Region ölkələrinin PUA parkında Rusiyanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - II YAZI

2020/09/332-3200478646.jpg
Oxunub: 2394     14:54     16 Sentyabr 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Region ölkələrinin PUA potensialını araşdıran Ordu.az redaksiyası bu dəfə Sizə Rusiyanın PUA parkının tərkibi, onların yaranma tarixi, konstruksiyası, versiyaları, taktiki texniki xüsusiyyətləri və s. barədə əldə etdiyi məlumatları çatdıracaq.

Model sırasının genişliyini nəzərə alaraq, bu məqalə üç hissədən ibarət olacaq. İlk iki hissədə 2000-ci ilə qədər hazırlanan köhnə Rusiya PUA-larına ötəri nəzər salınacaq, 2000-ci ildən sonra istehsal edilənlərə isə daha geniş yer veriləcək. Üçüncü hissədə isə Rusiyanın kopter tipli PUA-ları araşdırılacaq. Ermənistana ixrac edilən PUA-lar isə daha dərindən araşdırılacaq.

"Dozor-85"

"Dozor-85 kəşfiyyat PUA-sı "Tranzas" şirkəti tərəfindən hazırlanıb. 2007-ci ildən istismar edilir.

"Dozor-85" (bəzən "Dozor-4" də adlandırılır) pilotsuz uçuş aparatı yerin vəziyyətini izləmək, obyektlərin axtarışı, aşkarlanması və müəyyənləşdirilməsi funksiyalarını yerinə yetirir. Onun imkanları geniş tətbiq sahəsi üçün münbit şərait yaradır. PUA optik və termal görüntü sistemi ilə təchiz edilir. Video axını birbaşa aparatda yerləşən yaddaş diskinə qeyd olunur və real vaxt rejimində yerüstü idarəetmə məntəqəsinə ötürülür.

PUA 2 rejimdə idarə olunur:

Verilən proqramdan istifadə edərək;
Komanda məntəqəsindən idarəetmə ilə.

"Dozor-85" kompleksinə üç ədəd "Dozor-85"PUA-sı və komanda məntəqəsi daxildir. Komanda məntəqəsində 2 operator üçün avtomatlaşdırılan işçi yeri və qəbuledici /ötürücü modul mövcuddur. Kompleks 12 metrlik teleskopik maçta ilə təchiz olunur ki, bu da rabitə məsafəsini artırmağa imkan verir. "Dozor" PUA-sının havaya qalxması və enməsi üçün 100 m x 20 m ölçüdə sahə kifayətdir. Fövqəladə hallarda paraşütlə enmək mümkündür.

Rusiya Müdafiə Nazirliyi və yanacaq-energetika kompleksinin müəssisələri kompleksdən istifadə edir. "Dozor-85" PUA-sını rus sərhədçiləri də sınaqdan keçirib.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş kütləsi: 85 kq;
Uçuş məsafəsi: 900 km;
Sürəti: 150 km/s;
Praktik uçuş yüksəkliyi: 4000 m;
Uzunluğu: 2.6 m;
Hündürlüyü: 0.9 m;
Qanad açılımı: 4.6 m;
Faydalı yükün kütləsi: 12 kq;
Uçuş müddəti: 8 saat;
Temperatur diapazonu: - 40 ... + 50 C.

"Dozor-100"

2009-cu ildən istismar edilən "Dozor-100" kəşfiyyat PUA-sı "Tranzas" şirkəti tərəfindən hazırlanıb.

"Dozor-100" PUA-ları istifadə olunan "Dozor-85" aparatının uçuş məsafəsini və uçuş müddətini artırmaq məqsədilə hazırlanıb. Bu hədəflərə çatmaq üçün daha uzun qanaddan istifadə edildi, nəticədə korpusun uçuş imkanları artdı və kreyser sürətində uçuşda yanacaq istehlakı azaldı.

"Dozor-100" PUA-sının güc qurğusu arxa hissədə yerləşir, korpusun burnunda isə irəliyə baxan RLS yerləşir. Səsboğucu sistemi gövdənin içərisində gizlədilir ki, bu da uçuşda istilik siqnallarının və səs-küyün azalmasını təmin edir. V formalı quyruq pərlərinin istifadəsi mühərrikin quyruq tərəfdə yerləşdirilməsindən qaynaqlanır. Bu pərlər PUA-nın düzgün mərkəzləşdirilməsini təmin edir.

Taktiki-Texniki Xüsusiyyətləri

Qalxma kütləsi: 95kq;
Uçuş məsafəsi: 1200 km;
Sürəti: 150 km/s;
Uçuş yüksəkliyi: 4500 m;
Faydalı yükü: 32 kq;
Uzunluğu: 3 m;
Hündürlüyü: 1.1 m;
Qanad açılımı: 5.4 m;
Uçuş müddəti: 10 saat;
İstehsalçı: Tranzas şirkəti.

"Dozor 600"

"Dozor-600" kəşfiyyat PUA-sı "Tranzas" şirkəti tərəfindən hazırlanıb. Şaquli qalxma və enmə funksiyasına malik PUA 2009-cu ildən istismar edilir.

Hərbi təyinatlı çoxməqsədli pilotsuz aparat məlumat toplamaq, axtarış və xüsusi əməliyyatları keçirmək, müşahidə və patrul xidməti üçün üçün istifadə oluna bilər. Layihənin perspektivlərinə və olduqca bahalı olmasına baxmayaraq, 2017-ci ilin əvvəlindəki məlumatlara görə, bu PUA heç vaxt Rusiya Federasiyasının Silahlı Qüvvələrinin silahlanmasına daxil olmayıb.

