Ermənistan regional sülhü təhdid edir: Qarabağda PKK-ASALA cütlüyünə qarşı antiterror əməliyyatları keçirilə bilər

2020/09/azer-1600496369.jpg
Oxunub: 4414     10:11     19 Sentyabr 2020    
Təxminən 200 il əvvəl olduğu kimi, yenə də Azərbaycan torpaqlarına ermənilər köçürülür. Rusiya imperiyasının Cənubi Qafqazda yürütdüyü müstəmləkəçilik siyasəti nəticəsində aborigen, yerli sakin olmayan, gəlmə ermənilərə dövlət yaratması regionda geosiyasi vəziyyətin gərginləşməsinə start vermiş oldu. Sonrakı dövrlərdə tarix göstərdi ki, çar Rusiyanın himayəsi altında yaradılan “erməni dövlətı”, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi heç də təsadüfi hadisə olmayıb.

Bu gün də Qarabağ bölgəsinə Livan və Suriyadan ermənilərin, muzdluların köçürülməsi, yerləşdirilməsi və onların fəaliyyəti əvvəlcədən düşünülmüş və planlaşdırılmış təhlükəli oyunlardan xəbər verir. Məlumdur ki, Ermənistanın keçmiş prezidentləri hakimiyyətdə olduqları illərdə həmişə separatçıları himayə ediblər. Onlar bölgənin ağır demoqrafik probleminin həllini Yaxın Şərq ölkələrində yaşayan erməniləri işğal altındakı torpaqlara yerləşdirməkdə görürdülər. Çünki Ermənistan vətəndaşları Qarabağda hər an müharibənin başlanması ehtimalını bahanə edərək işğal altındakı Azərbaycan torpaqlarına köçmək istəmirdilər.

Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduqları illərdə Dağlıq Qarabağ separatçılarını himayə edərkən, bölgənin ağır demoqrafik problemini də həll etməyə çalışırdılar.

Hakimiyyət dəyişikliyindən sonra da Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı ermənilərini Qarabağda yerləşdirmişdi.

Məhz Paşinyanın dövründə sərhəddə təxribatların, Şuşaya “gəlişlərin” və köçürülmənin miqyası artıb. Livanın paytaxtı Beyrutun dəniz limanındakı partlayışdan sonra İrəvan bu ölkədəki ermənilərə müraciət edərək onları Ermənistana, oradan da Qarabağa “dəvət” edib.

Nikol Paşinyanın köç təxribatı bununla kifayətlənmir. Hazırda terrorçu PKK təşkilatının üzvlərinin də işğal altındakı torpaqlara köçü haqqında məlumatlar var. Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilib. PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək, bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə ermənilərin ASALA terror təşkilatı arasında əməkdaşlıq uzun illərdir davam edir.

Türkiyənin “Cümhuriyet” nəşri yazır ki, Paşinyan demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Qarabağda hərbi fəaliyyətləri də gücləndirib: “Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu əməkdaşlıq Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərlər Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bugünlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi “işin görünən tərəfidir”. Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Qarabağa yerləşdirildiyini demişdi.

Ermənistanın İraqdakı səfiri Hraçya Poladyanın vasitəçiliyi ilə bu ilin yayında İrəvan hakimiyyəti PKK təşkilatları ilə əlaqə qurub və Qarabağda PKK terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqda razılaşma əldə edib. Buna Ermənistanın İraqdakı səfiri işlədiyi iki ildən də az müddətdə H.Poladyanın İraq Kürd muxtariyyətinə dəfələrlə baş çəkməsi də sübutdur. Üstəlik bu səfərlər heç cür elan edilən məqsədlərə-yerli administrasiya ilə əlaqələr qurmağa və Ermənistanın Ərbildə konsulluq binasının tikintisi ilə tanış olmağa cavab verməyib.

Əslində PKK-nın işğal altındakı Azərbaycan ərazilərinə köçürülməsi barədə məlumatlar yeni deyil və ötən illərdə də dəfələrlə bununla bağlı yazılıb. PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar və görüntülər daha əvvəllər də yayılmışdı.

Məsələn, Aprel döyüşlərindən sonra PKK terror qruplaşmasına mənsub olan 400-dən çox yaraqlı Türkiyənin Ağrı bölgəsinin Tendürek kəndi istiqamətindən Ermənistana keçib. Onlardan 150-si Suriya erməniləri, qalanları Suriya, Türkiyə, İran və İraq kürdlərindən təşkil olunub. Həmin qrup Vardenisdəki düşərgədə əvvəldən yerləşən 80 PKK-çı ilə birləşib. Yaraqlıların Türkiyədən Ermənistana keçidinə terror təşkilatının “Ağrı qartalları” adlı birliyinin Livan Qaradağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı rəhbərləri başçılıq ediblər. Həmin terrorçular daha sonra Ermənistandan Qarabağa keçiblər. Göksel Gülbey bildirir ki, qrupun Qarabağa keçməsini əks etdirən videogörüntülərə malikdir və onları tezliklə yayacaqlar.

Məsələ burasındadır ki, Türkiyənin sarsıdıcı zərbələrindən sonra PKK artıq özünə yeni “yuva” tapmağa qərar verib ki, bu da nəzarətdən kənar ərazi olan Qarabağ torpaqlarıdır. Türkiyədə, Suriyada, İraqda terror aktları törətməyə davam edən PKK-nın tərkibində kifayət qədər erməni döyüşçülərin də olduğu məlumdur və Ermənistan bu faktdan öz xeyrinə istifadə edir.

PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaradır. Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq. Prezidentin köməkçisi Hikmət Hacıyev bugünlərdə bəyan etmişdi ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir. Bununla bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərə də reaksiya yoxdur.

Yaxın gələcəkdə Ermənistan terrora dəstək verən ölkələr siyahısına daxil ola bilər və bu, Ermənistan üçün heç də yaxşı bir nəticə verməyəcək. Ermənistan bölgədə sülhün tərəfində olmaq məcburiyyətindədir. Bunun üçün Qarabağ danışıqlarını dayandıraraq de-fakto vəziyyəti davam etdirə bilməz. Əgər Qarabağ bölgəsi terror təşkilatının düşərgəsi kimi tanınarsa, Qarabağdakı terror yuvalarına qarşı əməliyyat həyata keçirilə bilər.

Analoji xəbərlər zaman-zaman gündəmə gəlib. Artıq bəzi analitiklər də bu məlumatların həqiqliyi fonunda Azərbaycan, Türkiyə və digər dövlətlərin birgə iştirakı ilə Qarabağda antiterror əməliyyatlarını mümkün hesab edirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PKK   ASALA   Terror   Qarabağ  

Ermənistan regional sülhü təhdid edir: Qarabağda PKK-ASALA cütlüyünə qarşı antiterror əməliyyatları keçirilə bilər

2020/09/azer-1600496369.jpg
Oxunub: 4415     10:11     19 Sentyabr 2020    