Serbiya Çindən hava hücumundan müdafiə sistemi satın alır

2020/08/com-h-1596519111.jpg
Oxunub: 1754     19:30     04 Avqust 2020    
Serbiya Çin istehsalı olan ən yeni FK-3 hava hücumundan müdafiə sistemləri alır.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV-lər dövlətə məxsus silah idxalı şirkəti olan “Yugoimport SDPR JP”yə istinadən məlumat yayıb.

Məlumata görə, Serbiya 100 km mənzilə malik və hündürlüyü 27.000 m-ə qədər olan FK-3 yerüstü hava hücumundan müdafiə sistemi sifariş edib.

Mənbələr Serbiyanın FK-3 sisteminin 3 batareyasını aldığını qeyd edir.

FK-3 Çinin sonuncu nəsil orta mənzilli HQ-22 hava hücumundan müdafiə sisteminin ixrac variantıdır. Yeni orta mənzilli hava hücumundan müdafiə sistemi ilk dəfə 2016-cı ildə nümayiş etdirilib.

Raketdən müdafiə sistemi yarımaktiv GPS ilə təchiz olunub, kompleks HQ-12 hava hücumundan müdafiə sisteminə əsaslanır, lakin əsas modeldən fərqli olaraq “qanadsız” raketlərlə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serbiya   Çin  

Serbiya Çindən hava hücumundan müdafiə sistemi satın alır

2020/08/com-h-1596519111.jpg
Oxunub: 1755     19:30     04 Avqust 2020    