Bu böyük ehtimalla mühərriklə bağlı texniki problemlər və tətbiq edilən sanksiyalarla əlaqədardır.

"Dozor 600" vasitəsi kifayət qədər böyük bir korpusa malikdir, onun uzunluğu 6 metr 70 santimetr, qanadlarının açılımı isə 12 metrdir, bu isə öz növbəsində buraxılma və enmə üçün xüsusi hazırlanan zolaq tələb edir.

"Dozor 600" hərbi pilotsuz uçuş aparatının güc qurğusu 115 at gücünə sahib olan, drona maksimum 180 km/saat sürət verə bilən və uçuşunun avtonomluğunu 30 saata çatdıran "Rotax 914" (Avstriya) dörd silindrli porşenli mühərrikdən ibarət idi.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 6.7 m;
Qanad açılımı: 12 m;
Hündürlüyü: 2.3 m;
Maksimum qalxma çəkisi: 640 kq;
Kreyser sürəti: 120 km/s ;
Maksimum uçuş sürəti: 180 km/s;
Maksimum uçuş məsafəsi: 3500 km;
Maksimum uçuş hündürlüyü: 7500 m;
Mühərrikinin növü: porşenli;
Güc qurğusu: Rotax 914;
Gücü: 115 a.g.

"Orion"

"Orion" kəşfiyyat və zərbə PUA-sı "Kronstadt" şirkəti tərəfindən hazırlanıb. PUA şaquli avtomatik qalxma və enmə funksiyasına malikdir.

"Orion" aparatı uzun müddət havada qala bilən hərbi təyinatlı zərbə PUA-sı reallığa yaxın bir zaman miqyasında obyektlərin koordinatlarını təyin etmək, məlumatları ötürmək, hədəf təyin etmək, atəşi tənzimləmək, zərbələrin nəticələrini qiymətləndirmək və ərazinin topoqrafik kəşfiyyatını təmin etmək üçün nəzərdə tutulur.

"Orion" ailənin əsas baza modelidir, "Orion-E" isə ixrac versiyasıdır.

Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum uçuş hündürlüyü: 5700 m;
Uçuş kütləsi: 1200 kq;
Faydalı yükü: 350 kq;
Uçuş müddəti: 60 saat;
Maksimum sürəti: 250 km/saat.

"İnspektor-101"

"Aerokon" ASC-nin təşəbbüsü ilə hazırlanan "İnspektor-101" ultra yüngül PUA-ları məsafədən zondlama vasitəsidir. Şəhər ərazisi də daxil olmaqla məhdud yerlərdə hava kəşfiyyatı, aerofotoqrafiya üçün dizayn hazırlanıb. 2009-cu ildən istismar edilən və elektrik mühərrikinə malik PUA-nın ümumi kütləsi 250 qramı keçmir, beləliklə "İnspektor-101" dünyanın ən yüngül PUA-larından biridir.

Struktur olaraq bu PUA elektrik mühərriki ilə fırlanan çəkmə pərinə malik, quyruqsuz sxemə uyğun olaraq hazırlanan vasitədir. Hədəf avadanlığına məlumat ötürülməsi üçün mikrosxemalar, həmçinin ön və ya panorama görüntülü stasionar kiçik ölçülü videokamera daxildir.

Aparatın işə salınması katapultdan istifadə edilərək əl ilə həyata keçirilir. Onun dizaynının əsas xüsusiyyəti tamamilə əyilən korpusa malik formaya malik olmasındadır. Bənzər bir dizayn "Tu-160" və PAK FA təyyarələrində tətbiq olunur.

Pilotsuz nəqliyyat vasitəsindən məlumatların alınması və ona əmrlərin verilməsi portativ fərdi kompüter əsasında yaradılan idarəetmə bloku vasitəsilə həyata keçirilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Maksimum qalxma kütləsi: 0.25 kq ;
Uçuş müddəti: 40 dəqiqəyə qədər;
Güc qurğusu: 1 ədəd elektrik mühərriki;
Pərləri: iki bıçaqlı, sabit platformalı;
Maksimum sürəti: 72 km/s;
Döyüş radiusu: 1.5 km ;
Praktiki uçuş yüksəkliyi: 500 m.

"İnspektor -201"

"İnspektor 201" kəşfiyyat PUA-sı "Aerokon" şirkəti tərəfindən hazırlanıb və elektrik mühərrikinə malikdir. 2009-cu ildən istismar edilir. İlkin kütləsi 1.3 kq olan PUA 150 qram faydalı yük daşıyır.

PUA sabit krenə malik ön (ən azı 520 TV xəttli) və ya rəqəmsal kamera (10 megapikselli) ilə təchiz olunur. Bir ədəd IR kamerasının quraşdırılması seçim olaraq təklif olunur. "İnspektor- 201" orta ölçülü PUA sinifinə aiddir və təyin olunan 5 km-lik radiusda 45 dəqiqəyə qədər havada qalmağı bacarır.

