BQXK azərbaycanlı girovlara baş çəkib

2019/09/40865-1568815245.jpg
Oxunub: 884     14:00     03 İyun 2020    
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Ordu.az xəbər verir ki, bu barədə girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

O bildirib ki, atasının səhhəti barədə şifahi məlumat verilib.

"Bu dəfə video və şəkil gətirməyiblər. Bizə bildirdilər ki, ona baş çəkiblər və vəziyyəti normaldır. Yaxın günlərdə atama məktub yazacağam",- deyə K. Əsgərov vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dilqəm   Şahbaz   BQXK  

BQXK azərbaycanlı girovlara baş çəkib

2019/09/40865-1568815245.jpg
Oxunub: 885     14:00     03 İyun 2020    