Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın "Hodvaç 3" klubunun "Erməni "xalq ordusu": müdafiə, təhlükəsizlik və insan hüquqları" mövzusunda video müzakirəsində "Sülh dialoqu" ictimai təşkilatının direktoru Edqar Xaçatryan bildirib.
O qeyd edib ki, bu layihə ilə həll etmək istədikləri problem hamı üçün aydındır, ancaq qurumun yaradılması onun üçün, yumşaq dildə desək, problemlidir.
"İnsanlara necə silah veriləcək, kimə veriləcək, necə nəzarət olunacaq?", - deyə Xaçatryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az