Kompleksə iki PUA, yerüstü idarəetmə stansiyası, dəstək və nəqliyyat vasitələri daxildir. PUA ilə konteynerin yerləşdiyi kürək çantasının kütləsi 6 kq, kompleksin yerləşmə müddəti isə 10 dəqiqədir. Qalxma katapultdan, enmə isə paraşütlə və ya təyyarə kimi "qarın" üzərində avtomatik və ya yarımavtomatik rejimdə həyata keçirilir. Qalxma və enmə üçün 75 x 75 m-lik ərazi tələb olunur.

Kompleksin fərqli xüsusiyyətləri

Uğurlu aerodinamik tərtibat bütün uçuş rejimlərində sabit idarəetməni təmin edir;
Sabitlik nəticəsində yüksək görüntü keyfiyyəti əldə edilir;
Sağlam və davamlı dizayna malikdir.

Taktiki-Texniki Xüsusiyyətləri

Tərkibi: 2 ədəd PUA, yerüstü idarəetmə stansiyası, dəstək və nəqliyyat vasitələri;
Çantalı konteynerin kütləsi/ölçüləri: 6 kq/0.9 x 0.5 x 0.4 m;
Avadanlıqla təchiz olunan yerüstü idarəetmə stansiyası korpusunun kütləsi/ölçüləri: 24 kq/1 x 0.5 x 0.2 m;
Kompleks yerləşdirmə müddəti: 10 dəq;
Fəaliyyət radiusu: 5 km;
Havaya qalxma və enmə zolağının sahəsi: 75 x 75 m;
Uçuş rejimləri: avtomatik və ya yarımavtomatik;
Qalxma kütləsi: 1.3 kq;
Uçuş məsafəsi: 45 km;
Sürəti: 120 km;
Praktik uçuş hündürlüyü: 4000 m;
Faydalı yükü: 0.15 kq;
Qanad açılımı: 0.8 m;
Maksimum uçuş müddəti: 1saat;
Fəaliyyət temperaturu: - 30 ° ... + 50° C.

"İnspektor-301"

"İnspektor 301" kəşfiyyat PUA-sı "Aerokon" şirkəti tərəfindən hazırlanıb və elektrik mühərrikinə malikdir. 2009-cu ildən aktiv istismar edilir.

"İnspektor-301" PUA-ları geniş meteoroloji şəraitdə, gecə və gündüz müxtəlif qurumların maraqlarında olan obyekt haqqında məlumatların əldə edilməsi və ötürülməsi üçün nəzərdə tutulur. Kompleksin fərqli xüsusiyyətləri onun meteoroloji müstəqilliyi, uçuşun uzun məsafəsi və müddəti və PUA-nın istismara uyğunlaşma qabiliyyətindən ibarətdir.

Kompleksə iki ədəd "İnspector-301" PUA-sı, yerüstü idarəetmə stansiyası, dəstək və nəqliyyat vasitələri daxildir. Kompleksin yerləşmə müddəti 10 dəqiqədir.
Fəaliyət radiusu 25 km olan PUA-nın uçuş müddəti, uçuş rejimlərindən asılı olaraq 45 ilə 120 dəqiqə arasındadır. 50-500 m yüksəklikdə uçuş sürəti 55 ilə 150 km/saat arasında dəyişir. Tətbiqi yüksəkliyi 4000 m olan PUA qalxmanı katapultla, enməni isə paraşütlə və ya təyyarə kimi "qarın" üzərində avtomatik və ya yarımavtomatik rejimdə həyata keçirir.

Qalxma və enmə zolağının sahəsi 75x75 m-dir.

Kompleksin fərqli xüsusiyyətləri

Meteoroloji müstəqilliyi;
Maksimum uçuş məsafəsi və müddəti;
PUA-nın istismar texnologiyası.

Katapult ilə konteynerin kütləsi/ölçüləri: 14 kq/1.6 x 0.2 x 0.2 m;
2 PUA ilə çantanın (keysin) kütləsi/ölçüləri: 25 kq/1.6 x 0.7 x 0.4 m və ya 15 kq/0.95 x 0.55 x 0.3 kürək çantası;
Yerüstü idarəetmə stansiyası ilə təchiz olunan çantanın kütləsi/ölçüləri: 24 kq/1 x 0.5 x 0.2 m;
Kompleksin yerləşdirmə müddəti: 10 dəqiqə;
Fəaliyyət radiusu 25 km.
"İnspektor-301" mexaniki bir katapultdan istifadə edərək, küləyin sürəti 12 m/s-yə qədər olduqda, zəif yağış və qarda belə havaya qalxa bilir.
Faydalı yükün tərkibi:
sabit aşağı səviyyəli ön görünüşlü televiziya kamerası;
müxtəlif fokus məsafələri ilə sabitlənən televizor kameraları;
planlaşdırılan görüntülü rəqəmsal kamera (10 meqapiksel);
IR kamera (seçimlə);
müxtəlif sensorlar (seçimlə).

Xüsusiyyətləri

Qalxma kütləsi: 6.50 kq;
Uçuş məsafəsi: 200 km;
Sürəti: 150 km/saat;
Praktik uçuş yüksəkliyi: 4000 m;
Faydalı yükün kütləsi: 1 kq;
Uçuş müddəti: 2 saat;
Qanad açılımı: 1.5 saat;
İstismar temperaturu: -30 .. + 50 C.

DELTA-M

DELTA-M PUA-ları aerofotoqrafiya, real zamanlı video müşahidə, multispektral fotoqrafiya və s. üçün nəzərdə tutulur.

