Silahlı Qüvvələrimizin arsenalında olan personal daşıyıcıları - "Tarpan Honker"

2021/04/11-16183891540.jpg
Oxunub: 1322     10:47     20 Aprel 2021    
Azərbaycan Silahlı Qüvvələrində mövcud olan silah və texnikalarla Sizi tanış edən Ordu.az bu dəfə oxucularına "Tarpan Honker" maşınlarının hazırlanması, quruluşu, versiyaları, texniki göstəriciləri və istifadəçiləri barədə məlumat verəcək. Polşada hazırlanan və istehsal olunan bu maşınların 3 ədədi hazırda Ordumuzun arsenalına daxildir.

Kəndli platforması

SSRİ-də olduğu kimi, sosialist Polşanın müəssisə və idarələri qısaldılan ada malik idilər. SSRİ avtomobil zavodlarının əksəriyyətinin adları, bildiyimiz kimi, "Z" (zavod) hərfi ilə bitirdi, polyaklarda isə "F" (fabrik) hərfi ilə başlayırdı, ikinci hərf "S" (Samochodow - özüyeriyən, avtomobil) hərfi olurdu. "Tarpan" istehsal edən şirkətin adında sonuncu "R" (Rolniczych) hərfi ilə "kənd təsərrüfatı mənasını daşıyırdı. "Tarpan" maşınları da FSR (kənd təssərüfatı maşınları) fabrikində istehsal edilib.

1970-ci illərin əvvəllərində isə Poznanda FSR adlı fabrik olmayıb, burada yalnız avtomobil-traktor sınaq mərkəzi fəaliyyət göstərirdi. Böyük ehtimalla bu mərkəzin əməkdaşlarının ehtiyat hissələrini və hər hansı bir sınaq avadanlıqlarını daşımaq üçün uyğun olan sadə və etibarlı avtomobilləri olmayıb.

Sınaq mərkəzində çalışan mühəndis Roman Şkvorek sadəcə "Warta" adını verdiyi belə bir avtomobil hazırladı. Bu, 1971-ci ilin sentyabrında baş verdi. Bir ildən sonra əlbəttə ki, partiyanın və dövlət orqanlarının xeyir-duası ilə, Poznanda kəndlilər üçün "Tarpan" adlı maşın istehsal edən kiçik bir fabrik meydana gəldi. "Tarpan" nəsli kəsilən vəhşi at cinsinin adıdır, onlar öz etibarlılığı və dözümlülüyü ilə fərqlənirdilər.

Yaradılması

Texnoloji səviyyəsi ilə qərb maşınlarından geri qalan keçmiş sosialist ölkələrinin bir çox avtomobili, demək olar ki, tam unudulmaq üzrədir. Ən az tanınan modellər arasında Polşanın "Tarpan" avtomobilləri də yer alır. Uzun və maraqlı bir ömür sürən bu avtomobillərin bir neçə il əvvəl həyat hekayəsi başa çatdı. Bu avtomobil son 30 ildə bir neçə dəfə dəfn olunsa da, sonradan istehsalı bərpa edilirdi. Lakin növbəti canlandırma artıq gözlənilmir. 40 il əvvəl tamamilə fərqli bir dünyada və mülki məqsədlər üçün yaradılan "Tarpan", təqaüdə çıxmazdan əvvə İraqda və digər münaqişə ocaqlarında xidmət etdi. Şübhəsiz ki, bu faktor maşına müəyyən üstünlüklər verirdi, lakin onun həyatda qalmasına şərait yaratmırdı.

Avtomobil sadə prinsiplər əsasında yaradıldı. Sadə korpus panelləri bahalı dərin ştamplara ehtiyac duymurdu. Kifayət qədər uzun (2700 mm) bazaya sahib olan avtomobilin ümumi çəkisi 2100 kq idi və yükləmə qabiliyyəti sərnişin oturacaqlarının sayından asılı olaraq 250 ilə 525 kq arasında dəyişirdi. Bir anda bir neçə modifikasiya hazırlandı: brezent örtüklü, ikili kabinə malik pikap və yük-sərnişin daşımaq üçün universal furqon.

