"Böyük Yaxın Şərq"in əsas PUA istehsalçısı İsraildir - ARAŞDIRMA (HƏRBİ ESKPERT)

2020/09/19-16009283640.jpg
Oxunub: 6066     11:01     24 Sentyabr 2020    
İsrailin PUA istehsalında liderlərdən biri olduğu, bu sahə ilə az da olsa maraqlanan hər kəsə məlumdur. İsrail istehsalçılarının PUA-larından onlarla ölkə, o cümlədən Azərbaycan da istifadə edir.

2008-ci ildə İsrail 150 milyon dollar dəyərində PUA satan İsrail 2009-cu ildə bu rəqəmi 650 milyon dollara (Rusiya Silahlı Qüvvələrinin PUA ilə təchizatı üçün ilk müqavilə də 2009-cu ildə imzalanıb) çatdırdı. 2010 və 2011-ci illərdə İsrailin PUA ixracatı müvafiq olaraq 979 milyon və 627 milyon dollar oldu.

2012-ci ildə isə tək Hindistanla 958 milyon dollarlıq müqavilə imzalandı. 2005-2013-cü illərdə İsrail dünyanın müxtəlif ölkələrinə 4.6 milyard dollar dəyərində pilotsuz vasitə ixrac etdi. Bu, İsrail silahlarının ümumi ixracatının 10 %-dir. SIPRI İnstitutunun hesabatına görə, 2001-2011-ci illərdə İsrail dünya PUA bazarının 41% -nə nəzarət edib. Beləliklə, İsrail dünyanın ən böyük pilotsuz ixracatçısıdır. İsrail şirkətləri hazırda 49 ölkəyə pilotsuz vasitə satır. İsrailin istehsal etdiyi PUA-ların 80 %-i ixrac edilir. Hazırda statistik rəqəmlər artan dinamikasını qoruyur.

Bu nailiyyətlərin əldə edilməsində “Elbit Systems”, “Aeronautics”, IAI və “UVision” kimi şirkətlərin müsbət rolu danılmazdır. Bütün bunları nəzərə alan Ordu.az bu dəfə oxucularına İsrailin müdafiə şirkətlərinin istehsal etdiyi əhəmiyyətli PUA-lar və onların versiyaları barədə əldə etdiyi məlumatları oxucuların diqqətinə çatdıracaq.

“Elbit Systems”

“Hermes 450”

Orta yüksəkliklərdə işləyən taktiki pilotsuz vasitələrə olan tələbin ödənilməsi məqsədilə “Elbit Systems” şirkəti “Hermes” PUA-larını ardıcıl olaraq 450, 1500, 180 və 900 versiyalarında istehsal etdi.

“Hermes” ailəsinin ilk məhsulu olan “Hermes 450” pilotsuz uçuş aparatı ilk uçuşunu 1994-cü ildə keçirib, 1998-ci ildən isə aktiv istismardadır. İsrail Müdafiə Qüvvələri tərəfindən 1997-ci ildə IAI “Scout” PUA-larını dəyişmək üçün sifariş verilən PUA bu günə qədər aktiv istifadə olunur.

Hər biri 2 milyon dollara satılan “Hermes 450” uzun məsafələrdə taktiki kəşfiyyat və müşahidə məqsədləri üçün nəzərdə tutulub.

“Hermes 450” tamamilə kompozit materiallardan hazırlanır ki, bu da hava hücumundan müdafiə sistemləri tərəfindən onun aşkarlanmasını çətinləşdirir. PUA-nın adındakı “450” indeksi nəqliyyat vasitəsinin maksimum qalxma kütləsini göstərir. Daşınan faydalı yükün kütləsi 150 kq-dır. Standart versiyada iki ədəd mühərrik qanad altındakı konteynerlərdə yerləşir. PUA-nın digər versiyası “Hermes-450S”də isə bir ədəd quyruqda quraşdırılan mühərrik mövcuddur.