DELTA-M çox məqsədli kəşfiyyaat PUA-sı "Avtonom aerokosmik sistemlər - GeoService" şirkəti tərəfindən hazırlanıb. 3 oxlu sabitləşdirilən fırlanan platforma və 4 ədəd elektrik mühərriki PUA-nın 30 km-ə qədər fəaliyyət radiusunu təmin edir. 9 kq kütlə ilə 2.5 saat havada qala bilən PUA çoxmərhələli özünü xilasetmə sistemi ilə təchiz edilir.

Bu PUA-lardan:

1: 500-ə qədər böyük miqyaslı xəritələrin və planların yaradılmasında (istəyə görə);
Üçölçülü ərazi modellərinin qurulmasında;
Mədən işlərinin həcminin hesablanmasında;
Real zamanda monitorinqdə;
Tullantıların və karyer kənarlarının vəziyyətinin izlənməsində;
Yol örtüyünün vəziyyətinin qiymətləndirilməsində;
Uzunlamasına və eninə profillərin yaradılmasında;
CİS kartoqrafiyasında;
Meşələrin vəziyyətinə nəzarətdə;
Qanunsuz ağac kəsilməsinin aşkarlanmasında;
Heyvanların müşahidəsində;
Kənd təsərrüfatında;
Elektron sahə xəritələrinin yaradılmasında;
NDVI və digər indekslərin hesablanmasında;
Torpaq inventarizasiyasında;
Tikinti planlaşdırılmasında;
Görülən işlərin keyfiyyətinə nəzarətdə;
Mühəndislik işlərində;
Ekologiya, təbiətin idarəedilməsi, cihaz istehsalı sahəsində elmi araşdırmalarda;
Fəlakətlərin monitorinqində və s. istifadə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Dəyişdirilə bilən faydalı yüklər: rəqəmsal kamera, multispektral kamera, video kamera, termal görüntüləmə kamerası;
Uçuşdan əvvəl avtomatik diaqnostika;
Uçuş müddəti: 2.5 saata qədər;
Uçuş sürəti: 60-80 km/s;
Uçuş hündürlüyü: 100-3000 m;
Maksimum radio rabitə əlaqə məsafəsi: 50 km;
Qalxma/enmə: katapult/paraşütlə;
Xarici təsirlərə qarşı müqavimət;
Maksimum icazə verilən külək sürəti: 15 m/s;
Fəaliyyət temperaturu: -35 ilə +45 ° C arasında;
Uçuş kütləsi: 9 kq;
Yükün kütləsi: 1.75 kq-a qədər:
Qanad açılımı: 2.1 m;
Uzunluğu: 840 mm;
Hündürlüyü: 200 mm.

"Orlan-3M"

"Orlan-3M" çoxməqsədli PUA-sı "Xüsusi texnologiya mərkəzi" tərəfindən hazırlanıb. Porşenli mühərrikə malik vasitə 100 km-ə qədər fəaliyyət radiusuna malikdir. 2011-ci ildən istismar edilir.

"Orlan-3" pilotsuz uçuş aparatları Rusiyanın "Xüsusi Texnoloji Mərkəzi" MMC tərəfindən hazırlanıb. "Orlan-3" pilotsuz uçuş aparatı, havadan foto və videoçəkilişlərin aparılması üçün ixtisaslaşan aviasiya komplekslərinin inkişafında və digər oxşar vəzifələrdə daşıyıcı kimi istifadə üçün nəzərdə tutulub.

Modul tipli dizayn müxtəlif yüklərin və avadanlıqların PUA-ya quraşdırılmasına imkan verir. İdarəetmə sisteminin germetik dizaynı və aramid lifli parça əsasında hazırlanan kompozit materiallardan istifadə, müntəzəm istismar zamanı bahalı avadanlıqların xidmət müddətini xeyli uzadır.

APS 2.2 avtomatik idarəetmə sistemi, avadanlıqların və faydalı yüklərin idarə olunmasını təmin edir, nəticədə əldə edilən video-foto məlumatların parametrlərinin qeyd edilməsi isə sonrakı emal prosesini xeyli asanlaşdırır. "TopoAxis" proqramından istifadə edərək fərdi kadrların ayrıca saxlanılması isə prosesi avtomatlaşdırmağa imkan verir.

Xüsusiyyətləri:

Daşınan və digər avadanlığının qısa zamanda dəyişdirilməsi;
Yüksək sabitlik və yaxşı idarəetmə;
Əlverişsiz hava şəraitində və məhdud ərazilərdə istifadə;
Qanad konsollarının içərisində geniş çeşidli cihazların yerləşdirilməsi;
Mövcud parametrlərin (koordinatların, hündürlüyün, kadr nömrəsinin və s.) qeydiyyatı ilə birlikdə video və fotoların təmin edilməsi;
PUA-da generatorun olmasının bütün uçuş boyunca aktiv yüklərin istifadəsinə imkan verməsi;
4-ə qədər PUA-nın paralel tətbiqi;
İstənilən PUA-nın qalanları üçün rabitə təkrarlayıcısı kimi işləyə bilməsi.
Yüksək stabillik və yaxşı idarəolunma əlverişsiz hava şəraitində və məhdud ərazilərdə "Orlan-3" PUA-sının istifadəsinə imkan verir. Qanad konsollarının içərisindəki əlavə həcm geniş cihaz seçimlərinin korpusda yerləşdirilməsinə şərait yaradır.