Maraqlıdır ki, pikap kabinində sürüşən arxa divara malik idi, yəni kabindən yük (sərnişin) bölməsinə keçid mümkün idi. "Tarpan S223"ün nisbətən aşağı yükdaşıma qabiliyyəti, şassinin dizaynı ilə deyil, kifayət qədər güclü mühərrikin olmaması ilə izah edilirdi.

Dizaynerlərin ümumiyyətlə digər seçimi də yox idi. Kənd təsərrüfatı avtomobili həm "Warszawa" minik, həm də "Zuk" və "Nysa" yük maşınlarında istifadə edilən mühərriklə təchiz edilirdi. Yeri gəlmişkən, bunlar SSRİ-yə də verilirdi. 2.12 litr həcm və və cəmi 70 at gücünə malik mühərrik dörd pilləli sürət qutusu ilə birgə çalışırdı.

"Tarpan"ın müstəqil yaylı ön asqısı "Nysa"dan götürüldü, arxa asqısı isə ressorlarla təmin edildi. Özünü kilidləyən diferensial sonradan tətbiq edildi. S223 modeli yalnız arxa çəkimli idi.

Təsərrüfatdan orduya

Bu maşınların ilk versiyaları yalnız fərdi fermer təsərrüfatlarında istifadə edildi. Qədim at cinsinin adını daşıyan maşınların istehsalı 1972-ci ildən 1995-ci ilə qədər davam edib. 1996-cı ilin sonunda layihəni "Daewoo Motor Polska" şirkəti satın aldı. 1978-ci ildə "Tarpan-234" ilk tam çəkimli versiyanın yaradılması, bu maşınların Polşa silahlı qüvvələrinə daxil olması ilə nəticələndi. İstehsalçıların dəyişməsi avtomobilin baza platformasının dəyişməsinə səbəb olmadı.

Konstruksiyası

4x2 təkər formulasına malik avtomobil fermerlər üçün tamamilə mənasız idi, həm də tam çəkimlilərdən daha az cəlbedici idi. Yəqin ki, istehsalçılar maşının hərbi istifadəsi barədə düşünürdülər. Hər bir sosialist ölkəsi öz hərbi modellərinə sahib olmağa çalışırdı, bu milli qürur məsələsi idi. Burada isə yalnız tam çəkilmli avtomobillərdən söhbət gedə bilərdi. Daim tam çəkimli və kilidlənmə diferensialına malik "Tarpan F233" versiyası yalnız 1978-ci ildə ortaya çıxdı.

Sonra isə versiyadan asılı olaraq, bir tona qədər yükdaşıma qabiliyyəti elan edildi. İkinci aparıcı ox ilə yanaşı, avtomobil 1.5 litr həcmə və 75 at gücünə malik "Polski Fiat 125P" (tanıdığımız VAZ mühərrikinin versiyası) mühərriki əldə etdi.

Polşalı "Tarpan" beynəlxalq avtomobil kataloqlarına daxil ola bilmirdi, hətta tərəfdaş ölkələrdə keçirilən sərgilərdə nadir hallarda nümayiş olunurdu. 1977-ci ildə Polşanın xarici ticarət təşkilatı "Polmot" sərgi üçün "Tarpan"ı Moskvaya gətirdi. Bu SSRİ-də real satış planları ilə bağlı deyildi, daha çox sosialist Polşa sənayesinin imkanlarının nümayişi kimi dəyərləndirildi. Çünki, o dövrdə ixracat imkanları minimum idi, əsasən maşınlar Polşada satılırdı. Fabrikin özü də böyük deyildi.

