Hoqlandın maraqlı bəyanatı: BMT Minsk qrupu formatını əvəz edə bilər?

2020/08/00-15-1596698345.jpg
Oxunub: 1474     12:11     06 Avqust 2020    
ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqland “Amerikanın səsi”nə verdiyi mühahibəsində bildirib ki, Minsk qrupu heç vaxt Qarabağ münaqişəsini həll edə bilməyəcək.

“Düşünürəm ki, o, BMT-nin problemi olmalıdır və yeganə yol Dağlıq Qarabağın qeyri-müəyyən müddətə BMT protektoratı altına qoyulması olacaq. Və gələcəkdə, illər sonra emosiyalar azalanda hər iki tərəf BMT rəhbərliyi altında gələcək üçün istəklərini irəli sürə bilər. Bu, mənim şəxsi fikrimdir, həmsədr olmaq müddətində buna dayanmışam”, - deyə Hoqland bildirib.

Lakin erməni politoloq Ruben Mehrabyan Hoqlandın müşahidələri ilə razı deyil.

“Ümumiyyətlə, ATƏT tərəfindən problemin həll formatından BMT-yə keçidə gəlincə, düşünmürəm ki, bu, yaxşı fikirdir, üstəlik bunun pis fikir olduğunu düşünürəm”, - deyə Mehrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   ATƏT  

Hoqlandın maraqlı bəyanatı: BMT Minsk qrupu formatını əvəz edə bilər?

2020/08/00-15-1596698345.jpg
Oxunub: 1475     12:11     06 Avqust 2020    