BMT: “Taliban” hərəkatı “Əl-Qaidə” ilə əlaqə saxlamaqda davam edir

2020/06/15910-1591088792.jpg
Oxunub: 691     14:59     02 İyun 2020    
“Taliban” hərəkatı ABŞ-la əldə olunan sülh sazişinə baxmayaraq, hələ də “Əl-Qaidə” qruplaşması ilə əlaqə saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının məruzəsində yer alıb.

BMT-nin məruzəsinə əsasən, ABŞ-la sülh danışıqlarının davam etdiyi dövr ərzində taliblər “Əl-Qaidə” üzvləri ilə azı altı yüksək səviyyəli görüş keçirib.

“Əl-Qaidə” qruplaşmasının rəhbərləri və yüzlərlə döyüşçüsü hələ də Əfqanıstan ərazisindədir. “Taliban” hərəkatı ilə “Haqqani” və “Əl-Qaidə” qruplaşmaları arasında dostluğa, ümumi mübarizə tarixinə, ideoloji həmrəyliyə və qarışıq nikahlara əsaslanan əlaqə sıx olaraq qalmaqdadır”, - deyə məruzədə bildirilir.

Xatırladaq ki, fevralın sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində bütün xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   Terror   Əl-Qaidə  

BMT: “Taliban” hərəkatı “Əl-Qaidə” ilə əlaqə saxlamaqda davam edir

2020/06/15910-1591088792.jpg
Oxunub: 692     14:59     02 İyun 2020    