Ermənistan TŞ katibi bəyannamə təqdim edib

2020/02/5678-1582104017.jpg
Oxunub: 1650     16:51     02 İyul 2020    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2019-cu ildə 6.5 milyon dram dəyərində olan 2005-ci il istehsalı “LEXUS” avtomobili alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasının saytında Armen Qriqoryanın təqdim etdiyi bəyannamədə qeyd olunub.

Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində 2019-cu ildə 13.7 milyon dram maaş və ona bərabərləşdirilmiş başqa ödənişlər alıb. Armen Qriqoryan daha 4.2 milyon dramı kredit götürüb.

Onun bank hesabında 5 milyon dram, 3449 dollar olub. Armen Qriqoryan ilin əvvəlində “Mikşin” MMC-yə 15.3 milyon dram kredit verib, bu kredit ilin sonunda 19.5 milyon dram olub. Verilmiş kreditlər qarşılığında alınmış faiz və digər ödənişlər 1.4 milyon dram təşkil edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan    

Ermənistan TŞ katibi bəyannamə təqdim edib

2020/02/5678-1582104017.jpg
Oxunub: 1651     16:51     02 İyul 2020    