1970-ci illərin mətbuatı istehsalı 10-15 minə çatdırmağı vəd edirdi, bəzi rəsmilər 25 min də səsləndirirdi. Lakin zavodun tarixində rekord il 1981-ci il oldu, həmin ildə 6500 avtomobil istehsal olundu.

"Tarpan" UAZ keçiciliyi və "Niva" dinamikası arasında mövqe tutan avtomobil modelidir. Həcm baxımından hər ikisini üstələyir. UAZ-dan daha səssizdir, kabinənin rahatlığı baxımından isə "Niva"ya daha yaxındır.

İnkişafı

Sonrakı illərdə bir tonluq standart "Tarpan F237" (4x4), F234 və F235 (4x4) maşınları 1.5 litr həcmə və 75 at gücünə malik FSO markalı benzin mühərrikindən və 4 pilləli sürət qutusundan istifadə etdilər.

Yüngül hərbi çoxməqsədli nəqliyyat vasitələrinin inkişafı 1979-cu ildə "Tarpan-234" bazasında açıq çoxfunksiyalı gövdəsi olan eksperimental PW-1 (4x4) ordu cipinin yaradılması ilə başladı.

"Tarpan" bu göstəricilərlə Polşa kəndlilərinin ehtiyaclarını təmin edirdi. Lakin istehsalın artırılması planları, kəndlilər üçün avtomobillərdən daha vacib dövlət problemlərinə söykənirdi. İstehlak böhranı, artan qiymətlər, polisin və digər repressiya orqanlarının özbaşınalığı 1980-ci illərin əvvəllərində geniş miqyaslı xalq iğtişaşlarına səbəb oldu. 1981-ci ildə, FSR rekord istehsal səviyyəsinə çatdıqda, ölkədə hərbi vəziyyət tətbiq edildi. Bu kəndli pikap bazalı maşınlar və furqonlar yaddan çıxdı.

İkinci 76 at gücündə PW-2 prototipi 1981-ci ildə ortaya çıxdı. Onun istehsalı hərbi vəziyyətlə bağlı illərlə ləngidi. 1990-cı ilə qədər onu modernləşdirdilər, müxtəlif qurğular və fərqli yük bölməsi ilə təmin etdilər. Ümumilikdə bu versiyadan 20-25 ədəd hazırlandı.

İstehsalçılar

"Honker" maşınının ilk prototipi 1984-cü ildə Poznandakı "Fabryka Samochodów Rolniczych" və ya qısaca FSR-də yaradılib. "Tarpan" avtomobilinin daha əvvəl hazırlanan versiyasını Polşa istehsalı olan "Honker" pikapları əvəz etməli idi. Maşınların seriya istehsalı 1988-ci ildə başladı.

FSR "Tarpan Honker" avtomobilləri həm də "Daewoo Honker", "Andoria Honker" "Intrall Honker", DZT "Tymińscy Honker" versiyalarında istehsal edilib. İnşasına 1988-ci ildən başlayan maşınlar Polşanın Poznan və Lublin şəhərlərində yerləşən zavodlarda yığılıb. Yolsuzluq sinifinə daxil olan "Tarpan Honker" SUV 4x4 təkər formulasına malikdir.

FSR "Tarpan" maşınının sələfi "Tarpan Honker" hesab edilir. Polşanın çoxməqsədli bu pikapları 1984-cü ildə yaradılaraq müxtəlif modellərdə istehsal edilib. Daha çox Polşa ordusu tərəfindən həm ölkə daxilində, həm də xarici əməliyyatlarda (İraqda) istifadə edilən yüngül yük maşını kimi tanınır.

"Daewoo" dövrü

"Tarpan-4011" markalı PW-2 ciplərinin sınaqları 1988-ci ildə başladı və bir il sonra istehsal vasitələrinin adı "Tarpan Honker" olaraq dəyişdirildi. 90-cı illər böhranında "Honker" maşınları FSR zavodunun əsas məhsulu oldu, lakin 1996-cı ilin yanvarında bu kiçik müəssisə iflas etdi. Elə həmin ilin yazında Cənubi Koreyanın "Daewoo" şirkəti tərəfindən alındı və "Honker" istehsalı Lublin Avtomobil Zavodunda (FSC) davam etdirildi.

