Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VIII yazı

2020/06/7-11142996886.jpg
Oxunub: 2497     11:19     12 Aprel 2021    
(VIII yazı. VII yazını BURADAN oxuya bilərsiniz)

Əvvəlki məqalədə motoatıcı tabor və bölüyün taktiki hava desantında fəaliyyətinin, dağlarda müdafiə olunan düşmənə bilavasitə təmas vəziyyətindən hücumun xüsusiyyətlərini araşdırdıq. Bu məqalədə isə dağlarda qoşunların idarə edilməsinin xüsusiyyətlərini araşdıracaq, hücumun təşkili və icrası üzrə tövsiyələri formalaşdıracağıq.

Dağlarda qoşunların idarə edilməsinin xüsusiyyətləri

Dağlıq rayonların xüsusi şəraiti qoşunların döyüş fəaliyyətlərində bölmələrin idarə edilməsinə xüsusi təsir edir.

Qarabağın dağlıq ərazilərində qoşunların idarə edilməsi zamanı radiotexniki vasitələrlə işləmək mürəkkəbləşəcək, qoşunlarla əlaqə saxlayarkən fasilələr yaranacaq, nəticədə məlumatların toplanmasında və göndərilməsində çətinlik yaranacaq. Qoşunların bir mərkəzdən idarə edilməsi pozulacaq. Kəşfiyyatın təşkili, düşmənin və öz qoşunlarımızın fəaliyyətlərinin müşahidə olunması və səmtləşmə tam həcmdə mümkün olmayacaq, fəaliyyətlər çətinləşəcək. Komandirlərin qoşunlara çıxışları və idarəetmə məntəqələrinin açılması və yerdəyişməsi imkanları məhdudlaşacaq.

Bütün bunları nəzərə alaraq, istər döyüş əməliyyatlarına hazırlıq zamanı, istərsə də onların aparılması gedişində bir sıra məsələlərin həlli və əlavə tədbirlərin görülməsi vacibdir.

Qoşunların ayrı istiqamətlərdə və daha geniş cəbhədə fəaliyyət göstərməsi ilə əlaqədar qərargahlardan tələb olunur ki, qüvvə və vasitələrin istiqamətlər üzrə bölüşdürülməsinin ətraflı hesabını aparsın, bütün idarəetmə orqanlarının işi daha dəqiq təşkil edilsin, vəziyyət haqqında sistemli olaraq məlumatlar verilsin.

Planlaşdırma, qarşılıqlı fəaliyyət və təminat istiqamətlər üzrə ətraflı həyata keçirilməli, bu zaman səmtləşmə imkanları və ərazinin xüsusiyyətləri xüsusi dəqiqliklə nəzərə alınmalıdır.

Hücumun hazırlığı mərhələsində ərazidə işi bir neçə işçi nöqtədə aparmaq, qarşılıqlı fəaliyyətin təşkili üzrə işi isə ərazi maketi üzərində təşkil etmək daha məqsədəuyğundur.

Dağlarda fəaliyyətin gedişində qoşunların operativ, fasiləsiz, sabit və gizli idarə edilməsini təmin etmək üçün idarəetmənin təşkilində müharibələrin təcrübəsi əsasında işlənib hazırlanmış bir sıra müddəaların nəzərə alınmasına ehtiyac var.

Dağlarda qoşunların idarə edilməsi, adi şəraitlərdə olduğu kimi, stasionar və səyyar idarəetmə məntəqələrindən həyata keçiriləcək. Bundan əlavə, əməliyyat qrupları şəklində müvəqqəti idarəetmə məntəqələri yaradıla bilər. Bir çox hallarda korpus və ya briqada komandiri növbəti komanda məntəqəsini ehtiyat komanda məntəqəsinin bazasında deyil, bu operativ qrupların bazasında açması daha məqsədəuyğundur.

Dağlıq ərazidə idarəetmə məntəqələrini əsas zərbə istiqaməti üzrə fəaliyyət göstərən qoşunlara mümkün qədər yaxınlaşdırmaq lazımdır. İdarəetmə məntəqələrinin müdafiəsi və mühafizəsinə xüsusi diqqət yetirilməlidir ki, bunun üçün də döyüş bölmələrinin ayrılması vacibdir.