Quyruq 100º bucaq altında və V şəklindədir. Sabit üçtəkərli şassi qatlanmır. Avtopilot GPS qəbuledicisindən istifadə edərək tamamilə avtonom rejimdə işləyir. GPS sisteminin sıradan çıxması halında, PUA siqnalların sinxronizasiyasını təmin edən vaxt hesablama rejiminə keçir. PUA iki naviqasiya kompüterinə, iki rabitə avadanlığı dəstinə və digər sistemlərə malikdir.

Operatorun köməyi ilə uçuşa nəzarət yalnız qalxma və enmə zamanı lazımdır (450S modifikasiyasında avtomatik olaraq qalxma və enməyə imkan verən DGPS sistemi mövcuddur). Cihaz elektro-optik, infraqırmızı və lazer sensorları ilə yanaşı, yerüstü idarəetmə məntəqələrinə şəkilləri real vaxtda ötürməyə qadir olan məlumat mübadiləsi sistemi ilə təchiz edilir. Əvvəlki PUA-lar 52 at gücündə R802 mühərrikləri ilə təchiz olunurdu. 2008-ci ilin əvvəlində “Elbit Systems”, “Hermes 450” pilotsuz uçuş aparatları üçün yeni R902 (W) porşenli mühərriki inkişaf etdirdi. Yeni mühərrik 40 kiloqram kütləyə malikdir. Onun yanma kamerasının həcmi artırılıb, bu isə mühərrikin effektiv gücünü 70 at gücünə çatdırıb. R902 (W) istifadəsi “Hermes 450” PUA-sının havada qalma müddətini 14 saatdan 20 saata qədər artırmağa və fəaliyyət radiusunu 200 km-ə çatdırmağa imkan verib.

Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum sürət: 176 km/s;
Kreyser sürəti: 130 km/s;
Fəaliyyət radiusu: 200 km;
Uçuş müddəti: 14 saat (450S modifikasiyası üçün 20 saat);
Uçuş yüksəkliyi: 6100 m;
Uzunluğu: 6.10 m;
Hündürlüyü: 1.80 m;
Qanad açılımı: 10.50 m;
Qanad sahəsi: 8.20 m²;
Boş kütləsi: 200 kq;
Faydalı yük: 150 kq;
Maksimum qalxma kütləsi: 450 kq;
Mühərriklər: 52 a.g-nə malik 2 ədəd PD AR 801 (450S modifikasiyasında 70 a.g-nə malik 1 ədəd R902 (W));
Dırmanma sürəti: 4.6 m/s.

“Darter”

İsrailin “Elbit Sistyms” şirkətinin törəməsi olan “Silver Arrow” tərəfindən hazırlanan çoxməqsədli “Darter” PUA-sının mövcudluğu 1995-ci ilin iyun ayında Paris aviasərgisində məlum oldu. Bu PUA-nın əsas vəzifəsi həm real zamanda, həm də sonradan məlumat ötürülməsi ilə kəşfiyyat və müşahidə aparmaqdan ibarətdir. PUA REM tapşırıqları, meteoroloji kəşfiyyat, hədəf təqlidi ilə bərabər ətraf mühitin vəziyyətini və radiasiya fonunu, meşələri və vəhşi heyvanları izləmək kimi mülki vəzifələr üçün də istifadə edilə bilər.

Struktur olaraq “Darter” 38 ag gücünə malik porşenli UEL AR 741 mühərrikli olan monoplandır. Müştərinin istəyi ilə PUA əlavə avadanlıqla təchiz oluna bilər. Standart avadanlıq dəstinə “Tadiran”ın infraqırmızı MKD 2000 sistemi, geniş bucaqlı ESP-1H optik elektron kompleksi, ESP-600C termal görüntü cihazı və “Controp” şirkətindən FSP-1 infraqırmızı sistemi və ESWS videokamerası daxildir.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 4.26 m;
Uzunluğu: 3.62 m;
Kütləsi:
yanacaq 18.2 kq;
faydalı yük 22.7 kq;
maksimum qalxma 100 kq.
Mühərrikin tipi: 1 ədəd porşenli UEL AR 741;
Güc,ü: 38 a.g;
Maksimum sürəti: 204 km/saat;
Kreyser sürəti: 139 km/saat;
Fəaliyyət radiusu: 92 km;
Uçuş müddəti: 10 saata qədər;
Dırmanma sürəti: 457 m/dəq;
Fəaliyyət yüksəkliyi:
minimum 915 m;
maksimum 5485 m;
Praktik yüksəklik: 6100 m.