"Orlan-3" PUA-sının faydalı yükü:

Fotokameralar:
"Casio Exilim EX-Z8";
"Casio Exilim Zoom EX-Z 1080";
"Casio Exilim Zoom EX-Z 1200";
"Canon Ixus 990".
Videokameralar:
Planlaşdırılan ("Flir Foton 320", "Flir Foton 640", BHV-558 EX);
Kurs üzrə ("Flir Foton 320", "Flir Foton 640", BHV-558 EX);
Fırlanan ("Flir Foton 320", "Flir Foton 640").

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 2.10 m;
Uzunluğu: 1.45 m;
Hündürlüyü: 0.40 m;
Kütləsi: 5.5 kq;
Mühərrik növü: daxili yanma;
Mühərrikin gücü: 1 x 1.3 a.g;
Kreyser sürəti: 130 km/saat;
Praktiki uçuş məsafəsi: 50 km;
Uçuş müddəti: 2 saat;
Praktik yüksəklik: 7000 m.

"Orlan-10"

"Orlan-10" pilotsuz uçuş aparatları Rusiyanın "Xüsusi Texnoloji Mərkəzi" MMC tərəfindən hazırlanıb. 2010-cu ildə Sankt-Peterburqda kütləsi 18 kq olan "Orlan-10" qısa mənzilli PUA-ları istehsal edildi. Bir sıra genişmiqyaslı təlimlərdə, o cümlədən "Qafqaz-2012"də və ondan sonrakı təlimlərdə iştirak edən "Orlan-10" Quru Qoşunları və Hava-Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

"Orlan-10" PUA-larına malik kompleks, çətin ərazilərdə obyektlərə nəzarət etməyə imkan verir. Axtarış və xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Pilotsuz vasitənin yüksək dayanıqlığı səbəbindən çətin hava şəraiti "Orlan-10" kompleksinin istifadəsinə mane olmur. "Orlan-10" PUA-sının hazırlanmasında modul tipli bir arxitekturadan istifadə edilib ki, bu da avadanlıqların tərkibini çox qısa zamanda dəyişdirməyə və sökülən PUA-nı nəql etməyə imkan verir.

200-dən çox sayda istehsal edilən PUA porşenli mühərrikə malikdir. 600 km-ə qədər fəaliyyət radiusuna malik vasitə 2011-ci ildən istismar edilir.

Kompleks Rusiya ordusu tərəfindən 2012-ci ilin sonunda silahlanmaya qəbul edilib. Bu günə qədər ümumilikdə 200-dən çox "Orlan-10" istehsal edilərək qoşunlara təhvil verilib.

"Orlan-10" pilotsuz uçuş aparatı fotoaparat və girosabit televiziya kamerası ilə təchiz edilir. Yerüstü idarəetmə stansiyası eyni vaxtda 4 vasitəni idarə etməyə imkan verir. Cihazlardan hər hansı biri idarəetmə siqnallarını daha uzaq bir PUA-ya ötürmək üçün təkrarlayıcı kimi istifadə edilə bilər.

Kompleksin imkanları:

- faydalı yükün və avadanlıqların qısa zamanda dəyişdirilməsi;
- cari parametrlərin (koordinatların, hündürlüyün, kadr nömrəsinin) qeydiyyatı ilə birlikdə video və foto çəkilişlərin təmin edilməsi;
- əlverişsiz hava şəraitində və məhdud ərazilərdə istifadə imkanı;
- nəzarət-ölçmə cihazlarının qanad konsolları içərisində yerləşdirilməsi;
- generatorun mövcudluğunun bütün uçuş zamanı aktiv yüklərin istifadəsinə imkan verməsi;
qalanları üçün təkrarlayıcı olaraq istifadə edilməsi.

"Orlan-10" pilotsuz vasitəsinin maksimum qalxma kütləsi 18 kiloqrama qədərdir, bunlardan 5 kq-ı yük ola bilər. Qarışıq (metal və plastik) materiallardan hazırlanan PUA, ön mühərrik və çəkmə pərinə malik yüksək qanadlı dizayn əsasında hazırlanır. Quyruq pərləri də klassik sxemə görə hazırlanır, baxmayaraq ki, "Orlan"ın killəri stabilizatordan daha çox inkişaf etdirilib. Eyni zamanda, bu qərar olduqca başa düşülən görünür: yüngül bir dron çarpaz küləklərə daha az həssas olacaq və normal aerodinamika üçün mövcud nisbi dar stabilizator kifayətdir.

Pilotsuz vasitənin buraxılması sökülə bilən xüsusi katapultdan həyata keçirilir. İlkin sürətlənmədən sonra uçuş aşağı güclü benzin mühərriki hesabına baş verir (AI-95 yanacağı tövsiyə olunur). Uçuş sürəti taktiki ehtiyacdan asılı olaraq saatda 75 ilə 170 kilometr arasında dəyişə bilər. "Orlan-10" havada 18 saata qədər qala bilər, idarəetmə panelindən maksimum məsafə 180-200 kilometri keçməməlidir, əks halda dronun video avadanlığından siqnal almaq mümkün olmur. "Orlan"ın maksimum uçuş yüksəkliyi 5 kilometrdir.