Radiostansiyaların və qoşunların digər idarəetmə vasitələrinin işinə dağların ekranlaşdırıcı xüsusiyyəti mənfi təsir göstərəcək. Buna görə də radiorabitə istiqamətlər üzrə bilavasitə və ya hakim yüksəkliklərdə açılmış ötürücü stansiyalar vasitəsi ilə həyata keçiriləcək. Bu məqsədlə ordunun silahlandırmasına yeni daxil olmuş vasitələrin imkanları aidiyyatı üzrə idarə və xidmətlər tərəfindən araşdırılmalı və təlimatlarda əlavələr edilməlidir.

Əsas qüvvələrdən kiçik məsafələrdə fəaliyyət göstərən qoşunların idarə edilməsinin təmin olunması üçün yardımçı rabitə qovşaqları yaradıla və helikopterlərdən geniş istifadə edilə bilər.

Dağlıq rayonlarda hücumda qoşunların idarə edilməsinin təşkilində, hər şeydən əvvəl, qollara ayrılmış idarəetmə məntəqələri sisteminin yaradılması, onların qoşunlara yaxınlaşdırılması və ayrılmış istiqamətlərdə əməliyyatların etibarlı idarə edilməsini təmin edən rayonlarda açılması vacib məsələlərdəndir. Döyüş bölmələri hesabına bu məntəqələrin müdafiə və mühafizəsi gücləndirilməli, etibarlı rabitə sistemi yaradılmalıdır.

Birinci eşelon korpus və briqadalarında idarəetmə məntəqələrinin adi şəraitlərə nisbətən, qoşunlara yaxın məsafədə açılması məqsədəuyğundur. Briqada və ayrı istiqamətlərdə fəaliyyət göstərən qüvvələrin idarəetmə məntəqələrini yüksəkliklərdə, əgər bu mümkün olmazsa, bölmələrin fəaliyyət göstərdiyi dərələr istiqamətində açmaq lazımdır.

Dağlıq ərazidə idarəetmə məntəqələrinin açılması üçün rayonların seçilməsinə ciddi diqqət yetirmək lazımdır. Bu rayonlar elə seçilməlidir ki, idarəetmə məntəqələrinin bölüşdürülərək yerləşdirilməsi və ümumiyyətlə gizli yerləşdirilməsi mümkün olsun. İdarəetmə məntəqələri elə yerləşdirilməlidir ki, qoşunlarla və idarəetmə məntəqələrinin özləri arasında etibarlı rabitə əlaqəsi saxlamaq təmin edilsin. İdarəetmə məntəqələrinin açılması üçün rayonların seçilməsi zamanı vacib məsələlərdən biri də odur ki, onların dairəvi mühafizə və müdafiəsi, işləmək üçün tez açılması və yerdəyişmə üçün tez yığılması təmin edilsin.

Dağlarda döyüşləri bilavasitə idarə edən idarəetmə məntəqələrinin yerdəyişmə imkanları və əlverişli ərazidə yerləşdirilməsindən əlavə, döyüş meydanını müşahidə imkanı da təmin edilməlidir.

Yandan keçən dəstə, ön dəstə, reyd dəstəsi və taktiki hava desantının idarə edilməsi üçün xüsusi radioistiqamətlər yaradılmalıdır. Bu məqsədlə helikopterlərdən istifadə olunmalıdır ki, onlar da yalnız idarəetməni təmin etməyəcək, həm də onları təyin olunmuş obyektə, düşmənin arxasına və cinahlara çıxaracaq və yandan keçmə yollarını göstərəcək. Əsas qüvvələrdən uzaq məsafədə fəaliyyət göstərən qüvvələri idarə etmək üçün yerüstü və hava retranslyasiya məntəqələri yaradılmalıdır.

Dağlarda idarəetməni təşkil edərkən ən vacib məsələlərdən biri də komendant xidməti tədbirlərinin keçirilməsi, idarəetmə sistemi elementlərinin müdafiəsi və mühafizəsi, kəşfiyyat-diversiya qrupları ilə mübarizənin təşkilidir.

Dağlıq ərazidə qoşunların idarə edilməsində vacib məsələlərdən biri də odur ki, idarəetmənin fasiləsizliyinin pozulması üzrə düşmənin diversiya-kəşfiyyat və digər qruplarının imkanları yüksələcək. Bununla əlaqədar idarəetmə məntəqələrinin və ümumilikdə idarəetmə sisteminin digər elementlərinin etibarlı mühafizəsi və müdafiəsi ətraflı planlaşdırılmalı, müvafiq qüvvə və vasitələrlə təmin edilməlidir.

