Ermənistanın mövqeyi danışıqların nəticəsindən asılıdır: bölgədə enerji inqilabı var?

2020/05/1590913569.jpg
Oxunub: 1039     12:25     03 İyun 2020    
Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf naziri Natia Turnava bildirib ki, “Qazprom” şirkəti ilə imzalanmış müqavilənin müddəaları dünya bazarında qiymət düşməsi əsası ilə yenidən nəzərdən keçirilib, Gürcüstana tədarük olunan qazın qiyməti təxminən 15 faiz azalacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Anuş Beğloyan və erməni politoloq Suren Sarkisyan məsələni şərh edib.

“Gürcüstan sovetdən sonrakı illərdə Rusiyanın xarici siyasət vektorlarından uzaq olub və indi Rusiya Gürcüstanla yeni münasibətlər qurmaq üçün əlavə addımlar atır”, - deyə Beğloyan bildirib.

Sarkisyanın sözlərinə görə, qazın qiyməti siyasi məsələdir: “Qazın qiyməti əsasən siyasi razılaşmalar nəticəsində formalaşdırılır”.

Sarkisyan bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Bizdən strateji münasibət gözləyirsinizsə, onda siz də bizə qarşı strateji münasibət nümayiş etdirməlisiniz” bəyanatı Ermənistana tədarük edilən qazın qiyməti ilə bağlı təməl daşı bəyanatı idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Ermənistanın mövqeyi danışıqların nəticəsindən asılıdır: bölgədə enerji inqilabı var?

2020/05/1590913569.jpg
Oxunub: 1040     12:25     03 İyun 2020    