BƏƏ Almaniyanın embarqosu səbəbilə hələ də H9 haubitsalarını əldə edə bilməyib

2020/07/K-9-T-1594449320.jpg
Oxunub: 2115     14:25     11 İyul 2020    
Cənubi Koreya istehsalı 155mm-lik T9 “Thunder” haubitsalarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı Almaniyanın embarqosu səbəbilə baş tutmayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyaya məxsus “Hanwha Defense” şirkəti 2019-cu ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinə K9 haubitsalarının tədarükü ilə bağlı müqavilə imzalayıb.

Ancaq Almaniyanın tətbiq etdiyi embarqo səbəbiylə müzakirə edilən razılaşma hələ də həyata keçirilməyib. Haubitsaların embarqonun təsir dairəsinə düşməsinə səbəb onların istifadə etdiyi mühərrikdir. Məlumata görə, K9 haubitsaları Almaniyanın “MTU Friedrichshafen” şirkəti tərəfindən istehsal olunan MTU 881 Ka-500 tipli dizel mühərrikindən istifadə edir.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri müqaviləyə əsasən Cənubi Koreyadan 20-yə yaxın K9 “Thunder” haubitsaları almalı idi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya   Almaniya   Haubitsa  

BƏƏ Almaniyanın embarqosu səbəbilə hələ də H9 haubitsalarını əldə edə bilməyib

2020/07/K-9-T-1594449320.jpg
Oxunub: 2116     14:25     11 İyul 2020    