DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir: 1 sərhəd pozucusu zərərsizləşdirildi

2020/09/23333-1599288096.jpg
Oxunub: 3437     13:50     17 Sentyabr 2020    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub. Sər­həd pozucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılmış, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   Sərhəd  

DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir: 1 sərhəd pozucusu zərərsizləşdirildi

2020/09/23333-1599288096.jpg
Oxunub: 3438     13:50     17 Sentyabr 2020    