“Hermes 1500”

“Elbit Systems” tərəfindən hazırlanan “Hermes 1500” ilk dəfə 1997-ci ilin iyun ayında Paris aviasərgisində təqdim edilib. Avadanlıq dəsti əsasən daha yüngül sələfi “Hermes 450” ilə eynidir. Müşahidə, patrul, kəşfiyyat və əlaqə vasitəsi dəstəkləmək üçün dizayn edilən çoxməqsədli PUA yüngül kommersiya təyyarəsinə bənzər şəkildə inşa edilib.

Maksimum uçuş müddəti 40 saatdır. Modelin adındakı “1500” rəqəmi PUA-nın qalxma kütləsini göstərir. PUA-nın göstəriciləri təsiredici olsa da, onun sonrakı modelləri daha populyar hesab edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum sürət: 305 km/s;
Kreyser sürəti: 241 km/s;
Fəaliyyət radiusu: 200 km;
Uçuş müddəti: 40 saat;
Uçuş yüksəkliyi: 9145 m;
Uzunluğu: 9.4 m;
Hündürlüyü: 2.4 m;
Qanad açılımı: 18 m;
Boş kütləsi: 1250 kq;
Maksimum qalxma kütləsi: 1650 kq;
Mühərriklər: hər biri 100 a.g-nə malik 2 ədəd PD Rotax 914
Dırmanma sürəti: 4.57 m/s.

“Sniper”

“Sniper” PUA-sı İsrailin “Elbit Systems” şirkətinin törəməsi olan “Silver Arrow” tərəfindən hazırlanan taktiki kəşfiyyat vasitəsidir. “Sniper” ilk dəfə 1998-ci ilin fevralında Sinqapur aviasərgisində nümayiş olunub.

PUA-nın əsas vəzifələri döyüş sahəsinin kəşfiyyatını aparmaqdan, top/raket atışlarını tənzimləməkdən və xüsusi təyinatlılar üçün məlumat toplamaqdan ibarətdir. Bu məqsədlər üçün “Sniper” həm gündüz, həm də gecə istifadə etmək üçün hazırlanan elektro-optik avadanlıqla təchiz olunur. Avadanlıq dəsti, yerüstü idarəetmə stansiyası üçün real vaxt rejimində video məlumat ötürmə sistemini də əhatə edir. PUA katapultdan istifadə edilərək buraxılır. İki maşına quraşdırılan kəşfiyyat kompleksi, üç-dörd PUA-dan, atıcı qurğudan və yerüstü idarəetmə stansiyasından ibarətdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 4.3 m;
Qanad açılımı: 4.2 m;
Hündürlüyü: 1.1 m;
Boş kütləsi: 120 kq;
Faydalı yük: 45 kq;
Maksimum qalxma kütləsi: 170 kq;

Gücü: 38 a.g;
Maksimum sürəti: 176 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Fəaliyyət radiusu: 200 km;
Uçuş müddəti: 6 saata qədər;
Dırmanma sürəti: 274 m/dəq;
Praktik yüksəklik: 4575 m.

“Hermes 180”

“Hermes 180” PUA-sı “Elbit Systems” şirkəti tərəfindən hazırlanan vasitədir.