1997-ci ildə modernləşdirilən "Tarpan-2324 Honker" və ya "Daewoo Tarpan Honker" maşınları 75 at gücündə yerli "Andoria 4CT90" dizel mühərriki, 5 pilləli sürət qutusu və differensial kilidlənmə funksiyasına malik 2 pilləli paylanma qutusu ilə istehsal olunmağa başladı.

Təkər bazası 2827 mm olan hərbi təyinatlı versiya saatda 120 km sürət inkişaf etdirdi, 5-11 yerlik avtomobil açıq və qapalı sərnişin bölməsi ilə təchiz edilirdi. 1998-ci ildə "Daewoo" şirkətinin iflasına görə bu istehsal məhdudlaşdırıldı, lakin 2000-ci ildə Lublində 100 at gücündə "Andoria" dizel mühərrikinə, müstəqil ön asqıya və sükanın hidravlik gücləndiricisinə malik ikinci nəsil "Tarpan Honker-2000" və ya "Honker-II" yaratdılar. Növbəti il onun da istehsalı dayandırıldı və 2002-ci ilin may ayından sonra bir müddət "Honker" Andrixovdakı "Andoria" müəssisəsində yığıldı. 13 il, 1990-dan 2002-ci ilə qədər davamlı fasilələrlə təxminən 3 min "Tarpan Honker" cipi yığıldı. 2003-cü ildən "Honker" ciplərini istehsalı ilə "İntrall Polska" şirkəti məşğul oldu.

"Tarpan" versiyaları

"Tarpan 233" (S233) - "Warszawa və Zuk" istehsalı olan detalları ilə hazırlanan baza avtomobilidir;
"Tarpan 234" (1978) - 2 ədəd hazırlanan tam ötürücülü modeldir. Seriya istehsalı olmayıb;
"Tarpan 235" (1978), Poznandaki Beynəlxalq Sərgidə təqdim edilən və yükdaşıma gücü 1 ton olan ilk modeldir. Seriya istehsalına daxil olmayıb;
"Tarpan 237" (1982-1995) - 1 ton yük daçıya bilən seriyalı avtomobildir, diferensial kilidləmə mexanizminə malikdir;
"Tarpan F233" - "Fiat 125p" detal və elementləri ilə hazırlanan baza versiyasıdır;
"Tarpan 239D" (1983-1988) - 2502 kub. sm həcmə və 49 at gücünə malik "Perkins 3P" traktor mühərriki ilə təmin edilən versiyadır;
"Tarpan 237D" (1988-1994) - 2417 kub. sm həcmə və 70 at gücünə malik "Andoria 4C90" dizel mühərrikinə malik versiyadır;
"Tarpan Honker" - standart tam ötürücülü versiyadır. Əsasən hərbi məqsədlər üçün hazırlanıb. Azərbaycan Silahlı Qüvvələri də məhz bu versiyadan istifadə edir.

"Tarpan Honker" istehsalı

"Honker"in istehsal edilən modellərinin sayı çox deyil, onların sayı bir neçə yüzə qədərdir. 1992-ci ildə Poznanda 450 ədəd, 1994-cü ildə 314 ədəd, 1995-ci ildə 288 ədəd nəqliyyat vasitəsi istehsal edilib. 1996-cı ilin əvvəlində istehsalı dayandırıldı.

1996-cı ilin ortalarında "Daewoo" istehsal hüquqlarını satın aldıqdan sonra nəqliyyat vasitələrinin istehsalı üçün "Daewoo Motor Poland Sp. Ltd." şirkətini yaratdı. İstehsal 1996-cı ilin payızında Lublindəki "Honker" maşınlarının sınaqları ilə yenidən başladı. Hər iki fabrikdə yalnız 20-yə yaxın nəqliyyat vasitəsi istehsal edildi.

