavab reaksiyasını təmin edə bilir. Yəni Türkiyə HHQ-sinin pilotlu və ya pilotsuz aviasiyası həmin qadağa zonasındakı hədəflərə zərbə endirmək imkanından məhrum olduqda, BORA raketləri bu boşluğu rahatlıqla doldura bilir.

300 metr radiusda düşmənin bütün canlı qüvvəsini və texnikasını məhv edən BORA "At və Qaç" taktikasından uğurla istifadə edir. Standart OTRK vəzifələrindən başqa BORA qısa zamanda uzaqmənzilli zərbə ehtiyacının qarşılanması üçün ideal bir sistem hesab olunur.

Məsələn, əlinizdə terror qruplaşmasının və ya seperatçı rejim rəhbərliyinin məlum ərazidə 5-10 dəqiqə ərzində toplantı keçirəcəyinə dair dəyərli kəşfiyyat məlumatı mövcuddur. Qırıcı və ya PUA qaldırıb bu əraziyə göndərmək isə müəyyən zaman tələb edir, bu isə "zamana qarşı həssas" hədəfin yenidən itirilməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə ən sürətli və maksimal nəticəni əldə etmək üçün döyüş növbətçiliyində olan OTRK-dan ani zərbə endirmək ən ideal seçim hesab edilə bilər.

Rəsmi təsdiqləməyən məlumatlara görə, İraqda BORA raket zərbəsi ilə məhv edilən hədəf Türkiyə sərhəddindən 160 km aralıda olub. Raketin start mövqeyinin Türkiyə sərhəddindən daxilə doğru 65 km-də yerləşdiyini nəzərə alsaq, BORA-nın 235 km məsafədə yerləşən hədəfə zərbə endirdiyini ehtimal edə bilərik. BORA raketinin hər biri 1 milyon dollara başa gəlir, lakin bu pilot, qırıcı və ya PUA ilə risk etməmək üçün qəbul edilə biləcək bir rəqəmdir.

BORA iki versiyada istehsal ediləcək. Bəhs etdiyimiz BORA-1 raketi maksimum 280 km uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətini artıq əldə edib və seriya istehsalındadır. Növbəti BORA-2 versiyası daha uzaq atəş məsafəsinə malik olacaq. Bəzən bu məsafənin 1500 km olacağı ehtimal edilir, lakin bu bir az reallıqdan uzaq məsələdir. Raket texnologiyasına malik ölkələrin heç biri 280 km-lik raketdən dərhal sonra 1500 km əldə edəcək bir sıçrayışa nail ola bilməyib. Bu fəaliyyətlər addım-addım, pillə-pillə irəlləyir. Raketin hazırlanması sınaq, sınaqlar isə zaman tələb edir. Zamanı satın və ya borc ala biləcək maşın isə hələ icad edilməyib. Yəqin ki, əvvəlcə 500 km-lik orta mənzilli, sonra 1000, sonda isə 1500 km-lik uzaq mənzilli raketləri Türkiyənin silahlanmasında görə biləcəyik.

Keçən ilin aprelində ROKETSAN-ın sözügedən raketinin texnoloji cəhətdən təkmilləşdirilən və atəş məsafəsi artırılan BORA-2 versiyası üzərində işləməyə başladığını xəbər vermişdik. Əslində Türkiyənin bu tip komplekslərin və ya raketlərin istehsalı ilə bağlı hansısa çətinliklərlə qarşılaşdığı diqqəti cəlb etmir. Bir neçə il əvvəl reaktiv mühərriklərlə bağlı problemlər Ukrayna ilə ikitərəfli əməkdaşlıq nəticəsində aradan qaldırıldı. İkitərəfli faydalı əməkdaşlıq davam etməkdədir. Hazırda raket və PUA texnologiyalarının inkişafında ən çətin proses mühərrikin istehsalı və ya alınması ilə bağlıdır. Bəzən mühərrikin alınması OTRK alınmasından daha çətin olur.