Müşahidə, patrul xidməti, kəşfiyyat və atəş dəstəyinin tənzimlənməsi üçün nəzərdə tutulur. Çoxməqsədli PUA tamamilə kompozit materiallardan hazırlanır. İlk uçuşunu 2002-ci ildə keçirib. Həmin ildə də Asiya Aerokosmik aviasərgisində təqdim edilib. Modelin adındakı “180” rəqəmi PUA-nın qalxma kütləsini göstərir.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı 6 m;
Uzunluğu: 4.43 m;
Hündürlüyü: 1.80 m;
Boş kütləsi: 150 kq;
Maksimum qalxma kütləsi:195 kq;
Mühərrik tipi: 1 ədəd porşenli UEL;
Mühərrikin gücü: 38 a.g;
Maksimum sürəti: 194 km/saat;
Kreyser sürəti: 162 km/saat.
Fəaliyyət radiusu: 110 km;
Uçuş müddəti: 10 saat a qədər;
Praktik yüksəklik: 4575 m.

“Hermes 900”

2009-cu idən istismar edilən “Hermes 900” taktiki uçuş aparatı iqlim şəraitindən asılı olmayaraq daim döyüş tapşırıqlarını yerinə yetirməyə qabil bir kəşfiyyat-döyüş kompleksidir. 9150 metr yüksəklikdə uçan bu vasitə, bütün DZRK və bir çox ordu ZRK-ları üçün əlçatmaz hündürlükdən, kəşfiyyat-döyüş tapşırıqlarını yerinə yetirir. İkitərəfli peyk rabitə sistemi ilə təhciz olunan bu PUA öz bortunda optik-elektron müşahidə sistemləri, hərəkət edən hədəfləri də ayırd edə bilən sintezləşmiş aperturalı radiolokasiya (SAR) stansiyası, infraqırmızı (termal) tezlik qəbulediciləri, lazer süası ilə hədəfi işarələyən və məsafəni ölçən qurğularla, düşmənin rabitə-kəşfiyyat-müşahidə sistemlərinə radioelektron maneələr təşkil edən vasitələrlə, idarəetmə məntəqəsinə real zaman kəsiyində video və fotomateriallarla mübadilə həyata keçirən avadanlıqlarla təmin olunub.

“Hermes-900” modullaşmış konstruksiya şəklində layihələndirildiyindən, əməliyyat şəraitindən asılı olaraq, onun qurğularını və sensorlarını qısa müddətdə lazımi konfiqurasiyada yığmaq mümkündür. PUA yerüstü idarəetmə məntəqəsindən peyk rabitəsi vasitəsilə idarə olunur. Bu tipli idarəetmə kanalı düşmən maneələrinə daha davamlı və GPS idarəetməsindən daha gizli hesab edilir. Çünki rabitə peyki standart rabitə siqnallarını geniş bir rayona şüalandırır. Onların içində hansının kimə məxsus olmasını ayırd etmək çox mürəkkəb kriptoqrafiya avadanlığı və uzun müddət tələb edir. Peyk rabitəsi olmayan halda, PUA yerüstü idarəetmə məntəqəsi ilə 300 kilometrdən birbaşa qorunan rabitə kanalı ilə əlaqə saxlaya bilir. Rabitə əlaqəsi tam kəsilərsə, avtopilot şəraitində, inersial naviqasiya sisteminin yardımı ilə öz aerodromuna müstəqil qayıtmaq imkanı var. Tam 36 saat göydə qala bilən aparat 1500 kilometr uzaqda yerləşən əməliyyat rayonunun üzərində kəşfiyyat apara bilir. Maksimum uçuş kütləsi 970 kiloqram, qanaq açılımı 15 metrdir. 300 kq yük daşıya bilən PUA hər hava şəraitinə uyğun vasitədir. Bu PUA avtomatik qalxma və enmə sisteminə malikdir. Üstün təhlükəsizliyi və etibarlılığı ilə məşhur olan “Hermes 450” kimi, “Hermes 900” də pilotsuz vasitələr üçün ən yüksək tələblərə cavab verir.

