Rusiya KİV-i: Paşinyanın koronavirus “həqiqəti” şübhələrə səbəb olub

2020/05/443-1589963854.jpg
Oxunub: 876     15:12     02 İyun 2020    
“Ermənistanın 45 yaşlı Baş naziri Nikol Paşinyan öz doğum günündə bildirib ki, onda və ailə üzvlərində koronavirus aşkar edilib. Paşinyan və ailə üzvlərinin hər hansı simptomları yoxdur. Lakin özlərini təcrid etməyə qərar veriblər. Elə görünürdü ki, Paşinyanın xəstəliyinə görə təəssüflənməli idilər. Ancaq Ermənistanda çoxları düşünür ki, hökumət rəhbəri hiyləgərlik edir”.

Ordu.az xəbər verir ki, bu, Rusiyanın “MK.RU” (Московский Комсомолец) saytında dərc olunan Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması haqqında məqalədə qeyd olunub.

Saytın məlumatına görə, Paşinyan epidemiya əleyhinə təhlükəsizliyin bütün qaydalarına riayət etdiyini iddia edir, lakin bunlar onu yoluxmaqdan xilas etməyib.

Sayt daha sonra əlavə edir: “Bununla belə, Paşinyan dövləti idarə etməkdən imtina etməyə hazırlaşmır. Növbəti iki həftə ərzində o, ölkəni Sevandakı hökumət evindən idarə edəcək. Həyat yoldaşı Anna Hakobyan da tanışları və yaxınları ilə ünsiyyətlərini dayandırıb, Ermənistanda uşaqlar gününə həsr olunmuş konsertdə iştirak etməkdən imtina edib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Rusiya   Ermənistan   Koronavirus  

Rusiya KİV-i: Paşinyanın koronavirus “həqiqəti” şübhələrə səbəb olub

2020/05/443-1589963854.jpg
Oxunub: 877     15:12     02 İyun 2020    