Tapşırıq başa çatdıqdan sonra enmə paraşütlə həyata keçirilir: operator cihazı göstərilən əraziyə aparır, sürətini azaldır və paraşütün açılması üçün komanda verir. Paraşütlə yanaşı, sərt enmə zamanı cihazın qorunmasını təmin edən daha iki sistem mövcuddur. Yerə toxunmadan əvvəl pnevmatik amortizator şişirilir və icazə verilən artıq yük "Orlan"ın struktur elementlərindən ayrılır. Nəticədə meydana gələn zədələr əhəmiyyətli dərəcədə azalır.

"Orlan 10" PUA-sının modul arxitekturalı dizaynı faydalı yüklərin və avadanlıqların tərkibini qısa zamanda dəyişdirməyə imkan verir. Yüksək sabitlik və yaxşı idarəetmə qabiliyyəti, əlverişsiz hava şəraitində və məhdud ərazilərdə "Orlan-10" un istifadəsinə imkan verir.

Sökülə bilən füzelyaj həll olunan tapşırıqlara uyğun gəməklə PUA kompleksinin daşınma rahatlığını da təmin edir. Dronun qanad konsollarının içərisindəki əlavə həcm, çox sayda faydalı yük avadanlığının korpusa yerləşdirilməsinə imkan verir.

"Orlan-10" eyni anda bir neçə növ hədəf avadanlığı ilə təchiz edilə bilər. Bunlara foto və videokameralar, termal görüntü cihazı, görüntünü konsola ötürmək üçün radioötürücü və siqnal təkrarlayıcı aiddir. Onlar eyni vaxtda quraşdırıla bilər. Siqnal təkrarlayıcı tövsiyə olunan məsafə xaricində olan bir neçə "Orlan"ın eyni vaxtda istifadəsi üçün faydaldır. Bu bazaya qayıtmadan və avadanlıqları dəyişdirmədən çoxsaylı vasitələrlə müşahidə aparmağa imkan verir.

"Orlan-10" PUA-sının faydalı yükləri

Fotokameralar:
"Canon EOS 500D";
"Canon EOS 50D";
"Canon EOS 5D".

Fırlanan ("Flir Foton 320", "Flir Foton 640");
Girosabitləşdirilən ("Controp" D-STAMP, U-STAMP);
Termal kameralar ("Flir Foton 320", "Flir Foton 640").

"Orlan-10" digər şərtlərdə bir neçə başqa tip pilotsuz vasitələrə həvalə edilən funksiyaları yerinə yetirə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 3.10 m;
Uzunluğu: 1.80 m;
Boş kütləsi: 12.50 kq;
Maksimum qalxma kütləsi: 18 kq;
Mühərrikin növü: daxili yanma;
Kreyser sürəti:100-150 km/saat;
Praktik uçuş məsafəsi: 600 km;
Fəaliyyət radiusu: 50-120 km;
Uçuş müddəti: 10-18 saat;
Praktik uçuş yüksəkliyi: 6000 m.

"Taxion"

"Taxion" kiçik pilotsuz vasitəsi müşahidə, hədəf təyinatı, atəş tənzimlənməsi və zərərin qiymətləndirilməsi üçün nəzərdə tutulur. Uzaqdan aerofotoqrafiya və video çəkilişi üçün yararlı olan PUA rabitə təkrarlayıcı kimi də istifadə edilə bilər.

Cihaz "İjmaş - Pilotsuz Sistemlər" MMC tərəfindən yaradılıb və 2012-ci ildə təqdim edilib. 2015-ci ilin yanvar ayında hökumət sınaqları batareyalarla deyil, yanacaq elementləri ilə işləyən dron modifikasiyasında başlandı. Mərkəzi Hərbi Dairənin kəşfiyyat bölmələri 2015-ci ilin əvvəllərində "Taxion" pilotsuz uçuş aparatları ilə silahlandı. 2016-cı ilin əvvəlində bu PUA-lar Ermənistandakı Rusiya hərbi bazasına da göndərildi. PUA-ların Ermənistan ordusuna verilməsi də istisna edilmir.

Pilotsuz vasitə "uçan qanad" aerodinamik dizaynına uyğun olaraq hazırlanıb və avtomatik avtopilot idarəetmə sistemindən, idarəetmə stansiyasından, güc qurğusundan, elektrik təchizatı sistemindən, paraşütlə enmə vasitəsindən və dəyişdirilə bilən faydalı yükdən ibarətdir. PUA katapultdan buraxılır. Enmə isə avtomatik olaraq paraşütlə həyata keçirilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uçuş kütləsi: 25 kq;
Uzunluğu: 610 mm;
Qanad açılımı: 2000 mm;
Faydalı yükün kütləsi: 5 kq;
Mühərriki: elektrikli;
Uçuş sürəti:
maksimum 120 km/saat;
kreysr 65 km/saat;
Uçuş hündürlüyü:
maksimum 4000 m;
minimum 50 m;
Uçuş müddəti: 2 saat;
Fəaliyyət radiusu: 40 km;
Fəaliyyət temperaturu: -30 ilə +40 C.

"Forpost"

"Forpost" PUA-sının əsas vəzifəsi döyüş zonasında havadan kəşfiyyat aparmaqdan və artilleriya atəşini tənzimləməkdən ibarətdir.

Onun ilk modeli 1990-cı ildə İsrailin IAI şirkəti tərəfindən Asiya Aerokosmik Mərkəzində ictimaiyyətə təqdim edilib. 1992-ci ildə İsrail Müdafiə Qüvvələri tərəfindən 200 ədəd bu PUA-dan əldə edilib. Bir sıra ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilib.