İdarəetmə sisteminin elementlərinin hər birinin mühafizəsi və müdafiəsi üzrə tədbirlər idarəetmə məntəqələrinin mühafizəsi və müdafiəsi planında əks olunmalıdır və bu fəaliyyət idarəetmə məntəqələrinin təminat hissə və bölmələrinə həvalə olunmalıdır.

Əməliyyatların təcrübəsi göstərir ki, hissə və bölmələrin etibarlı idarə edilməsinin həyata keçirilməsi üçün qısadalğalı diapazonda radiostansiyalardan istifadə edilməsi zəruridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, radiorele rabitəsi əlaqə məsafəsini 2 dəfəyə qədər artıraraq müəyyən üstünlüklərə malikdir.

Qarabağın işğal altında olan ərazilərinin əsas hissəsinin dağlıq olduğu və bu ərazilərdə rabitənin təşkilində mövcud çətinlikləri nəzərə alaraq Azərbaycan peyklərinin rabitənin təşkili üzrə imkanları araşdırılmalı və əməli addımlar atılmalıdır.

Naqilli rabitə ilə təminat məsələlərində nəzərə almaq lazımdır ki, dağlarda rabitə xəttinin çəkiliş sürəti 2 dəfəyə qədər azalacaq, kabel sərfiyyatı artacaq, xətti komandaların ərazidə səmtləşdirilməsi, yəni lazımi məntəqələri tapması çətinləşəcək. Naqilli rabitə, dağlardakı uçqunlar səbəbindən tez-tez sıradan çıxacaq.

Hücumun gedişində ələ keçirilmiş mövqelərdə möhkəmlənmə zamanı idarəetmə məntəqələrinin davamlığının təmin edilməsi böyük əhəmiyyətə malikdir. Ələ keçirilən hədlərin mühəndis təchizatı üzrə digər tədbirlərlə yanaşı, idarəetmə məntəqələrinin açıldığı həm əsas, həm də ehtiyat rayonlarda ilk növbədə bu məntəqələr üçün əsas qurğular qurulmalıdır.

Düşmənin əks həmlə, əks zərbə və ya əks hücumu başlayanadək qoşunların idarə edilməsi daha çox naqilli və səyyar rabitə vasitələrindən istifadə edilməklə həyata keçiriləcək. Radio və radiorele rabitəsi isə hazırlanmalı, bərpa edilməli və daima işə hazır vəziyyətdə olmalıdır.

Nəticə və tövsiyələr

Dağlarda qoşunların döyüş fəaliyyətləri daha çox manevrli və yüksək tempdə olmalıdır, ayrı-ayrı istiqamətlər üzrə inkişaf etdirilməlidir, çünki vəziyyət qəfil və kəskin şəkildə dəyişəcək.

Hücumun inkişafının gedişində əsas qüvvələrin yüksək tempdə irəliləməsi üçün əlverişli şərait yaradılmalıdır, bu məqsədlə ön dəstə, yandan keçən dəstə və taktiki hava desantının əsas qüvvələrlə qarşılıqlı fəaliyyətinə nail olunmalıdır.

Ön dəstə, yandan keçən dəstə və taktiki hava desantının tətbiqi, hücumun fasiləsizliyinə və yüksək tempdə yerinə yetirilməsinə imkan verən əsas tədbirlərdən biri hesab olunmalıdır.

Bu dəstələr müstəqil istiqamətlərdə fəaliyyət göstərərək, hərəkətdən, düşmən müdafiəsinin dərinliyindəki vacib hüdudların, obyektlərin və rayonların sürətlə ələ keçirilməsi məqsədilə hücumun qısa müddətdə və dayanmadan inkişafını təmin etməlidirlər.

Ön dəstələr düşmən müdafiəsinin dərinliyində çox vacib tapşırıqlar yerinə yetirirlər. Düşmən müdafiəsinin taktiki zona dərinliyindəki vacib hüdudların, obyektlərin və rayonların hərəkətdən ələ keçirilməsi tapşırıqları ön dəstələr trəfindən icra olunur. Düşmən müdafiəsinin dərinliyindəki əlverişli hüdudu düşmən ehtiyatından əvvəl ələ keçirməli, onun manevr etməsinə yol verməməlidir. Ön dəstələr düşmənin geri çəkilən əsas qüvvələrinin arxasına çıxmalı və təqib zamanı onların geri çəkilmə yollarındakı hüdudları və obyektləri ələ keçirməlidir. Ön dəstələrin əsas tapşırıqlarından biri də düşmən müdafiəsi dərinliyindəki hüdudların və obyektlərin tutulması, hücum edən əsas qüvvələr yaxınlaşanadək onların əldə saxlanılmasıdır. Su maneələrindən keçidlərin və ərazidəki digər vacib rayonların tutulması və əldə saxlanılması, su maneələrindən əsas qüvvələrin keçməsinin təmin edilməsi tapşırıqları da ön dəstələr tərəfindən yerinə yetiriləcək.

