Ermənistan rus bazarından daxili qiymətlə aldığı silahı Liviyaya göndərib

2018/12/Davit-1543844979.jpg
Oxunub: 4189     17:20     02 İyun 2020    
“Rusiya tərəfindən Ermənistan hakimiyyətinə qarşı böyük inamsızlıq var, Ermənistan artıq hər hansı ölkə üçün etibarlı tərəfdaş deyil və bu, ikitərəfli hərbi-texniki sövdələşmələr sahəsində nəzərə çarpır: ümumiyyətlə, bütün ölkələrlə münasibətlərimiz tarixi minimumdadır və Ermənistana qarşı etimad səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi xadim, Ermənistan Milli Təhlükəsizlik Dövlət İdarəsinin keçmiş rəisi Davit Şahnazaryan bildirib.

O qeyd edib ki, beynəlxalq silah satışı bazarının öz qaydaları var və Ermənistanın son addımları - Rusiyadan daxili qiymətlərlə silah almaq və onu kənara çıxarmaq bütün razılaşmaların pozulmasıdır.

“Bundan sonra həmin tərəfdaşla əməkdaşlığı davam etdirmək çətindir. Bu silah Ermənistandan Liviyaya Baş nazirin birbaşa əmri və Müdafiə nazirinin biliyi ilə gedib”, - deyə erməni siyasi xadim bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Liviya  

Ermənistan rus bazarından daxili qiymətlə aldığı silahı Liviyaya göndərib

2018/12/Davit-1543844979.jpg
Oxunub: 4190     17:20     02 İyun 2020    