Silah düzəldən tokar, Vətən qoruyan komandir, şübhə altına alınan döyüşçü...

2020/07/4-4782079170.jpg
Oxunub: 8977     16:00     06 İyul 2020    
1957-ci ilin mart ayının 21-də, Novruz bayramı günü, indiki Xocavəndin Muğanlı kəndində Vəliqulu kişinin evində ikiqat bayram idi. Oğlu dünyaya gəlmişdi... Adına Baris dedilər bu körpənin. O böyüdü, Bakıda 31 saylı texniki məktəbi oxuya-oxuya Bakı Elektron Hesablama Maşınları Zavodunda tokar işləyir, gün-güzəran qurmaq üçün ailəsinə ağırlıq gətirməməyə çalışırdı. 22 yaşını başa vurandan sonra doğma kənlərinə dönən Baris ata-anasının işlədiyi kolxozda tokar kimi fəaliyyətə başlayır. Beləcə, illər ötür. 30 yaşını tamamladığı il ağlına da gəlməzdi ki, az qala, bir qərinəlik qayğısız ömrünün o tərəfində ağır, məşəqqətli günlər, müharibə, ölüm-dirim mübarizələri gözləyir onu...

1988-ci ilin fevralında Dağlıq Qarbağda yaşayan ermənilər Qarabağın Azərbaycandan ayrılması iddiası ilə mitinqlər keçirməyə başladı... Çox keçmədi ki, bu çağırışlar azərbaycanlılara qarşı daş, yaba və başqa küt alətlərlə basqına çevirildi. Bir az sonra isə, azğınlaşmış ermənilər yerli sakinləri-dinc azərbaycanlıları qətlə yetirir, onlara məxsus mal-qaranı talan edir, ermənilər yaşayan kəndlərdən keçən avtomobliiəri yandırırdılar.

Artıq, ermənilərin kompakt şəkilə yaşadığı kəndlərdə cəmləşən silahlı quldur dəstələri azərbaycanlı ailələrə hücum edir, evlərini atəşə tuturdular.

Buna rəğmən, yerli milis idarəsinin əməkdaşları azərbaycanlı ailələrdə olan bütün ov tüfənglərini yığıb aparır. Tamamilə silahsız qalan camaat isə quldur basqınlarından qorunmaq üçün gecələr əliyalın növbə çəkirdi. Muğanlının təpərli cavanları qismən də olsa, erməni basqınlarını əngəlləyə bilirdi. Qonşu kəndlərin cavan-çoluğu da, əlinə nə keçsə, yaba, bel, paya götürüb gecələr kəndlərin giriş-çıxışında post qurub keçik çəkirdi...

Yerli camaatda silahın olmaması ermənilərin üstünlüyünə gətirib çıxarmışdı. Sakinlərin uzaqda yaşayan qohum-əqrabadan tapıb gətirdiyi bir-iki ov tüvəngi də kara yetmirdi...
Ermənistandan və xaricdən gəlmə muzdlulardan ibarət quldur dəstələri kəndlərə daha tez-tez soxulmağa, dinc adamları qətlə yetirməyə çalışırdı. Bundan xilas olmaq üçün, nə olur olsun, silah əldə etmək lazım idi.

Baris həmkəndliləri ilə birgə axşamlar postlara əliyalın çıxır, kəndlərinin keşiyində dayanırdı hamı kimi. Bir gün, yadına dəzgahları düşdü... Kolxozun avtomobil, texnika parkında metal axtarmağa başladı... Lazım olanları toplayıb öz iş otağına üz tutur. Nəsə düzəltməyə çalışırdı. Sonra köməyə həmkəndlisi Saday Məmmədov da gəlir... Onların ilk cəhdi baş tutmuşdu. Kustar üsulla düzəltdikləri silah atəş açırdı. Beləliklə, kənd adamlarının tapıb gətirə bildiyi xarab tüfəngləri, yararsız halda olan silahları bərpa eləməyə başladılar.

İlk kustar tapança...

Baris Quliyev deyir ki, düzəldə bildiyi ilk tapança, camaatın tir tüfəngi kimi tanıdığı “TOZ-8” markalı ov silahının gülləsini ata bilirdi, amma gərək əllə bir-bir doldurulaydı. Daha sonra qonşu rayonlardakı uşaq-əyləncə mərkəzlərindən pnevmatik tüfənglər tapıb gətirir, güllə yerini oyub “TOZ-8”in patronuna uyğunlaşdırırlar. Bir az keçir, bu silahları 5,45 mm-lik avtomat gülləsi ilə atəş aça biləcək qədər təkmilləşdirirlər. O vaxt çətinliklə avtomat patronu əldə edir, müdafiə qabiliyyətlərini artırırdılar. Daha kənddə, hər necə olsa da, silah vardı. Barislə Saday 20-yə yaxın tir tüfəngini rekonstruksiya edib 15 ədəd güllə tutumlu silah düzəlmişdilər. Ermənilər Muğanlıdan onlara döyüş gülləsinin atılacağını gözləmirdilər. Amma indi basqınlarda itki verir, ölür, yaralanırdılar. Getdikcə, bu silahlı toqquşmalar müharibəyə çevrilirdi...

