Keçən il yalnız Qarabağda 49 erməni hərbi qulluqçu ölüb

2020/06/Artur-1591007948.jpg
Oxunub: 1256     14:40     01 İyun 2020    
Bu gün Ermənistan parlamentində 2019-cu il üçün Ermənistan Baş Prokurorluğunun fəaliyyətinin illik hesabatı təqdim edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hesabatı Ermənistan Baş prokuroru Artur Davtyan təqdim edib.

O bildirib ki, 2019-cu ildə Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”də 49 hərbi qulluqçunun ölüm halı qeydə alınıb, bunlardan 20-si hərbi xidmət keçməklə bağlı olub. 29 ölüm halı isə hərbi xidmətlə əlaqəli olmayan hallarda baş verib.

“Müqayisə üçün qeyd edək ki, 2018-ci il ərzində 63 hərbi qulluqçunun ölüm halı qeydə alınıb, bunlardan 38-i hərbi xidmət keçməklə əlaqədar olub”, - deyə Davtyan qeyd edib.

Davtyan vurğulayıb ki, araşdırmalar çərçivəsində dövlətə dəymiş təxminən 12 milyard dram ziyan qeydə alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ  

Keçən il yalnız Qarabağda 49 erməni hərbi qulluqçu ölüb

2020/06/Artur-1591007948.jpg
Oxunub: 1257     14:40     01 İyun 2020    