“Hermes 900” PUA-ları iki pilotsuz uçuş aparatını idarə edə bilən “Elbit Systems UGCS” universal idarəetmə stansiyası tərəfindən idarə olunur. Onun burnuna, peyk rabitə sistemi yerləşdirilir ki, bu da birbaşa rabitə zonalarından uzaq ərazilərdə dronu idarə etməyə imkan verir. “Hermes 900” sifariş əsasında zərbə vasitəsi kimi təchiz edilə bilər.

Bu ilin mayında “Hermes 900” PUA-larının dəniz patrul versiyalarına yeni aşkaretmə və identifikasiya imkanları inteqrasiya edilib, bu isə onların dənizdə axtarış və xilasetmə imkanlarını artırıb. Yeni konfiqurasiya edilən “Hermes 900” dərhal adı açıqlanmayan Cənub-Şərqi Asiya ölkəsinə tədarük olunub.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 9.1 m;
Qalxma kütləsi: 1150 kq;
Qanad açılımı: 15 m;
Sürəti: 222 km/saat;
Faydalı yükün kütləsi: 450 kq;
Fəaliyyət məsafəsi: 4000 km;
Maksimum uçuş hündürlüyü: 9144 m;
Uçuş müddəti: 36 saat.

“Skylark”

“Elbit Systems” şirkətinin tabeliyində olan “Silver Arrow” tərəfindən hazırlanan və istehsal edilən “Skylark” pilotsuz uçan aparatları I, I-LE, II və III kimi versiyalarda mövcuddur.

Azərbaycan Silahlı Qüvvələri bir çox digər “Elbit Systems” şirkətinin məhsulları kimi, “Skylark” PUA-larının da aktiv istifadəçisidir.

“Skylark-I” buraxılış nöqtəsindən 15 kilometrə qədər olan məsafədə müşahidə aparmaq üçün nəzərdə tutulur. İlk dəfə 2003-cü ildə Paris aviaşousunda təqdim edilən, 2004-cü ildən isə İsrail ordusunda istismar edilən PUA-nın baza versiyasının kütləsi 5 kq, havada qalma müddəti isə 90 dəqiqə olub. 10 km² ərazini izləmək üçün nəzərdə tutulan elektron avadanlıqlar bir neçə yüz metr hündürlükdən yerdəki obyektləri müşahidə etmək və görüntüləri operatorun monitoruna ötürmək qabiliyyətinə malikdir. PUA-nın yerə endirilməsi şişmə yastığı ilə həyata keçirilir.

1.1 kq yük daşıya bilən PUA 5000 metr yüksəklikdə fəaliyyət göstərə bilir. Effektiv istifadə məsafəsi 30 km, havada qalma müddəti isə 180 dəqiqəyə qədərdir. Dünyanın iyirmidən çox ölkəsində istismar edilir. Elektrik mühərriki sayəsində PUA 100 m-dən çox hündürlükdə uçarkən yerdə eşidilmir. “Skylark-I LE” iki operator tərəfindən idarə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 5 kq;
Qanad açılım: 2.9 m;
Faydalı yükün kütləsi: 1.1 kq;
Uzunluğu: 2.2 m;
Hərəkət radiusu: 15 km;
Maksimum uçuş hündürlüyü: 5000 m;
Maksimum sürəti: 92 km/saat;
Uçuş müddəti: 3 saat.

“Skylark I LE”

“Skylark I-LE” versiyası baza modeli ilə eyni funksiyalara malik olsa da, sələfindən daha ağırdır. Kütləsi 6.5 kq olan PUA-nın digər xüsusiyyətlərində dəyişiklik diqqəti cəlb etmir. Elektrik mühərrikli PUA-nın uçuş yüksəkliyi 5000 metr, havada qalma müddəti isə 180 dəqiqə olaraq dəyişməz qalıb.

