Ermənistan XİN-in keçmiş rəhbəri Aprel döyüşlərinə görə niyə Rusiyadan dindirilib?

2020/05/1590938817.jpg
Oxunub: 1490     17:15     02 İyun 2020    
Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran komissiyanın növbəti qonağı döyüşlər zamanı Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan olub. Nalbandyan Rusiyada olduğu üçün mayın 29-da video bağlantı vasitəsi ilə sorğu-sual edilib.

Bundan əvvəl komissiyanın qonaqları Ermənistan və işğal altında olan Qarabağdakı qomdarma qurumun bir sıra keçmiş “yüksək vəzifəli rəsmiləri” olub. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərliyi dövründə Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin rəisi Arşak Karapetyan iki dəfə komissiyaya dəvət edilib. Arşak Karapetyanın əlavə dindirilməsinə ehtiyac Serj Sarkisyanın verdiyi bəzi cavablardan sonra yaranıb. Yeri gəlmişkən, həmin günlərdə əsas vəzifəli, ən məlumatlı və əsas məsul şəxslərdən biri olan Baş Qərargahın keçmiş rəhbəri Yuri Xaçaturov komissiyanın dəvətini rədd etmişdi.

Ermənistan Xarici İşlər Nazirliyi həmin günlərdə hansı faəliyyəti göstərib?

Erməni politoloq Robert Qevondyanın sözlərinə görə, 2016-cı ilin Aprel döyüşləri zamanı Xarici İşlər naziri olmuş Edvard Nalbandyan Rusiyanın Xarici İşlər naziri və digər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə birbaşa əlaqədə idi.

“Düşünürəm ki, o döyüşlərin xarici amilləri barədə çox məlumatı olacaq və atəşkəsin imzalanması ilə bağlı bəzi məlumatlar verə biləcəyi mümkündür. Bu atəşkəs sənədini Moskvada Yuri Xaçaturovun imzaladığı və Ermənistanda isə bununla bağlı tərəddüdlər olduğu barədə məlumatlar var. Mümkündür ki, keçmiş Xarici İşlər nazirinin indiyə qədər bilinməyən hər şey haqqında məlumatı var”, - deyə Qevondyan bildirib.

Aprel döyüşləri zamanı Ermənistan diplomatiyasının işinə gəlincə, Qevondyan bildirib ki, o, bəzi işlər görüb.

“Vyana və Sankt-Peterburq müqavilələrini xatırlayırsınızsa, Ermənistanın bəzi təklifləri də həmin razılaşmalara daxil edildi. Əlbətdə ki, həmin razılaşmalara əməl olunmadı, amma imzalanması da müəyyən işlərin görüldüyünü göstərir. Digər tərəfdən, Ermənistanın gələcəkdə bu razılaşmanın şərtlərini israr etməməsi, nəzarət mexanizmlərinin quraşdırılmaması, diplomatik korpusumuzun razılaşmanın icrasını təqib etmədiyini göstərir. Döyüşlər zamanı əldə etdiyimiz müsbət nəticələr daha sonra kapitallaşdırılmadı, bu da diplomatik korpusun işinin səhlənkarlığından xəbər verir”, - deyə o qeyd edib.

Digər erməni politoloq Levon Şirinyanı başqa bir məsələ narahat edir, onun fikrincə keçmiş xarici işlər nazirinin Rusiyada nə işi var?

“Onların vətəni və dövləti yoxdur? İmperiya öz agent şəbəkəsini toplayır? Xalqımız bu qədər casusu haradan alır, fransız mütəxəssisdir, niyə Rusiyadadır?”, - deyə politoloq bildirib.

Şirinyan qeyd edib ki, Aprel döyüşləri zamanı da Nalbandyan Ermənistanda deyildi, indi gəlib bir-bir cavab verməlidir.

“Nalbandyan nə ilə məşğul idi, kimin tapşırığını yerinə yetirirdi? Hər müharibənin diplomatik hazırlıqları və örtükləri var, iş görürsən, sonra sözlərlə gördüyün işi örtürsən. Həmin günlər ərəfəsində harada, nə ilə məşğul idi? Serj-Robert sistemlərinin hər bir üzvü müharibənin sirlərini bir-bir açmalıdır, kimin nə rol oynadığını bilməliyik. Məni bir sual maraqlandırır, bildiyim qədər Nalbandyan maaşla yaşayan bir adam idi, maaşı da çox yüksək deyildi, indi xarici sahillərdə kimin pulu ilə yaşayır?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİN   Rusiya   Aprel-döyüşləri  

Ermənistan XİN-in keçmiş rəhbəri Aprel döyüşlərinə görə niyə Rusiyadan dindirilib?

2020/05/1590938817.jpg
Oxunub: 1491     17:15     02 İyun 2020    