"Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır"- Zakari Qros

2020/06/f69bf-1590999324.jpg
Oxunub: 1581     12:33     01 İyun 2020    
“Dağlıq Qarabağ məsələsində dinc və davamlı bir nəticə axtarmağa və onu tənzimləməyə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik bir prosesin qurulması əhəmiyyətlidir”.

Ordu.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros AzərTac-a müsahibəsində deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran səfir bu münaqişənin bütün münaqişələr kimi, ilk növbədə, həm mülki, həm də hərbçi qurbanlar, onların ailələri, qaçqın və məcburi köçkünlər üçün acı bir münaqişə olduğunu qeyd edib.

“Dağlıq Qarabağ məsələsində dinc və davamlı bir nəticə axtarmağa və onu tənzimləməyə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik bir prosesin qurulması əhəmiyyətlidir. Videokonfrans vasitəsilə aparılan sonuncu məsləhətləşmələrdə olduğu kimi, həmsədr ölkələrlə birlikdə konstruktiv danışıqların davam etdirilməsinə münbit şəraitin yaradılmasına çalışmalıyıq. Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı istəyə açıq şəkildə qarşı çıxır. Hamıdan praqmatizm, kreativlik və kompromis ruhu tələb olunur. Minsk qrupunun həmsədri kimi Fransanın fəaliyyətinin mahiyyəti budur”, - deyə fransalı diplomat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Azərbaycan   Qarabağ  

"Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır"- Zakari Qros

2020/06/f69bf-1590999324.jpg
Oxunub: 1582     12:33     01 İyun 2020    