“Skylark II”

Daha böyük ölçülərə malik “Skaylark II” 2012-2013-cü illərdə hazırlanıb. Eyni funksiyalara malik PUA sələfindən daha böyük ölçüləri ilə fərqlənir. Elektrik mühərriki PUA-nın 150 m-dən çox hündürlüyə qalxmasından sonra yerdə eşidilmir. “Skaylark II” qoşquya malik minik avtomobilində nəql olunur.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 65 kq;
Qanad açılımı: 6.5 m;
Faydalı yükün kütləsi: 9 kq;
Hərəkət radiusu: 30 km;
Maksimum uçuş hündürlüyü: 5000 m;
Uçuş müddəti: 4 saat.

“Skaylark III”

Ailənin ən son üzvü olan “Skaylark III” 2015-2016-cü illərdə hazırlanıb. Eyni funksiyalara malik PUA 6 saat havada qala bilir. 1500 metr yüksəkliyə qalxa bilən PUA katapultdan buraxılır.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 40 kq;
Qanad açılımı: 4.8 m;
Faydalı yükün kütləsi: 10 kq;
Hərəkət radiusu: 50 km;
Maksimum uçuş hündürlüyü: 1500 m;
Uçuş müddəti: 6 saat.
PUA-nın kütləsi: 40 kq;
Döyüş başlığı: 5 və ya 10 kiloqram;
Məsafəsi: 40 km;
Havada qalma müddəti: 120 və ya 60 dəqiqə.

“SkyStriker”

İlk dəfə 2017-ci ildə Parisdəki Le Burje aviasalonunda nümayiş etdirilən “SkyStriker”, bir o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. İsrailin ixtisaslaşmış məşhur özəl silah istehsalçısı “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” taktiki zərbə təyinatlı PUA-dır. Azərbaycan Silahlı Qüvvələrinin aktiv istifadəçisi olduğu bu PUA-lar müxtəlif hədəfləri aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur, həmçinin uzaqdan idarə olunan elektro-optik tuşlamaya malik “gəzən sursat” əməliyyat sisteminə malikdir. Yeni platforma “Elbit Systems” şirkətinin həssas və üzunmüddətli taktiki həllərini təmin edən geniş təcrübəsinə əsaslanır.

PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktiki olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda hücumu ləğv etmək imkanına malikdir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radioelektron maneə vasitələrinə qarşı dayanıqlıdır.

“SkyStriker”in yüksək texniki xüsusiyyətləri operatorlara hədəfləri aşkarlamağa, koordinatlarını təyin etməyə və onu hədəflə təmas nöqtəsinə dəqiq zərbə endirməyə imkan verir. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyi ilə yerə enə bilir.

Sistemin elektrik mühərriki isə aşağı akustik siqnaturaya malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir. Uçuş sürəti qabiliyyətinə görə, PUA bir neçə dəqiqə ərzində onlarla kilometr məsafə qət edə bilir. Hədəf bölgəsinə çatdıqdan sonra PUA iki saat qədər hədəfi müşahidə edərək operatorun komandası ilə hədəfə zərbə endirə bilir. Hədəfə zərbə bomba və yaxud raket vasitəsilə deyil, daxili enerjisi sayəsində PUA-nın yüksək sürətlə özünü hədəfə çırpması metodu ilə endirilir.

“SkyStriker” sadə quruluşa malikdir, onun səhra şəraitində belə sadə istismar qaydalarına malik olması, istifadəçilərə (operatora) düşmən hədəfinə dəqiq hava zərbəsi endirməzdən əvvəl hədəfi izləməyə və onu tam identifikasiya etməyə imkan verir. Onun məsafədən idarə edilməsi, düşmən hədəfinə yönləndirilməsi aşkarlandıqda belə operatorun atəş təsirinə məruz qalmasını istisna edir.

PUA-ların istehsalında aşağı görüntü əmsalına malik kompozit materiallardan istifadə edilir. Yüksək dəqiqlik, uzaq məsafə, kifayət qədər uzun müdət gözləmə rejimi 10 kq-a qədər sursat daşıma imkanı “SkyStriker”i öz sinfinin ən güclü PUA-larından birinə çevirir. Onun əməliyyat sistemi istənilən hədəfi, istənilən istiqamətdən, istənilən bucaq altında məhv etməyə imkan verir.

