Nazir: “Cənubi Koreya öz hərbi kəşfiyyat peyklərini inkişaf etdirəcək”

2020/08/20080-1596696570.jpg
Oxunub: 1659     15:18     06 Avqust 2020    
“Cənubi Koreya tezliklə öz hərbi kəşfiyyat peyklərini inkişaf etdirəcək və hiperəs raketlər arsenalını təkmilləşdirəcək”.

Ordu.az xəbər verir ki, bunu Cənubi Koreyanın Müdafiə naziri Yonq Kienqdu ölkənin Müdafiə İnkişafı Agentliyinin 50 illik yubileyi münasibətilə təşkil olunan mərasimdə deyib.

O, dolayısı ilə maksimum 800 km mənzilə və iki tonluq yükləmə qabiliyyətinə sahib “Hyunmoo-4” raketinin son uğurlu sınaqlarına istinad edərək “dünyanın ən böyük yükləmə qabiliyyətinə sahib” ballistik raketin inkişaf etdirilməsi barədə danışıb.

Nazir çıxışı zamanı qeyd edib ki, Cənubi Koreyanın Müdafiə İnkişafı Agentliyi son yarım əsrdə KT-1 təlimçi təyyarəsi, K2 əsas döyüş tankları və K9 özüyeriyən haubitsaları da daxil olmaqla ölkənin əsas silah sistemlərini inkişaf etdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   Hipersəs-silah  

Nazir: “Cənubi Koreya öz hərbi kəşfiyyat peyklərini inkişaf etdirəcək”

2020/08/20080-1596696570.jpg
Oxunub: 1660     15:18     06 Avqust 2020    