ABŞ Qarabağda minatəmizləmə fəaliyyətini maliyyələşdirmir - AEMK nədən narahatdır?

2020/03/Kongr-1585477102.jpg
Oxunub: 1203     10:33     01 İyun 2020    
ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Facebook” sosial şəbəkəsində izləyənlərin suallarına cavab verərkən, diqqəti əhalini sülhə hazırlama işlərinə cəlb edərək Birləşmiş Ştatların Qarabağdakı minatəmizləmə işlərini başa vurduğunu söyləyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi məlumat verib.

Amerika Erməni Milli Komitəsinin (AEMK) mətbuar katibi Elizabet Çulcyan ABŞ-ın Ermənistandakı səfirinin açıqlamasından narahatlığını bildirib.

“Göründüyü kimi, ABŞ-ın hazırkı rəhbərliyi “əhalini sülhə hazırlamağı” həyat qurtaran bir proqramın maliyyələşdirilməsini dayandırmaq kimi qəbul edir, eyni zamanda hərbi təhlükəsizlik üçün Azərbaycana 100 milyon dollarlıq hərbi dəstək verir. Bu yolverilməzdir. ABŞ Konqresi tərəfindən məsələ ilə bağlı son sözünü deməsi üçün işimizi davam etdirəcəyik”, - deyə Çulcyan bildirib.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin (AEMK) rəhbərləri və ABŞ Konqresinin erməni məsələləri üzrə komitəsinin həmsədri Frank Palone ABŞ rəhbərliyinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə guya Azərbaycanda geniş miqyaslı hərbi təlimlərin təhlükəsi ilə bağlı iki ayrı təxribatçı məktub göndərib.

Erməni politoloq Hakob Badalyan, ABŞ-ın mövqeyinin Suriyaya humanitar missiya göndərməklə əlaqəsi olduğunu düşünmür. Badalyan bildirib ki, xatırladığı qədər ABŞ belə bir qərarı daha öncə qəbul edib.

“Düşünürəm ki, bunun bir-biri ilə qətiyyətlə əlaqəsi yoxdur və burada ABŞ-ın vəziyyətə mənfi münasibətini göstərən, Suriyaya humanitar qrup göndərilməsinə cavab olaraq nəzərdən keçirə biləcəyimiz bir şey görmürəm. Humanitar minalardan təmizlənmə işləri üçün müəyyən vəsait verildi, bu elə də böyük bir vəsait deyildi. Bunu ABŞ-ın xarici strategiyasının daha geniş kontekstində görürəm. ABŞ-ın belə vəziyyətlərə yanaşması dəyişir və Qarabağ məsələsinə müəyyən yanaşmalar yenidən nəzərdən keçirilir”, - deyə o qeyd edib.

Eyni zamanda, Badalyan Tramp administrasiyasının xüsusi bir yanaşması olduğunu düşünmədiyini söyləyib.

“Çox vacib bir problem var - minatəmizləmə işləri illər boyu görülüb və təbiidir ki, bu müddət ərzində minatəmizləmə baş verən sadə məntiqlə getdikcə əhəmiyyəti azalmalı idi və getdikcə daha az minalar qalır. Buna görə də, bu alət dəstinin əhəmiyyətinə görə getdikcə azalması çox məntiqlidir. Lakin bu, ABŞ-ın Qarabağ məsələsinə marağının azalması demək deyil. ABŞ-ın burada birbaşa marağı olmayıb, daha geniş təsir dairəsini qoruyub saxlayıb və Rusiyaya daha böyük bir missiya buraxıb.

Bu baxımdan ABŞ Rusiyanın bu rolu effektiv oynamadığı və sabitləşmə təhlükəsi olduğu aydın şəkildə göründüyü halda müdaxilə etməyə çalışır. Buna görə, düşünmürəm ki, bu qərar Trampın Qarabağ məsələsinə diqqət yetirməməsinə dəlalət edə bilər. Hesab edirəm ki, ABŞ-ın strategiyasına daha geniş kontekstdə baxmaq lazımdır. Tramp administrasiyasının işində sırf maliyyə praqmatik bir yanaşma ola bilər. Bildiyiniz kimi, minatəmizləmə yardımı bu baxımdan ABŞ üçün böyük pul deyildi, Trump bu addımı göstərir ki, o, hər qəpiyi sayır və bu addım, sırf maliyyə hesablaşması ola bilər. Bəlkə də düşünürlər ki, bu xərc onlar üçün lazımsızdır və dayandırılmalıdır. ABŞ-ın davranışı baxımından buna çox geosiyasi əhəmiyyət verməzdim”, - deyə erməni politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan   Qarabağ   Qanunsuz-fəaliyyət  

ABŞ Qarabağda minatəmizləmə fəaliyyətini maliyyələşdirmir - AEMK nədən narahatdır?

2020/03/Kongr-1585477102.jpg
Oxunub: 1204     10:33     01 İyun 2020    