“SkyStriker” operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə bilər və ya onu yenidən aktivləşdirə bilər, məhv edilməsi üçün hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya əmr edilən koordinatlara qayıda bilər. Geriyə qayıdan PUA-nın avtomat rejimli paraşütlə bərabər təhlükəsizlik yastığından istifadə etdiyi də ehtimal edilir.

PUA elektrik mühərriki və itələmə qüvvəsi verən pərvanə ilə təchiz edilib. 5 kq-dən 10 kq-yə qədər döyüş başlığı daşıyan aparatın kütləsi 35 kq-dir. Zərbə tipli “SkyStriker” PUA-ları 185 km/saat sürətlə 2 saat havada hərəkət edə bilir, bu isə 6 dəqiqə ərzində 10 kilometr məsafə qət etmək deməkdir. “SkyStriker” gəzən döyüş sursatı, iki standart ölçüdə - daha böyük və daha kiçik döyüş yükü daşıya bilməsi onun uçuş müddətinə təsirsiz ötüşmür. 10 kq döyüş yükü ilə uçan PUA-nın uçuş müddəti müvafiq olaraq iki saatdan bir saata qədər azalır. Kumulyativ-qəlpəli döyüş başlığının partlayıcısı ləngimə rejimində çalışa bilır.

Ənənəvi təyyarə dizaynına uyğun istehsal olunan “SkyStriker” PUA-larının aerodinamik xüsusiyyətləri “Skylark”dan tamamilə fərqlidir, çünki “SkyStriker”ə aşağı sürətlə uçmaq və hücum zamanı maksimum sürətlə aşağı şığımaq lazımdır. Bununla birlikdə, “Elbit Systems” bəzi komponentləri, məsələn, məlumat ötürmə kanalını və katapultu “Skylark”dan götürüb. Uçuş zamanı döyüş başlığı döyüş vəziyyətində olmur, onu bu vəziyyətə operator PUA hücuma hazır olduqdan sonra keçirir. Demək olar ki, hücum anına qədər elektrik mühərriki hesabına PUA səssiz uçur, operator hədəfə zərbə endirmək üçün PUA-nı saatda 555 km sürətlə hədəfə doğru yönəldir.

Aşkar edilən görüntülərin onlayn rejimdə operatora ötürüldüyü məlumdur, lakin bu məqsədlə istifadə edilən format, məlumatların yaddaşa yazılması və saxlanılması, sistemin NATO təhlükəsizlik və sənaye standartlarına uyğunluq səviyyəsi barədə məlumatlar hələlik gizli saxlanılır.

Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 35 kq;
Uçuş məsafəsi: 40 km;
Uçuş müddəti: 2 saata qədər;
Döyüş bağlığının kütləsi: 5-10 kq;
Maksimal üçüş yüksəkliyi: 2000 metr;
Maksimal uçuş sürəti: 185 km/saat.

Mənbələr

https://elbitsystems.com/product/skystriker/
https://bp-la.ru/kompleks-bpla-skylark-le/
https://ru.wikipedia.org/wiki/Skylark
https://vpk.name/library/f/skylark.html
http://factmil.com/stuff/vvs/bla/hermes_1500/24-1-0-239
https://avia.pro/blog/sniper-tehnicheskie-harakteristiki-foto
https://vlab.wikia.org/ru/wiki/Silver_Arrow_HERMES_180
http://asu100.ru/robots2/RobotBoi/FLY/IZRAIL/IzrailBPLA.htm
https://elbitsystems.com/products/uas/hermes-450/
www.airforce-technology.com
Elbit
vlab.wikia.org
Ordu.az=skystriker
Ordu.az=Israel PUA

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   PUA   Elbit  

"Böyük Yaxın Şərq"in əsas PUA istehsalçısı İsraildir - ARAŞDIRMA (HƏRBİ ESKPERT)

2020/09/19-16009283640.jpg
Oxunub: 6067     11:01     24 Sentyabr 2020    