Barabanlı tapança...

Həmsöhbətimiz 30 il əvvəlki yaşantılarından birini belə xatırlayır:

- Allah rəhmət eləsin Rövşənə. Balakişiyev Rövşən vardı kəndimizdə. Bir dəfə ona bir tapança düzəltdik. Barabanlı idi. O tapançanın kalibrinə görə gilizləri də özümüz düzəltdik. Ov tüfənglərinin barıtını gilizə yığır, gülləsini qurğuşundan tökürdük. İdman pistonları vardı o vaxt. Onlardan da gilizin arxasına yerləşdirirdik... 6 güllə tuturdu həmin tapança... Eləcə də, düzəltiyimiz başqa silahlar vardı... Ta 1991-ci ilin noyabr ayına qədər silah düzəltdik... ona qədər biz tir tüfənglərinin lüləsindən, tapdığımız 5,45 mm avtomat daraqlarından istifadə etməklə çoxlu silah düzəldib kəndin müdafiəsində istifadə edirdik. 1991-ci illdə əvvəlcə yerli milis əməkdaşlarına avtomat silahlar verildi. Daha sonra isə kənddə yaratdığımız yerli özünümüdafiə dəstəsinə silah verildi. Amma bizə verilən silahlar təlim avtomatları idi. 5 kəsiri vardı. Həmin kəsirləri bizim sexdə aradan qaldırıb döyüş vəziyyətinə gətirirdik...”

Qonşu kəndlərin ümid yeri Muğanlı

Muğanılda düzəldilən silahların, necə deyərlər, şöhrəti qısa zamanda qonşu kəndlərdə də eşidilməyə başlayır. Həmin yaşayış məntəqələri də Muğanlı kimi tez-tez erməni quldur dəstələrinin hücumlarına məruz qalır, günahsız insanlar öldürülür, girov götürülür, minbir əziyyətə tuş gəlirdi. Öz kəndlərində vəziyyəti nisbətən yaxşılaşdıran Muğanlı sakinləri ətraf kəndlərin müdafiəsi üçün də silah düzəltməyə başlayır. Beləliklə, ermənilərə qarşı müqavimət möhkəmlənir, quldur dəstələri cəzasız qalmırdı...

Qaradağlı, Əmirallar, Tuğ sakinlərində də əldəqayırma silahların peyda olması vəziyyəti xeyli sabitləşdirə bilmişdi...

İlk top.. Dağlarda sınaq...

Ermənilər kəndləri daha avtomat və pulemyotlarla yox, müxtəlif raketlərlə atəşə tutmağa başlamışdı. O vaxtlar üçün məşhur olan “Alazan” və “Kristal” raketlərindən istifadə edən ermənilər kəndləri tez-tez hədəfə alır, evləri vurur, kəndlilərə məxsus əmlakı sıradan çıxarırdılar. Yerli özünümüdafiə dəstələrində isə buna qarşılıq verəcək heç bir silah yox idi.

Muğanlı özünümüdafiə dəstəsinin cavanları uzaq dağ rayonlarının birində buluddağıdan top olduğu haqda öyrənir və çox çətinliklə olsa da, həmin topu alıb kəndə gətirirlər. Heç kimin bu silahı necə istifadə etmək haqda biliyi yox idi. Həm də topun bir neçə hissəsində çatışmazlıq vardı. Baris Quliyev və Saday Məmmədovun zəhməti hesabına həmin hissələr düzəldilir... Hər şey hazır olduqdan sonra top ermənilərin atəş mövqelərinə tuşlanır və ilk sınaq atışı keçirilir... Bu, Baris və Sadayın “istehsalında” sonuncu təcrübə olmur. Onları hələ müharibənin gedişində həm döyüşmək, həm də neçə-neçə topu, atəş qurğusunu düzəltmək gözləyirdi... Ta o vaxta qədər ki, döyüş hərbi hissələri formalaşacaqdı...

Əlvida kustar silah...

1991-ci ilin yayından sonra, demək olar ki, müharibə başlamışdı... Ermənilər Muğanlını hər gün top və raketlərlə atəşə tuturdu. Kəndin elektrik enerjisi ilə təchizatında bir müddət faisələlər yarandı, daha sonra isə enerjinin verilməsi tamamilə kəsildi. İşıq olmadığından dəzgahları işlətmək, silah düzəltmək mümkün deyildi... Daha doğrusu, daha silah düzəltməyə ehtiyac da qalmamışdı. Artıq yerli özünümüdafiə dəstələri müxtəlif yollarla hər cür silah əldə edə bilir, erməni silahlılarına qarşı döyüşü genişləndirirdilər... Kənddə bəlkə də hamının silahı vardı döyüşmək üçün.

Baris dəzgahlarından ayrılıb döyüşə gedir, kəndin müdafisəində iştirak edirdi... O, daha müharibənin bir parçasına çevrilmişdi...