Ön dəstənin tərkibi motoatıcı və ya tank bölüyündən tabora qədər ola bilər. Eləcə də tərkibinə artilleriya divizionu, kəşfiyyat taqımı, mühəndis-istehkam taqımı verilməsi məqsədəuyğundur.

Ön dəstənin tərkibinə daxil olan bütün qüvvə və vasitələrin, onu təyin edən komandirin tabeliyində olan hissə və bölmələrdən ayrılması məqsədəuyğundur.

Ön dəstənin ayrılması və tətbiqinə qərarı komandir, döyüşə hazırlıq dövründə hücuma qərar verilərkən müəyyən etməlidir. Döyüşün gedişində, ön dəstənin hazırlığına və fəaliyyətinə rəhbərliyi komandir, şəxsən və qərargahın köməyi ilə həyata keçirməlidir.

Döyüş tapşırığını alaraq ön dəstənin komandiri ona göstərilən istiqamətdə düşməni və ərazini, ələ keçirilməsi nəzərdə tutulan hüduda və ya obyektə yaxınlaşma yollarını, həmin hüdudun və ya obyektin özünü öyrənərək, qarşıdakı fəaliyyətə qərarı xəritəyə və digər məlumatlara əsasən qəbul etməlidir. Qərarı qəbul etdikdən sonra o, bölmələrə tapşırıqlar verməli və qarşılıqlı fəaliyyəti təşkil etməlidir.

Ön dəstə irəliyə kəşfiyyat və mühafizə göndərir, çıxış rayonundan döyüşqabağı düzülüşdə irəliləyir. Bu zaman kolonun başında adətən tanklar, onların ardınca piyadaların döyüş maşınları və ya zirehli transportyorlar üzərində motoatıcı bölmələr, artilleriya və digər gücləndirmə vasitələri olacaq. Kolon cəbhədən, cinahlardan və arxadan mühafizə ilə himayə edilməlidir. Kəşfiyyat və mühafizənin tərkibinə motoatıcı bölmələrdən başqa kimya kəşfiyyatçıları və istehkamçılar da daxil edilməlidir.

Ön dəstə, düşmən müdafiəsinin yarılmasında iştirak etməməli və düşmənin birinci eşelon briqadasının müdafiəsinin taktiki zonasının yarılması başa çatdıqdan sonra fəaliyyətə başlamalıdır.

Əsas qüvvələrdən ayrıldıqdan sonra, ön dəstənin fəaliyyəti nəzərdə tutulmuş həddə və ya obyektə çıxmağa istiqamətlənməlidir. Bunun üçün ön dəstə özünün hərəkətliliyi və manevrindən istifadə edərək, düşmənin dayaq məntəqələrini ötüb keçməli və o hallarda döyüş aparmalıdır ki, düşməni ötüb keçmək mümkün olmur və ya ötüb keçməyə daha çox vaxt tələb olunur.

Ön dəstə göstərilən həddə və ya obyektə yaxınlaşarkən dar sahədə əsas qüvvə və vasitələrini cəmləşdirməli, müdafiə olunan düşmən üzərində üstünlük yaratmalı, onun müdafiəsində olan boşluqlardan istifadə edərək araya soxulmalı, göstərilən həddi və ya obyekti ələ keçirməlidir.

Düşmən müdafiəsi dərinliyində hücum inkişaf etdirilərilən zaman ön dəstələr geri çəkilən düşməni təqib etməli, tələsik tutulan müdafiə sahələrini ələ keçirməli, su maneəsini hərəkətdən üzüb keçərkən keçidləri və digər vacib rayonları ələ keçirməlidir. Bununla onlar, düşmənin parçalanmasına, sonra düşmən qruplaşmasının hissə-hissə məhv edilməsinə, onun əsas qüvvələrinin mühasirəyə salınmasına, həmçinin geri çəkilən düşmənin əlverişli hüdudlarda müdafiəsinin təşkilinə yol verilməməsi üçün dayanmadan təqib edilməsinə şərait yaratmalıdır. Ön dəstələr irəlidə fəaliyyət göstərən taktiki hava desantı və qonşu ön dəstələrlə qarşılıqlı fəaliyyət göstərməlidir.

