Ermənistan Baş prokuroru ictimaiyyəti aldadıb: ehtiyatda olan erməni zabit cavab verir

2020/06/image-1591082898.jpg
Oxunub: 838     13:26     02 İyun 2020    
İyunun 1-də Ermənistan parlamentində Ermənistan Baş prokuroru Artur Davtyan erməni deputat Tiqran Urixanyanın “Ehtiyatda olan zabitlərin pulları haradadır və ehtiyatda olan zabit Tsolak Xaçatryanın Baş prokurora ünvanlanmış cinayət barədə bildirişi hansı gedişatı alıb?” sualına cavab verərkən bildirib ki, Tsolak Xaçatryan və müraciətçilərə cavablar verilib, şəxsi qəbul həyata keçirilib, qəbul zamanı onun qaldırdığı məsələlər detallı şəkildə aydınlaşdırılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ehtiyatda olan erməni zabit Tsolak Xaçatryan Ermənistan Baş prokurorunun bu açıqlamasına cavab verib.

O qeyd edib ki, Artur Davtyan bütün ictimaiyyəti aldadıb.

“Bütün məsuliyyətlə bildirirəm ki, nə Ermənistanın prokurorluq orqanında, nə Ermənistanın hansısa istintaq orqanında, nə Ermənistan Müdafiə Nazirliyində və nə də Ermənistan hökumətində tərəfimdən verilmiş cinayət barədə bildirişlə bağlı mənimlə şəxsi qəbul həyata keçirilməyib, mənə açıqlamalar verilməyib. Əlavə olaraq qeyd edim ki, qeyd olunan məsələ ilə bağlı mənə yalnız Ermənistan Müdafiə Nazirliyindən yazılı cavab göndərilib, bunlar tərəfimdən 21.05.2020 tarixində cinayət barədə bildirişdə də qoyulub. Buna görə də, mən Tsolak Xaçatryan bütün məsuliyyətlə bildirirəm ki, Ermənistan Baş prokuroru A. Davtyan hüququ özündə saxlayıb, Ermənistanın qanunverici orqanının nümayəndələrini və Ermənistan ictimaiyyətini aldadıb, o, mənimlə bağlı səslənən suala cavab verərkən yalan danışıb”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Davtyan   Saxtakarlıq  

Ermənistan Baş prokuroru ictimaiyyəti aldadıb: ehtiyatda olan erməni zabit cavab verir

2020/06/image-1591082898.jpg
Oxunub: 839     13:26     02 İyun 2020    