Rusiya-Gürcüstan müharibəsindən sonra, 2009-cu ilin aprelində Moskva üzərində araşdırma aparılması üçün 12 milyon ABŞ dollarına iki ədəd "Searcher II" PUA-sı əldə etdi. 13 oktyabr 2010-cu ildə Kazan Helikopter Zavodunda İsrail komponentlərindən "Searcher II"nin montajı üçün 300 milyon dollarlıq bir müqavilə imzalandı. 2012-ci ildən sonra isə Ural Mülki Aviasiya Zavodunda "Forpost" adlanan PUA və idarəetmə stansiyasından ibarət olan kəşfiyyat kompleksinin yerli istehsalına başlandı. "Forpost" PUA-ları həm ənənəvi hazırlıqsız uçuş zolağından, həm də pnevmatik katapultdan və ya JATO raket gücləndiricilərindən istifadə edilərək buraxılır.

2014-cü ilin yanvar ayından etibarən, 6 ədəd "Forpost" və yerüstü idarəetmə stansiyası, Kamçatkanın Elizovo aviabazasında yaradılan pilotsuz uçuş aparatlarının dəstəsində xidmətə başladı.

İsrailin IAI "Searcher II" aparatının lisenziyalı kopyası lolan "Forpost" porşenli mühərrikə malikdir. PUA hazırda Rusiya ordusunda aktiv istifadə olunur.

20 may 2015-ci il tarixində Ukraynanın Donetsk vilayətinin Peski kəndi yaxınlığında ilk "Forpost" (nömrəsi 923) məhv edildi. Ümumilikdə, son 1 ilə qədər Donbasda 905, 915, 916, 920 və 923 nömrəli 5 ədəd "Forpost" PUA-sı məhv edilib.

Taktiki-Texniki Xüsusiyyətləri

Qanad açılımı: 7.22 m;
Uzunluğu: 5.15 m;
Hündürlüyü: 1.16 m:
Kütləsi: 207 kq;
Faydalı yükü: 63 kq;
Mühərrikin tipi (İsrail versiyasında): 1×Limbach L 550;
Gücü: 1×47 a.g;
Maksimum sürəti: 198 km/s;
Kreyser sürəti: 194 km/saat;
Əməliyyat radiusu: 220 km;
Uçuş müddəti: 12-14 saat;
Praktik uçuş yüksəkliyi: 4575 m.

"Rubej-20"

"Rubej-20" (Granat-4) PUA-ları 2010-cu ildə "Aerokon" şirkəti tərəfindən dizayn edilən çox məqsədli pilotsuz vasitədir. Bu PUA-nın dizaynı 2000-ci illərin ikinci yarısında Rusiya təyyarə istehsalçıları və hərbi aviasiya texnologiyaları sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Çoxməqsədli pilotsuz uçuş aparatının dizaynı yalnız hərbi sahədə istifadəni nəzərdə tutur. Onun vasitəsilə axtarış və müşahidə tapşırıqlarını yerinə yetirmək, kəşfiyyat məlumatları toplamaq və axtarış əməliyyatlarını həyata keçirmək üçün istifadə mümkündür. Bu PUA hərbi hissələrin koordinasiyası və zərəri müəyyənləşdirmək üçün də istifadə olunur.

"Rubej-20" PUA-sının ilk uçuş sınaqları 2010-cu ildə keçirilib, real istismarına isə 2012-ci ildə başlanıb. Bu isə ilk növbədə sifarişin olmaması ilə əlaqəli olub. 2012-ci ildən sonra istehsal edilən 20-yə qədər PUA aktiv istismardadır.

"Rubej-20" kiçik ölçüyə və kiçik qalxma kütləsinə malikdir, bu isə cihazı yalnız istismar rahatlığı ilə təmin etmir, eyni zamanda nisbətən az güclü mühəriklə kifayət qədər manevr və yüksək sürətdə qalmasına imkan verir. 110 km/saat sürətə malik PUA 10-11 saata qədər havada qala bilir.

PUA yalnız gündüz deyil, həm də gecə müşahidə və kəşfiyyata imkan verən xüsusi turelə quraşdırılan elektro-optik və infraqırmızı kameralarla təchiz edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 3.2 m ;
Qanad açılımı: 3.5 m;
Hündürlüyü: 0.46 m;
Maksimum qalxma kütləsi: 20 kq;
Kreyser sürəti: 100 km/s;
Maksimum uçuş sürəti: 110 km/s;
Maksimum uçuş məsafəsi: 150 km ;
Maksimum uçuş hündürlüyü: 5000 m;
Mühərrikin növü: porşenli;
Güc qurğusu: məlum deyil.

"Zastava"

2012-ci ildə "İsrael Aerospace Industries" (IAI) şirkəti ilə müqavilə imzaladıqdan sonra Rusiyada İsrailin "Bird Eye 400" PUA-larının bazasında lisenziyalı versiyanın "Zastava" adı ilə istehsalına başlandı.

