Azərbaycanla Türkiyə arasında hərbi saziş qəbul edildi

2020/05/1590915803.jpg
Oxunub: 10271     12:58     31 May 2020    
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsinə dair qanun layihəsi müzakirə edilib.

Ordu.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

Sazişin məqsədi Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq.

Sənəd ümumilikdə 200 milyon türk lirəsinin ekvivalenti həcmində ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul olan yerli şirkət müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirir. Sazişin icrası üçün səlahiyyətli orqanlar Azərbaycanın Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyidir.

Azərbaycan hökuməti tədarük proseduruna əsasən ayrılan vəsaiti nəzərə alaraq bildirilən layihə çərçivəsində müəyyən edəcəyi tələbatlar siyahısını diplomatik kanallar vasitəsilə Türkiyənin Milli Müdafiə Nazirliyinə göndərir. Vəsaitin ayrıldığı bildirilən hissəsi Türkiyənin Bakıdakı səfirliyinin Silahlı Qüvvələr Attaşeliyinin Azərbaycan hökumətinə göndərəcəyi bildirişin tarixindən beş il müddətinə istifadə oluna bilər. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan hökuməti illər üzrə xarici hərbi yardıma dair prioritet layihə təklifləri Türkiyə tərəfinə bildirməlidir.

Bu saziş qüvvəyə mindiyi tarixdən beş il müddətinə qüvvədə qalacaq. Bildirək ki, saziş bu ilin fevralın 25-də Bakıda imzalanıb.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə   Hərbi-saziş  

Azərbaycanla Türkiyə arasında hərbi saziş qəbul edildi

2020/05/1590915803.jpg
Oxunub: 10272     12:58     31 May 2020    