HVAV ofisinin daha bir erməni hərbi qulluqçunu tərxis etdirib – Tonoyan nə düşünür?

2020/09/zinvo-1600335638.jpg
Oxunub: 945     20:23     19 Sentyabr 2020    
Ermənistanın Ararat vilayətinin sakini T.A kompleks tibbi müayinələrdən keçmədən orduya hərbi xidmətə çağrılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə ünvanlanmış müraciətdə hərbi xidmətə çağrılan şəxsin atası məlumat verib və oğlunun hərbi xidmətə çağrılmasının qanuniliyinin yenidən nəzərdən keçirilməsi məsələsində hüquqi dəstək gözləyib.

Atanın sözlərinə görə, 2019-ci ilin yanvarında oğlunu tibbi müayinədən keçirmədən hərbi xidmətə çağırıblar, halbuki oğlunun nəfəs yolları problemləri var və bu barədə təsdiq verən sənədlər var.

Erməni hərbi qulluqçunun atası bildirib ki, tozdan, soyuq havadan və bir sıra qida növlərindən yaranan astma tutmaları onu narahat edir.

Kompleks tibbi müayinə olmadan hərbi xidmətə çağrılmış hərbi qulluqçu Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hüquqi dəstəyi sayəsində vaxtından əvvəl tərxis olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstəlik  

HVAV ofisinin daha bir erməni hərbi qulluqçunu tərxis etdirib – Tonoyan nə düşünür?

2020/09/zinvo-1600335638.jpg
Oxunub: 946     20:23     19 Sentyabr 2020    