Fransada avtomobil zavoduna Əhmədiyyə Cəbrayılovun adı verilmişdi...

2020/08/Ahmad-1598006354.jpg
Oxunub: 8334     11:04     04 Sentyabr 2020    
İnsan ömür adlı gözəl, şirin, elə o qədər də acı, çətin bir səfərdədi. Bu səfər zamanı insanın yoluna çıxan əngəllər onu sınaqlarla bərkidir. Dözümlülüyün artırır, daha gərgin vəziyyətdə, daha mürəkkəb şəraitdə çalışmağı öyrədir. Kamil insan çətin vəziyyətdə belə çıxış yolunu əsəblə, gərginliklə deyil, səbirlə tapa bilər.

İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılov düşdüyü çətinlikləri dözümüylə, özünə və təmsil etdiyi millətə sayğısıyla, səbriylə yumşalda bildi. Həm də Fransada. Azərbaycandan kilometrlərlə uzaqlarda.

Əsirlikdən qaçmışdı, partizan idi Əhmədiyyə. "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib, Fransanın yüksək mükafatları və orden-medalları ilə təltif olunub. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Əhmədiyyə Cəbrayılov 1920-ci ilin 22 sentyabrında Şəki rayonunun Oxud kəndində anadan olub. İnsanın xarakteri yeniyetməliyindən formalaşır. Əhmədiyyə heç vaxt həmyaşıdlarından fərqləndiyinin fərqinə varmazdı. Bu, hiss edilməzdi deyə başqaları da bu xarakterin necə püxtələşdiyinə əhəmiyyət verməzdi.

Qorxmazlığı, inadkarlığı, cəsurluğu ilə diqqət çəkən Əhmədiyyə Cəbrayılov Kənd Təsərrüfatı Texnikumunu bitirəndə müharibə başlayır. O, könüllü müharibəyə getmək və cəbhədə kəşfiyyatçı olmaq istədiyini bildirir. Ancaq komandanlıq onu aviasiya məktəbinə göndərir. Hazırlıq bitdikdən sonra bombardmançı-eskadrilyaya təyin olunur.

Əhmədiyyə Cəbrayılovun düşüncə tərzi, həyata baxışı xoşa gələniydi. Düşünürdü ki, düşmənə qalib gəlmək üçün əvvəlcə onun dilini bilməlisən. Bu gərəkli düşüncəylə alman dilini öyrənir.

1942-ci ilin mayında onun əsgəri olduğu batalyon qeyri-mütəşəkkil şəkildə planlaşdırılmış hərbi əməliyyat səbəbindən döyüşdə uğursuzluğa məruz qalır və şəxsi heyətin çox hissəsi məhv olur. Əhmədiyyə Cəbrayılov sağ qalır. Almanlar yaralı azərbaycanlını huşsuz vəziyyətdə Fransadakı Monqoban əsir düşərgəsinə gətirirlər.

1943-cü ildə əsir düşərgəsi komendantının qulluqçusu madam Jannanın köməyi ilə əsirlikdən xilas olur: fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün Əhmədiyyəni tabutda gizlədirlər. Tabutu Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə fransız dilini də öyrənir. Madam Jannanın sayəsində Fransa müqavimət hərəkatının fəalları ilə əlaqə yaradır, kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi eskadronun üzvü olur.

Əhmədiyyə Cəbrayılov komandiri kapitan Delplankın olan Düma Gizli Ordusuna keçirilir. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasının qarşısını alır. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağını xilas edərkən yaralanır, alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə olunur. Albi şəhərinə hərbi komendant təyin olunan Əhmədiyyə Cəbrayılov bir müddət partizanlara çox əhəmiyyətli məlumatlar ötürür, bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

Düşmənin dilini çox yaxşı bilən azərbaycanlı döyüşçü 4 əməliyyatdan sonra kəşfiyyat qrupunun rəhbəri olur. Xidmətdəki fədakarlığı ilə seçilən Armed Mişel bir ay sonra fransız medalı ilə təltif olunur. Daha sonra ona üzərində Şarl de Qollun öz əli ilə yazdığı qısa mətnli məktub təqdim olunur: "Əzizim Armed Mişel, xidmətinizə görə vuruşan fransız xalqı adından sizə təşəkkür edirəm. Sizin Şarl de Qoll".

Əhmədiyyə Cəbrayılov yalnız uğurlu əməliyyatlarla kifayətlənmir, səlis danışdığı alman dilini tabeliyindəki kəşfiyyatçılara da öyrədir. Azərbaycanlı partizanın konkret hədəfləri vardı. O, tezliklə alman zabiti forması geyinərək alman sənədlərinə xüsusi diqqət ayırmaqla düşmənin arxasında əməliyyat aparmaq planlarını sınaqdan keçirməyə başlayır. Tapşırıqları komandirlərindən alsa da, əməliyyatı özü planlaşdırırdı. Kəşfiyyat komandirinin layiqli xidmətləri nəticəsiz qalmadı. Tezliklə Armed Mişel ilk "Könüllü xidmətə görə Xaç" ordeni ilə təltif edildi. Xidmətlərinə görə Fransa Respublikasının ali hərbi mükafatı - "Dəmir Xaç"la təltif olundu. Bu ordenə layiq görülən həmyerlimiz Fransada hərbi paradda ölkə prezidentindən öndə addımlaya bilərdi. SSRİ-də cəmi 2 nəfər bu medalla təltif edilmişdi: Marşal Jukov və Əhmədiyyə Cəbrayılov...