1997-ci ildə 155 ədəd, 1998-ci ildə 232 ədəd, 1999-cu ildə 350-yə qədər, 2000-ci ildə təxminən 200 ədəd, 2001-ci ildə təxminən 40 avtomobil, 2002-ci ildə 140 ədəd, 2003-cü ildə 278 ədəd, 2004-cü ildə təxminən 490 ədəd, 2005-ci ildə 177 ədəd, 2006-cı ildə 245 ədəd, 2007-ci ildə 35 ədəd nəqliyyat vasitəsi istehsal edildi. 2007-ci ilin yazında yenidən istehsalı dayandırıldı.

2008-ci ildə Ukraynanın DP "Naftogazbud Polior" şirkəti yenidən "Honker" istehsalına başlamalı olsa da, bu baş vermədi.

"Honker"in hüquqlarının sahibi olan "Syndyk" DMP şirkəti 2009-cu ildə aksiyalarını DZT "Tymińscy" şirkətinə satdı, bundan sonra "Honker"in istehsalı yenidən başlandı.

"Tarpan Honker" versiyaları

"Honker" yük avtomobilləri, ərazi maşınlarının konteyner daşıyıcısı və ya pikap versiyasında da istehsal edilib. Bu maşınların bəzilərində FSO "Polonez" avtomobilinin benzin və "Iveco"nun dizel mühərriklərindən istifadə edilirdi. 1997-ci ildən isə "Andoria" 4CT90 turbo mühərrikləri, daha sonra isə 4CTi90 mühərrikləri tətbiq edildi. Yük maşını versiyasının korpusu 3 qapıya malik idi, korpusu və ressorları isə sərt çərçivə üzərində yerləşirdi.

Bu avtomobil iki əsas versiyada mövcuddur:

"Tarpan Honker 4012", 10 nəfəri daşıyan avtomobilin sərnişin bölməsinin ustü tipik sərt örtüklə qapanır;
"Tarpan Honker 4022" isə 2 nəfərlik kabinə malik pikap tipli yük maşınıdır.

Seriya istehsalı başlandıqdan qısa müddət sonra, FSR "Honker 4032" təyinatını alan yeni, bir qədər qısa və daha dar (2210 mm) versiyanın hazırlanmasına başlandı. Bu prototip heç vaxt seriya istehsalına girməsə də, əvvəllər "Tarpan"la əlaqəsi olmyan və "Honker" kimi tanınan ilk avtomobil oldu.

1996-cı ilin sonunda "Daewoo Motor Polska" şirkəti layihəni satın aldı və istehsalı Lublində davam etdirməyə qərar verdi.

Avtomobilin daxili dizaynı bir az dəyişdirildi və "Daewoo Honker 2324" təyinatını aldı. Avtomobil orijinal variantdan o qədər də çox fərqlənmirdi və standart variantda təchizata malik idi.

4x2 və ya 4x4 təkər formulasına malik modernləşdirilən "Daewoo Honker II" yaratmaq planları da mövcud idi, lakin bu planlar geri alındı və fabrik yalnız xarici dizaynı dəyişdirərək yeni adı "Daewoo Honker 2000" olan maşınların istehsalını davam etdirdi.

"Daewoo" iflas etdikdən sonra lisenziya iki şirkətə miras qaldı. "Andoria-Mot" 2002-2003-cü illərdə istehsalını məhdud sayda davam etdirdi və 2003-cü ildə iki modernlədirilən versiya hazırladı. "Honker" maşınları "Intrall Polska"tərəfindən 2004-cü ilin yanvarından 2007-ci ilin yazına qədər istehsal edildi. 2004-cü ildə "İntrall" şirkəti "Honker MAX" adlı digər yolsuzluq modelini hazırladı. Bundan əlavə, 2004-cü ildə "Honker" başqa bir versiyanı da gördü. Son versiya "Honker Skorpion 3" adlandı. Ağır və zirehli bu versiya xüsusi olaraq İraqdakı Polşa qüvvələri üçün nəzərdə tutulurdu.