Digər tərəfdən isə 1987-ci ildə Yaponiyanın təklifi ilə çox sayda ölkənin imzaladığı və 1997-ci ildə Türkiyənin də qoşulduğu "Raket Texnologiyalarına Nəzarət Rejimi" (MTCR) razılaşması kütləsi 500 kq-dan ağır olan döyüş başlığı və atəş məsafəsi 300 km-də çox olan silahların ixracını məhdudlaşdırır. Başqa sözlə, BORA raketlərinin atəş məsafəsinin 280 km ilə məhdudlaşdırılması, onların ixrac potensialından məhrum edilməməsi ilə də əlaqəli ola bilər.

BORA raketlərinin yüksək döyüş imkanları, 7 gün 24 saat hər cür hava və ərazi şəraitində istifadəyə yararlılığı, daimi atəş hazırlığı, uzaq məsafələrdə yüksək dəqiqliyi, REM-ə qarşı davamlılığı və s. onların rəqibləri ilə müqayisədə daha üstün mövqe əldə etməsinə səbəb olur.

Digər tərəfdən isə Türkiyənin BORA sınaqlarını boş ərazilərdə deyil, real təhdidlər üzərində keçirməsi, bu komplekslərin real gücünü və imkanları təyin etməyə imkan verir, nəticədə isə OTRK "Real döyüş əməliyyatlarında tətbiq edilib" markasını gözlənildiyindən daha əvvəl əldə edir. Bütün bu sadalananlar isə rəqiblərə və müştərilərə yalnız istehsalçının təqdim etdiyi taktiki-texniki xüsusiyyətləri deyil, həm də real silahın hazırlanması, istehsalı və tətbiqi ilə bağlı konkret ismarıc göndərməyə şərait yaradır.

BORA raketi artıq döyüş növbətçiliyinə yerləşdirilib və bundan narahatlığını ifadə edən ölkələrdən biri də Yunanıstandır. Ermənistan dövlət səviyyəsində rəsmi münasibət bildirməsə də, təbii ki, bu haldan heç məmnun deyil. İzmirdən Yunanıstanın paytaxtı Afinaya 230, Selanik şəhərinə isə 270 kilometr məsafədə start mövqelərində yerləşən BORA-lar, artıq Yunanıstan rəhbərliyi tərəfindən real təhdid kimi qiymətləndirilib. Ermənistan ərazisindəki istənilən hərbi obyekt isə Türkiyənin Ardahan, Kars və ya İğdır ərazisində yerləşən hər bir BORA kompleksi üçün əlçatan məsafədədir.

Türkiyənin ilk ballistik raketinin gələcək döyüş əməliyyatlarında tətbiqi istisna olunmur. Bu əməliyyatlarda Tükiyə həmin raketlərin digər silah sistemləri ilə birgə tətbiqi, raketin son trayektoriyasında PUA vasitəsi ilə hədəfin dəyişdirilməsi və s. kimi ssenariləri sınaqdan keçirə bilər. Bəlkə də sadalananlardan hansısa artıq həyata keçirilib. Təbii ki, biz də dost və qardaş ölkə olaraq, Türkiyə müdafiə sənayesinin əldə etdiyi bu uğurlara görə qürurluyuq.

Mənbələr

http://www.millisavunma.com/roketsan-kaan-fuzesi-bora-fuzesi/
http://www.millisavunma.com/roketsan-khan-fuzesi-bora-fuzesi/
https://www.aa.com.tr/tr/analiz/turkiyenin-balistik-fuze-teknolojisinde-yeni-asama/1516196
https://www.ssb.gov.tr/urunkatalog/tr/188/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bora   Türkiyə   OTRK  

Türkiyə Silahlı Qüvələrinin Operativ-Taktiki Raket Kompleksi - BORA

2021/04/1-1617947588.jpg
Oxunub: 896     10:32     10 Aprel 2021    