Şarl de Qoll başda olmaqla, Fransa xalqı və dövləti partizan Əhmədiyyə Cəbrayılovun xidmətlərini unutmadı. Fransa hökuməti Dijonda ona kiçik avtomobil zavodu hədiyyə etdi. Üstəlik, Əhmədiyyə Cəbrayılov Fransa prezidenti Şarl de Qollun dəftərxanasında məsul vəzifəyə təyin olundu. Lakin bunlar qəlbi Vətənlə döyünən Əhmədiyyəni qürbətdə saxlamağı bacarmadı. 1951-ci ildə Azərbaycana qayıtmaq qərarına gəldi. Şarl de Qoll ona Fransanın bütün nəqliyyat növlərindən pulsuz istifadə etmək hüququ olan ölkə vətəndaşı şəhadətnaməsini təqdim etdi. On gün sonra isə rəhbəri olduğu avtomobil zavoduna Armed Mişelin adı verildi.

…Dünyanın ən qəddar diktaturalarından biri sayılan SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Vətənə qayıdan Əhmədiyyə Cəbrayılova Oxud kəndini tərk etmək qadağan edildi. Bütün mükafatlar, hətta məktublar, fotolar, pulsuz gediş hüququ əlindən alındı. Fransa prezidentinin dostu Oxud kəndində çobanlıq etməyə başladı. Qəddar rejimin rəhbərliyi bir neçə il sonra yumşaldı - keçmiş döyüşçü aqronom təyin olundu.

Əhmədiyyə Cəbrayılov 1963-cü ildə ona mükafat olaraq verilmiş yüz min dolları Sülh Fonduna bağışladı. Yalnız bundan sonra Xruşov onun şəxsi sənədlərinin, mükafatlarının, o cümlədən "Hərbi Xaç" ordeninin qaytarılması barədə göstəriş verdi.

Əhmədiyyə Cəbrayılov illər sonra ona qaytarılan ordeni kəndə gətirib onu səliqəylə köhnə nəsil sandığının içinə qoydu...

1966-cı ildə Sovet İttifaqında rəsmi səfərdə olan Fransa prezidenti general Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla görüşdü. Bu tarixi görüş bir çox qaranlıqları aydınlığa qovuşdurdu...

Bir gün onun kənddəki evinin qarşısında yenidən avtomobillər dayandı. Əhmədiyyə Cəbrayılovu ziyarətə gələn bir vaxtlar tabeliyində döyüşdüyü dostu, Fransanın müdafiə naziri, general idi. O, Fransa prezidentinin rəsmi məktubunu öz silahdaşına verərək bildirdi ki, SSRİ vətəndaşı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov Fransa hökumətinin hesabına bu ölkəyə dəfələrlə baş çəkmək və orada qalmaq hüququna malikdir. Fransada məşhur olan müharibə qəhrəmanı bu kiçik kənddəki köhnə evində bu ölkənin bütün yüksək hərbi mükafatlarına malik şəxs oldu. O, "Hərbi Xaç", "Könüllü xidmətə görə Xaç", "Fransanın Hərbi Medalı", "Fəxri Legion Ordeni" ilə təltif edildi.

Əhmədiyyə Cəbrayılov 1994-cü ilin 10 oktyabrında avtomobil qəzasında həlak olub. Şəkinin Oxud kəndində dəfn edilib.

Əfsanəvi qəhrəmanın təkrarsız ömür səyahəti başa çatdı...

Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir. 1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur. 1998-ci ilin 15 oktyabrında Fransa Müqavimət Hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir…

Xalqımızın böyük filosofu və ədibi M.F.Axundova görə "əsl vətənpərvər o kimsədir ki, Vətənin və millətin mənfəəti və azadiyyəsi üçün cəfakeş ola". Əhmədiyyə Cəbrayılov belə cəfakeşlərdən olub. Belə vətənpərvər, igid atanın oğlu da bu xarakterlə formalaşıbmış; Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov da Dağlıq Qarabağda döyüşlərdə qəhrəmanlar kimi döyüşdü, şəhid oldu. Ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Ata Cəbrayılovun da, oğul Cəbrayılovun da ömür yolu gənclər üçün əsl örnəkdir.
İnsan həyatda bir çox arzularına qovuşa, məqsədinə nail ola bilər. Əgər insan arzularının ardınca getsə, qarşısına qoyduğu məqsədlərinə nail olmaq üçün sonadək əzmlə çalışsa, xəyali bir ömür yaşaya bilər. Bu xəyalilik istək və arzuların aliliyindən asılıdır. Ürəyi Vətəni üçün, onun azadlığı üçün döyünənlər sonrakı nəsillərə təkcə xatirələr deyil, həm də örnəkdir. Əhmədiyyə Cəbrayılov örnək ola biləcək bir ömür yaşadı...

Günay Tağıyeva, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əhmədiyyə-Cəbrayılov   Fransa  

Fransada avtomobil zavoduna Əhmədiyyə Cəbrayılovun adı verilmişdi...

2020/08/Ahmad-1598006354.jpg
Oxunub: 8335     11:04     04 Sentyabr 2020    