Göründüyü kimi, Polşada istehsal olunan "Honker" markalı nəqliyyat vasitələri müxtəlif ölkələrin ordularında fəal istifadə olunur. 20 illik istehsal dövründə avtomobillər dəfələrlə modernləşdirilib. Bu gün avtomobil müxtəlif növ korpuslarla və müxtəlif versiyalarda təklif olunub. Avtomobil 10 nəfər daşımaqla 1400 kq-a qədər yükgötürmə qabiliyyətinə malikdir. Maşının ümumi kütləsi 3500 kq-dan çox deyil.

"Andoria" ADCR dizel mühərriki də daxil olmaqla komponentlərin 95% -i Polşada istehsal olunub. "Avro 5" ekoloji standartlarına cavab verən olduqca müasir 4 silindrli mühərrikin iş həcmi 2.63 litrdir. Dəqiqədə 1800-2400 dövr sayına və maksimum 250 Nm fırlanma anına malik mühhərik 115 at gücü inkişaf etdirir.

2016-cı ildə isə "Honker"in son istehsalçısı DZT "Tymińscy" avtomobil istehsalını dayandıraraq özünü müflis elan etdi.

Maşınların "Honker Baryton" kimi hərbi və 4x4 LWB "Honker" kimi mülki təyinatlı versiyaları da mövcuddur. "Honker Skorpion-3" versiyası isə zireh və silahla təmin oluna bilər.

FSR "Tarpan Honker"in texniki xüsusiyyətləri

İstehsalçı FSR (1988-1996);
"Daewoo Motor Polska" (1996-2001);
"Andoria-Mot" (2002-2003);
"İntrall" (2003-2007);
FS "Honker" (2009-);
DZT "Tymińscy".
Tipi SUV;
Qapıların sayı: 3 ədəd;
Oturacaqların sayı: 2 ədəd;
Mühərrikin növü: L4;
Mühərrikin həcmi: 2499 kub.sm;
Silindr başına klapan sayı 2 ədəd;
Gücü: 100 a.g;
Dəqiqədə dövr sayı: 3800;
Fırlanma anı: dəqiqədə 2200 dövr sayı ilə 216 nm;
Maksimum sürət: 120 km / saat;
Yanacaq növü dizel;
100 km-ə yanacaq sərfi: 13.4 l (şəhərdə);
Mexaniki sürətlər qutusunun pillə sayı: 5 ədəd;
Asqı ön çəkimlidir və arxa aparıcı təkərlərin qoşulma imkanına malikdir.

Əyləclər

Ön tərəf disk tipli;
Arxa tərəf baraban tiplidir.

Ölçüləri

Təkər bazası: 2827 mm;
Ön təkər arası məsafə: 1575 mm;
Arxa təkər arası məsafə: 1535 mm;
Uzunluğu: 4550 mm;
Eni: 1850 mm;
Hündürlüyü: 2195 mm.

Digər göstəriciləri

Nəqliyyat vasitəsinin kütləsi: 2050 kq;
Yanacaq çəninin həcmi: 110 l;
Tam kütləsi: 2850 kq.

İstifadəçiləri

Azərbaycan Silahlı Qüvvələri hazırda 3 ədəd "Tarpan Honker" maşınına malikdir.

İraq ordusu tərəfindən naməlum sayda "Honker Skorpion 3"maşınlarından istifadə olunur. Onların silahla təmin olunmadığı ehtimal edilir. Latviya və Litva qoşunları tərəfindən İraqda istifadə olunur. Nigeriya Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Polşa polisi və quru qüvvələri bu maşınlardan istifadə edir.