Ön dəstənin müstəqil fəaliyyətinin təmin edilməsi üçün onun dəstəklənməsini və himayəsini hücum aviasiyası, döyüş helikopter bölmələri həyata keçirməlidir. Bu, dəstənin göstərilən hüduda və ya obyektə çıxmasını tezləşdirəcək, onun tutulması və əldə saxlanılması üçün şərait yaradacaq.

Tutulmuş hüdud və ya obyekt ön dəstə tərəfindən əldə saxlanılmalı, orada döyüş aparmalı və hətta sayca daha üstün düşmənə qarşı, tam mühasirədə olsa belə, döyüşməlidir. Ön dəstə tutulmuş hüdudu və ya obyekti yalnız yuxarı komandirin icazəsi ilə tərk edilə bilər.

Ön dəstənin əsas qüvvələrdən uzaqlığı konkret şəraitdən asılı olacaq, amma həmişə ona əsaslanmaq lazımdır ki, əsas qüvvələr ön dəstəyə ələ keçirilmiş rayonların əldə saxlanılması və sonrakı hücumun inkişaf etdirilməsində yardım göstərməli və dəstək olmalıdır.

Hücum döyüşündə taktiki hava desantı geniş tətbiq edilməlidir. Taktiki hava desantı qəfil və qısa müddət ərzində ön dəstəyə dəstək olaraq, düşmən arxasındakı vacib obyektləri ələ keçirəcək. Taktiki hava desantı, həmçinin ayrı-ayrı rayonların təcrid edilməsi və oraya düşmən ehtiyatının dərinlikdən yaxınlaşmasına yol verməmək məqsədi ilə tətbiq edilə bilər.

Düşmən müdafiəsinin bütün dərinliyində, düşmənə eyni vaxtda təsir göstərmək və onu kütləvi atəş zərbələrinə məruz qoymaqla, taktiki hava desantı və ön dəstələr hücum tempinin yüksəlməsinə şərait yaradacaq. Onlar bir çox tapşırıqları sıx qarşılıqlı fəaliyyətdə yerinə yetirməlidirlər.

Dağlıq ərazidə ön dəstə və yandan keçmə dəstədə fəaliyyət üçün şəxsi heyət və texnika xüsusi hazırlıq keçməlidir.

Ön dəstə və ötüb keçən dəstə dağ aşırımının və ya düşmən müdafiəsi dərinliyində digər vacib obyektlərin ələ keçirilməsi üçün tətbiq edilməlidir. Ön və yandan keçmə dəstələr bu tapşırığı müstəqil və ya taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətdə yerinə yetirə bilər. Onların fəaliyyəti artilleriya və aviasiya ilə dəstəklənməlidir. Aviasiya və artilleriya atəşinin çağırışı üçün dəstə komandiri ilə birgə aviasiyadan radiostansiya ilə zabit, dəstəkləyən artilleriya bölməsindən isə onun komandiri olmalıdır.

Ön və yandan keçmə dəstəsi irəliləyərkən, gizli yaxınlaşma yollarından və ölü boşluqlardan istifadə etməli, bütün növ maskalama qaydalarına əməl etməlidir. Həmlə obyektinə irəliləyən zaman ön və yandan keçmə dəstəsi özünə diqqəti cəlb etməmək üçün düşmənlə döyüşə girməməlidir.

Dağlıq ərazidə hücum əməliyyatlarının aparılma şəraiti və üsulları tələb edir ki, yüksək hücum tempi, hücumun cəldliliyi və düşmən tam darmadağın edilənədək fasiləsizliyi təmin edilsin. Bunun üçün əsas hücum qüvvələrinin ön dəstə, yandan keçmə dəstələri və taktiki hava desantı ilə qarşılıqlı fəaliyyəti planlaşdırılmalı və yüksək səviyyədə həyata keçirilməlidir.

Bununla da “Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır?” mövzusu üzrə silsilə məqalələrimizi yekunlaşdırdıq. Bir daha xatırladaq ki, işğal altında olan ərazilərimiz əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir, dərindən öyrənilməli, gündəlik məşğələlərdə və təlimlərdə tam mənimsənilməli, son döyüşlərin təcrübəsindən istifadə olunmalıdır.

Mənbələr:

Quru qoşunlarının döyüş təlimatı.
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
http://militera.lib.ru/science/tactic/05.html

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağlarda-döyüş  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VIII yazı

2020/06/7-11142996886.jpg
Oxunub: 2498     11:19     12 Aprel 2021    