Paşinyanın itirdiyi hakimiyyət

2020/07/11-1594198008.jpg
Oxunub: 1886     10:40     06 Avqust 2020    
Ermənistanın “baş redaktoru” tərəfindən irəli sürülən və 24 saatın ən başlıca mövzusuna çevrilən siyasi gündəmdə gündəlik olaraq yeni bir konsepsiya və gündəm daxil edilir. Artıq uzun müddətdir ki, Ermənistanda hamı bu rejimdə yaşamağa, həm də dərin və əsaslı bir siyasi diskursun olmadığı gündəlik qaydalara uyğunlaşıb. Məsələ o yerə çatdı ki, ciddi siyasi iş tərzi, öz xətti olan siyasətçilər və ictimai xadimlər də gündəlik leksikonlarını Paşinyan səviyyəsinə qədər aşağı salmalı olublar.

Məlum olduğu kimi, Paşinyanın leksikologiyası müstəmləkəçi jarqon və “normal eskizlər”dən kənara çıxmır. Bu, Ermənistanın daxili siyasi “davasının” monoton və mənasız görünüşüdür.

Siyasi portfelin yenidən qurulmasından sonra aydın olur ki, Paşinyan bütün qüvvələrlə əməkdaşlıq körpülərini yandırdığı üçün bütöv bir siyasi sahədə tək qalıb. Əslində bu əsas bir komponentə bağlıdır․ Paşinyanın heç bir fikri yoxdur, ona görə də “iş başına topladığı” hakimiyyət bloku Paşinyanın ilk ictimai uğursuzluğundan sonra onu tək qoyacaq şəxsi mifi ətrafında toplanmış bir kütlədir. Hər bir siyasi birliyə daxil olan insanlar bu insanları birləşdirən siyasi yapışqan olan “izm”lər ətrafında birləşirlər, əks halda bu və ya digər siyasi qurumda birləşə bilməzlər.

Müxtəlif məsələlər var ki, onlar da adı çəkilən qurumda eyni mövqedə olmalıdırlar, əgər “izm”lər yoxdursa, təsadüfi insanların birliyinə çevrilir. “İzm”lərin varlığı insanı seçilən məqsədə aparan bir yoldur, yəni dövlət qurarkən məqsədlərə çatmağın yolu və variantları necə təsəvvür edilir. Nikol üçün əsas bir şüar var - istənilən müxalif mümkün olan və olmayan bütün vasitələrlə sırdan “çıxartmaq”, onu tamamilə tənqidə məruz qalan bir real hədəfə çevirmək. İndiki zombiləşmiş cəmiyyətdə, “yuxarı ali şəxs” tərəfindən səsləndirilən demək olar ki, hər fikrin mütləq həqiqət kimi qəbul edildiyi bir dövrdə bunu etmək çox asandır.

Paşinyan hakimiyyətə gəlişinin ilk günündən Ermənistanda müxalifəti xalqın gözü qarşısında alçaltma siyasətinə başladı və bu gün bu siyasət ən yüksək pik həddinə çatıb. Hökuməti tənqid edən bir müxalifət təmsilçisinin adı şəkildə istifadə etdiyi hər hansı kiçik bir hadisənin dərhal idarə edildiyi bir vəziyyət yaranıb. Bu adi bir “Poğosa” (yəni erməni vətəndaşına) fərqli şərhlərlə və “feyk” xəbərlər təqdim etmək üçün əsl materiala çevrilir.

Ümumiyyətlə, erməni ictimaiyyəti uzun düşünmək, situasiyalar barədə öz mülahizələrini vermək və məntiqi nəticəyə gəlmək istəmir. Yuxarıdan idarə olunan düşüncə və versiyasını rəhbər tutmaq həmişə daha xoş və asandır. Hər kəs həmin yuxarıdan verilən təlimat xəbər üstündə cəmiyyəti gündəlik olaraq sistematik şəkildə manipulyasiya etmək üçün hansı sousun bişirildiyini bilir.

Daha bir detalı qeyd etmək lazımdır. Son zamanlarda Paşinyan aktiv siyasi həyatdan demək olar ki, kənarda qalır, bir növ “siyasi məzuniyyətə” çıxıb, bu onun tipinə və şəxsiyyətinə ümumiyyətlə xas olmayan bir şeydir. Onun üslubu fayda əldə etmək, reytinq və PR səviyyəsini qaldırmağa çalışaraq, hadisələrin mərkəzində olmaqla sonsuz gündəmdə qalmaqdır. Demək olar ki, daimi canlı yayım fanatı olan Paşinyan özünü geosiyasi və regional gərginliklərlə müşayiət olunan ölkədə baş verən hadisələrdən kənarlaşdırır.

Ümumiyyətlə deyilir ki, siyasi böhran dövründə hakimiyyət adətən mülki strukturlarda hüquq mühafizə orqanlarının əməkdaşlarının sayını artırır, çünki bu, hüquq mühafizə orqanları, “mülki strukturlardan” fərqli olaraq, tez bir zamanda optimal qərarlar qəbul etməyə və sərt şəkildə həyata keçirilmələrini təmin etmək üçün daha çox uyğunlaşır.

İndi açıq bir şəkildə görürük ki, siyasi bir sütun olaraq, Paşinyan özünə dayaq olaraq siyasi tərəfdaşlarını deyil, güc strukturlarını öz iradəsinə tabe etməyə üstünlük verməklə, bunun hesabına özünü təmin etməyə çalışır.

Bunun bariz nümunəsi son vaxtlar iki əsas güc strukturunda Paşinyanın öz kadrlarını rəhbər vəzifəyə təyin etməsidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyanın itirdiyi hakimiyyət

2020/07/11-1594198008.jpg
Oxunub: 1887     10:40     06 Avqust 2020    