Erməni ictimai xadim: “Ermənistanda anti-rus sui-qəsdi üzə çıxır”

2020/07/40720-1593688766.jpg
Oxunub: 1677     16:32     02 İyul 2020    
“Ermənistanda anti-rus sui-qəsdi üzə çıxır”.

Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni ictimai xadim Vahan İşxanyan yazıb.

İşxanyan qeyd edib ki, Gürcüstanda da anti-rus siyasəti eyni formada başlayıb.

“Gürcüstanda da anti-rus siyasəti eyni formada başladı, əvvəlcə prezident Saakaşvili Putinlə can-ciyər idi, sonra münasibətlər pisləşməyə başladı, rus bazalarını ölkədən çıxarmağı əmr etdi, sonra müharibə, itkilər, miqrantlar oldu. Ermənistanda da inqilabdan sonra Baş nazir Nikol Paşinyan erməni-rus münasibətlərinin heç vaxt bu qədər yaxşı olmadığını bildirdi, sonra rus faşisti Şişkinə sığınacaq verdilər. Sonra dedilər ki, münasibətlərdə problemlər var. Sonra Rusiyanın Xarici İşlər naziri Lavrov narazılıq etdi ki, Ermənistanda rus şirkətlərinə qarşı işləri açırlar. Sonra Paşinyan Putinin Moskvada İkinci Dünya müharibəsinin 75 illiyi paradında iştirak etmək dəvətini rədd etdi”, - deyə erməni publisist qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Erməni ictimai xadim: “Ermənistanda anti-rus sui-qəsdi üzə çıxır”

2020/07/40720-1593688766.jpg
Oxunub: 1678     16:32     02 İyul 2020    