Kəndlərində yaradılan bölüyün iki taqımından birinin komandiri idi. Onu bu vəzifəyə o vaxtkı kənd sovetinin sədri təyin edir. Digər taqımın komandiri isə kənddə hamının Amil deyib çağırdığı Famil olur. Bölük komandiri isə İlyas Hüseynov idi. 100 nəfərdən çox yerli sakin bölüyün sırasında döyüşlərə qatılırdı. Barisgilin bölüyü 1992-ci ilin mart ayının 8-də Beyləqan istiqamətində yaradılan 849 saylı hərbi hissənin tabeliyinə verilir. Təxminən üç aydan sonra-iyunun 15-də yeni yaradılan 831 saylı hərbi hissənin tabeliyinə keçirlər... İlk dəfə tabora verilən minaatan Barisə həvalə edilir... Döyüş yolu uzandıqca uzanırdı... Baris, beləcə, 1988-ci ildən 1993-cü ilin sonlarına qədər ömrünü səngərdə keçirir... Xocavənd və Ağdam istiqmətlərində döyüş yolu keçir.

Silah düzəldən şübhəli...

Ordu sıralarından ayrıldıqdan sonra məcburi köçkün həyatının məşəqqətlərinə sinə gərməyə başlayır Baris. müharibə üzündən pərən-pərən düşmüş ailəsini bir yerə toplayır, ehtiyaclarını, qayğılarını qarşılamaq üçün gecə-gündüz çalışmalı olur. Amma onu yenə də rahatlıq gözləmirdi... Bu dəfə isə, asayiş keşikçilərinin hədəfinə çevrilmişdi... Məcburi köçkün kimi yaşadıqları Ağcabədidə yerli hüquq-müahfizə orqanlarının əməkdaşları Baris Quliyevi və müharibə illərində onunla birgə kəndin müdafiəsi üçün silah düzəltmiş Saday Məmmədovu, necə deyərlər, “gözümçıxdıya” salır...

Vaxtaşırı gah poliş şöbəsinə çağırılan, gah da evinə asayiş keşikçiləri təşrif buyuran bu iki nəfər heç kimi inandıra bilmir ki, daha silah düzəltməyə ehtiyac qalmayıb. Zaman o zaman deyil... Həm də heç o dəzgahlar da yoxdur indi əldə, qalıb Muğanlıda....

Bu işdən xəbəri olan polis və prokurorluq əməkdaşlarından heç kəs onlara inanmaq istəmirdi-hamı Baris və Sadayın yenə silah düzəltdiyinə dair, onların silah saxladığı haqda şübhələrlə danışır...

Nəhayət bir gün, bu işlə bağlı onu həyat yoldaşı ilə birgə Saatlı Rayon Prokurorluğuna da çağırırlar... Hətta həyat yoldaşının da silah düzəltməkdə əlinin olduğunu deyirlər... Prokurorluğa gedir. Yoldaşının gəlmədiyini bilincə, tənbehə məruz qalır...

Keçdiyi həyat yolunu ondan izahat alan hüquq-mühafizə orqanı əməkdaşına danışan Baris otaqdan çıxanda vəzifəli şəxs belə bir ifadə işlədir: “Sənin Vətən üçün çəkdiyin bu əziyyətlərə görə, daha heç kim səni sorğu-sual edə bilməz.. Azadsan!. Get balalarının üstünə...”

Barisin “get-gəl”ləri bununla bitir...

“Təki müharibə başlasın...”

Daha qara qıvrım şəvə saçlarından əsər-əlamət qalmayıb həmsöhbətimizin... Söhbət müharibədən düşür.. Dərindən ah çəkib deyir: “Kaş ki, müharibə yenə başlasın. Bu dəqiqə döyüşə getməyə hazıram. Fərqi yoxdur, qocayam, cavanam.... Kəndimizi ermənilərdən xilas etməyə gücümüz çatar keçmiş döyüşçü yoldaşlarımla... Qalanını da ordumuz təmizləyər, İnşallah!”

P.S. Baris Quliyev onunla müharibənin başlandığı illərdə necə silah düzəltdiyi haqda həmsöhbət olmaq istədiyimizi eşidəndə, əvvəlcə ehtiyatlandı, görüşmək istəmədi... Nəhayət ki, yaxından tanıdığımız adamların təminatı ilə müsahibə verməyə razılaşdı.

Baris Quliyev, müharibə düz qapımızın astanasındadır... Döyüşə birgə gedəcəyik, Tanrının qarşısına üzüağ çıxmaq üçün, döyüşə mütləq gedəcəyik... Ona görə də, lap bir-birimizi incitsək belə, bir-birimizə güvənməkdən özgə yolumuz yoxdur.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

Silah düzəldən tokar, Vətən qoruyan komandir, şübhə altına alınan döyüşçü...

2020/07/4-4782079170.jpg
Oxunub: 8978     16:00     06 İyul 2020    