Ermənistan XİN rəhbəri “qeyd-şərtsiz Ermənistanı da dəstəkləyən” ölkə dedikdə hansı ölkəni nəzərdə tuturdu?

2020/08/Zohra-1596706674.jpg
Oxunub: 1738     14:36     06 Avqust 2020    
“Perspektiv” proqramına verdiyi müsahibədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan-Azərbaycan gərginliyi fonunda KTMT-nin roluna toxundu.

Mnatsakanyan KTMT-nin prosesdə daha fəal iştirak etməsi üçün bu quruma müraciət etməli olub-olmadığı barədə suala belə cavab verib: “Müxtəlif beynəlxalq formatlarımız var, bunlardan biri də KTMT-dir. Biz KTMT üzvüyük. Bu, əməkdaşlığımızın beynəlxalq formasıdır və öz funksiyalarımız var. Bütün beynəlxalq formatlardan istifadə dedikdə bu, əməkdaşlıq, işləmək, harada necə işlədiyinizi müvafiq qaydada qiymətləndirmək deməkdir.

Bu mənada, əslində, biz xahiş etməmişik, həmin anda KTMT üzvü olan ölkələrə 12 iyul tarixindən sonra baş verən hadisələr haqqında dərhal məlumat verməkdən başqa, daha çox şey etməyi zəruri hesab etmədik. Bu funksiyanı yerinə yetirdik, bu da əməkdaşlığımızın platforması olduğuna görə KTMT-də işimizi davam etdirəcəyik. Bu platformanı öz əsas məqsədimizə xidmət etməsi üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik, bu da hər şeydən əvvəl bölgədə sabitliyin qorunması funksiyasına aiddir”.

Türkiyənin Azərbaycanı dəstəklədiyi kimi eyni hüquqa sahib olan, eyni şəkildə qeyd-şərtsiz Ermənistanı dəstəkləyəcək bir ölkə yoxdurmu, deyə verilən suala Mnatsakanyan belə cavab verib: “Əslində, var, amma mən bu məsələyə bir qədər fərqli bir kontekstdə baxacağam, çünki belə bir qiymətləndirmə daha emosional, səthi bir səviyyədədir, kim, kimi və necə dəstəklədiyi və ya dəstəkləmədiyi yanaşma idman növünə çevrilir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   KTMT  

Ermənistan XİN rəhbəri “qeyd-şərtsiz Ermənistanı da dəstəkləyən” ölkə dedikdə hansı ölkəni nəzərdə tuturdu?

2020/08/Zohra-1596706674.jpg
Oxunub: 1739     14:36     06 Avqust 2020    