Zastava PUA-ları "Ural Mülki Aviasiya Zavodu" ASC tərəfindən hazırlanır. Pilotsuz vasitə İsrail dizaynerləri tərəfindən IAI "Bird Eye 400" əsasında hazırlansa da, rus mənbələri cihazın dizaynının rusiyalı mühəndislərin təcrübəsi ilə hərbi tapşırıqların yerinə yetirilməsi üçün uyğunlaşdırıldığını, texniki cəhətdən optimallaşdırıldığını, bunun isə PUA-nı daha yüksək texniki xüsusiyyətlərlə təmin etdiyini yazırlar. O zaman bu PUA-nın niyə populyar olmadığı və bu gün yalnız bir neçə aparatın istifadə edildiyi anlaşılmır.

"Zastava" hərbi təyinatlı və çoxfunksiyalı pilotsuz uçuş aparatı ərazinin kəşfiyyatını, patrul və müşahidə uçuşlarını aparmaq, düşmənlə birbaşa təmasda olan yerlərdə xüsusi əməliyyatlar keçirmək və s. kimi əlaqəli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulur. Bundan əlavə PUA zərbə-atəş vasitələrini, xüsusən də artilleriya vasitələrinin hədəfə yönəldilməsini tənzimləyir.

2013-cü ildə ilk uçuşunu keçirən PUA, sonradan kiçik həcmdə istehsal edildi. "Zastava"nın güc qurğusu, onun bir saata qədər uça bilməsinə imkan verən bir ədəd elektrik mühərriklə təmsil olunur. Onun maksimal sürəti 100 km/saatdır.

2015-ci ildən etibarən Rusiyada 30-a yaxın "Zastava" kəşfiyyat kompleksi istehsal edilib. Donbas üzərində itirilən 355 və 405 zavod nömrəli iki ədəd "Zastava", Rusiyanın bu PUA-ların qonşu dövlətlərə qarşı istifadəsi haqqında ehtimalları bir daha təsdiqlədi.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 0.8 m;
Qanad açılımı: 2.2 m;
Hündürlüyü: 0.24 m;
Maksimum qalxma kütləsi: 5.5 kq;
Kreyser sürəti: 80 km/s ;
Maksimum uçuş sürəti: 120 km/s;
Maksimum uçuş məsafəsi: 10 km;
Maksimum uçuş hündürlüyü: 2200 m;
Təyyarə mühərrikinin növü: elektrik;
Güc qurğusu: məlum deyil.

"Altius-M"

2015-ci ildən Rusiyanın "Sokol" Eksperimental Dizayn Bürosu və "Tranzas" Şirkətlər Qrupu tərəfindən hazırlanaraq "KAPO-kompozit" şirkəti tərəfindən M-17RM təyyarəsi bazasında istehsal edilən "Altius" perspektivli PUA kompleksləri həm nisbətən yüksək hündürlükdə kəşfiyyat və patrul vəzifələrini yerinə yetirmək üçün, həm də ABŞ-ın MQ-1 "Predator" və ya MQ-9 "Reaper" PUA-larına rəqabət təşkil etmək üçün nəzərdə tutulurdu. Beş tonluq "Altius-M" PUA-sı dəqiq zərbə, kəşfiyyat və radioelektron mübarizə üçün bir çox faydalı yük ilə modul konstruksiyaya malikdir.

Böyük bir qanad açılımına, iki mühərrikə və V şəklli quyruq hissəyə malik normal aerodinamik konfiqurasiyalı PUA orta hissədə yerləşən iki turbopərli mühərriklə təchiz edilir. Bu mühərriklər turboreaktiv mühərriklərlə müqayisədə nisbətən az yanacaq istehlakını təmin edir.

PUA-nın Almaniya istehsalı olan aviasiya V12 dizel mühərrikindən istifadə etməsi, hazırda onun istehsalının dayandırılmasına səbəb olub.

Taktiki-Texniki Xüsusiyyətləri

Kütləsi: 5000 kq-a qədər;
Uçuş məsafəsi: 10000 km-ə qədər;
Uçuş müddəti: 48 saat;
Mühərrik növü: maye ilə soyudulan 2 ədəd turbopərli RED A03/V12 dizel mühərriki;
Mühərrik həcmi: 6134 kub.sm;
Mühərrik turbokompressorunun sayı: 2 ədəd (1800-2200 MBAR);
Mühərrik yanacaq sistemi: CRDI;
Mühərrikin gücü: 500 a.g;
Maksimum davamlı mühərrik gücü: 480 a.g;
Mühərrikin resursu: 3000 saat;
Yanacaq növü: JET A (kerosin) və ya dizel.

Mənbələr

https://bp-la.ru/bpla-dozor-4/
https://bp-la.ru/bespilotnyj-letatelnyj-apparat-dozor-100/
https://avia.pro/blog/dozor-600-tehnicheskie-harakteristiki-foto
https://bp-la.ru/bpla-inspektor-201/
https://bp-la.ru/bpla-inspektor-301/
https://uav-siberia.com/catalog/product/deltam/
http://www.airwar.ru/enc/bpla/orlan3.html
http://www.airwar.ru/enc/bpla/orlan10.html
https://vpk.name/library/f/forpost-bla.html
https://avia.pro/blog/rubezh-20-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/zastava-tehnicheskie-harakteristiki-foto
https://vpk.name/library/f/altius-m.html
wikipedia.inspektor-101
wikipedia.taxion

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   PUA   Region  

Region ölkələrinin PUA parkında Rusiyanın yeri - ARAŞDIRMA (HƏRBİ EKSPERT) - II YAZI

2020/09/332-3200478646.jpg
Oxunub: 2395     14:54     16 Sentyabr 2020    