Ermənistanın hərbi polis rəisi vəzifəsinə tezliklə təyinat olacaq

2020/08/image-1596698213.jpg
Oxunub: 1243     10:28     06 Avqust 2020    
Ermənistanın hərbi polis rəisi vəzifəsinə tezliklə təyinat olacaq. Artur Bağdasaryanın çıxarılmasından sonra bu vəzifə boş idi.

Ordu.az “Hraprak” nəşrinə istinadən xəbər verir ki, yaxın günlərdə bu vəzifəni Erməni Milli Konqresinin regional strukturunun keçmiş rəhbəri, keçmiş döyüşçü, keçmiş siyasi məhbus Aşot Zakaryan tutacaq.

O, 1993-cü ildən 2003-cü ilə qədər Ermənistanın Gümrü şəhərinin hərbi polis rəisi vəzifəsini tutub, 2008-ci ildə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın namizədliyini müdafiə edib, həbs edilib, 2 illik həbs cəzasına məhkum edilib və sonra sərbəst buraxılıb.

2012-ci ildə o, Erməni Milli Konqresi ilə fikir ayrılıqlarına və Erməni Milli Konqresinin “Çiçəklənən Ermənistan” partiyası ilə əməkdaşlıq etməyə başlamasına görə Erməni Milli Konqresinin Gümrü strukturunun rəhbəri vəzifəsindən imtina edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-polis  

Ermənistanın hərbi polis rəisi vəzifəsinə tezliklə təyinat olacaq

2020/08/image-1596698213.jpg
Oxunub: 1244     10:28     06 Avqust 2020    