Rusiya Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib

2020/06/Russi-1591088330.jpg
Oxunub: 1422     16:31     02 İyun 2020    
Rusiya ordusu Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “AviaPro” saytında məlumat verilib.

Məlumata görə, sınaqlar zamanı yeni silah sistemi PUA-lara qarşı istifadə olunub.

“Peresvet” infraqırmızı şüalardan istifadə edərək PUA-ları sıradan çıxara bilir. Silah sistemi 6x6 təkər formuluna malik “KamAZ 65225” yük maşınının şassisi üzərində qurulub.

Bildirilir ki, silah sistemi PUA-lardan başqa qanadlı raketləri, aşağı hündürlükdən uçan digər hava vasitələrini məhv etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Suriya   Peresvet  

Rusiya Suriyada “Peresvet” adlı lazer silah sistemini sınaqdan keçirib

2020/06/Russi-1591088330.jpg
Oxunub: 1423     16:31     02 İyun 2020    