Ermənistan hökumətinin inqilabi dözümsüzlüyü

2020/08/image-1596525584.jpg
Oxunub: 1907     20:18     04 Avqust 2020    
Ermənistanın “inqilabçı hökuməti” tənqidlərə qarşı çox səbirsiz davranır və ciddi qəbul edir. Hər hansı bir tənqidçi hakimiyyətin göz tikanına və düşməninə çevrilir.

“Hraprak” nəşri yazır ki, onlar bütün tənqidlərin arxasında öz siyasi rəqiblərini, hökumətin dəyişdirilməsini xəyal edənləri, bir sözlə sələflərinin qulaqlarını görürlər.

“Məsələ “Erməni ədəbiyyatı” və “Tarix” fənlərinin standartlarını tənqid edənlərin də Köçəryan-Sarkisyan ordusu kimi təsnif edilməsi həddinə çatıb. Nazir və nazir müavini vəzifələrini tutan şəxslər bütün peşə ictimaiyyətinin rəyini siyasi rəqiblərlə əlaqələndirirlər.

Bu sahənin məsul şəxsləri bu dərəcədə dar düşüncəli və pis niyyətli olduqları təqdirdə ictimai müzakirə barədə söhbət belə gedə bilməz. Amma cəmiyyət 4 nəhəng sahəni idarə edən Arayik Harutyunyanın nə qədər xoşuna gəlməsə də, cəmiyyət öz sözünü deyə və tənqid etməyə bilməz. Bəs bu insanların yaddaş itkisi varmı və ümumiyyətlə 2018-ci ildən əvvəl baş verən hadisələri xatırlayırlarmı?

Məsələn, biz, çox yaxşı xatırlayırıq ki, hazırkı nazir 2010-cu ildə bir qrup şəxslə “Xarici dillər məktəblərinin yenidən açılmasına qarşıyıq” hərəkatını başlatmışdı və “Dil haqqında” qanuna edilən dəyişikliklərə qarşı mübarizə aparırdı.

Xatırladaq ki, söhbət Dilican Beynəlxalq Məktəbindən gedirdi. O dövrdə heç bir hökumət nümayəndəsi Arayik Harutyunyanı və ya təşəbbüs qrupunun digər üzvlərini müxalifətin maraqlarının xidmətçisi adlandırmağa cəsarət etmədi və hakimiyyət dəyişikliyini istəyən dairələrin bu işə rəhbərlik etdiklərini demədi. Arayik Harutyunyan isə həmin vaxt bəyan edirdi ki, bu hakimiyyətin həmin qanun layihələrini kənara qoymağa məcbur edəcək bir ictimai hərəkat yaradılacaq”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Ermənistan hökumətinin inqilabi dözümsüzlüyü

2020/08/image-1596525584.jpg
Oxunub: 1908     20:18     04 Avqust 2020    