Ukrayna ordusu da onlarla "Honker" maşınları əldə edib. Onlar texniki qulluq göstərildikdən sonra Donbasdakı münaqişə zonasına göndərilib.

20 nəfəri daşıya bilən geniş açıq korpusa malik yolsuzluq avtomobilləri də istehsal edilib. Avtomobillər daha güclü mühərrik, üçüncü aparıcı körpü, möhkəmləndirilən çərçivə və daha güclü asqı əldə edib. 150 at gücünə sahib daha güclü turbodizel mühərrik quraşdırıldığı avtomobillərdən 12 ədədi Nigeriya ordusu tərəfindən alınıb. Bu Qərbi Afrika dövlətinin hərbçiləri üçün ilk müqavilə deyil. 2015-ci ildə Nigeriyaya 10 ədəd SUV versiyalı "Honker"avtomobili gətirilib.

Polşa ordusunun rabitə qoşunları da bu maşınlardan 40 ədəd əldə edilib. "Honker" son illərdə bir neçə böyük tenderdə iştirak edib. Lakin tenderin nəticələri məlum deyil.

Ordu və polis qüvvələrindən başqa "Honker"i ən çox istifadə edənlərdən biri də Polşanın KGHM şirkətidir. Şirkət bu maşınları mədəndə çalışan personalın yeraltı daşınması üçün istifadə edir.

Kosovoda, İraqda və Əfqanıstanda sülhməramlı missiyalar zamanı nəqliyyat vasitələrinin yüksək yolsuzluq keyfiyyətləri və etibarlılığı dəfələrlə nümayiş etdirilib. Açıq mənbələrdə Qarabağda və Donbasda tətbiqinə dair faktlara rast gəlinmir.

Nəticə

Azərbaycanın və bir çox digər ölkələrin silahlanmasında mövcud olan "Tarpan Honker" maşınlarını, təbii ki, bu günün tələblərinə cavab verə bilən müasir vasitələrlə müqayisə etmək doğru olmazdı. Heç bir nəqliyyat vasitəsi yaradıldığı dövrün texniki imkanları çərçivəsindən kənara çıxa bilməz. Bu baxımdan mülki təyinatlı maşınların hərbi məqsədlər üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi özü də inkişafın göstəricisi hesab edilə bilər. Bu maşınların silahlanmasına zəif diqqət yetirilməsinə baxmayaraq, onların istənilən kobud ərazidə hərəkət imkanları tam qənaətbəxş hesab edilir. Azərbaycanın bu vasitələri məhdud sayda əldə etməsi, onların ordumuzun tələblərinə uyğun gəlməməsi və ya bu vasitələrin hansısa yardım proqramı çərçivəsində ölkəmizə transferi ilə bağlı ola bilər. Hazırda bu vasitələrin real istismar olunduğuna dair rəsmi məlumatlar mövcud deyil. Onların sayının az olması, xüsusi texniki qulluq sektorunun və ehtiyat hissələr fondunun yaradılması baxımından, səmərəli hesab edilmir. Böyük ehtimalla bu maşınlar artıq saxlanma rejiminə keçirilib, çünki Silahlı Qüvvələrimizin arsenalında "Tarpan Honker" maşınlarını əvəz edə biləcək çox sayda müasir vasitələr mövcuddur.

Mənbələr

https://ru.qwe.wiki/wiki/Tarpan_Honker
https://pumbars.livejournal.com/11839.html
http://www.autodaily.ru/autocatalog/fsr/tarpan_honker/2896/tarpan_honker_4012_tc/
http://uralaim.ru/basetexnika/FSR/m1113.htm
http://www.off-road-drive.ru/archive/91/Polskaya_konnaya

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tapan-Horker  

Silahlı Qüvvələrimizin arsenalında olan personal daşıyıcıları - "Tarpan Honker"

2021/04/11-16183891540.jpg
Oxunub: 1323     10:47     20 Aprel 2021    