Polşa ordusu “Poprad” HHM sistemləri əldə edib

2020/06/15907-1591016365.jpg
Oxunub: 1577     17:34     01 İyun 2020    
Polşa ordusu “PIT-RADWAR S.A” (əvvəllər Bumar Elektronika) şirkətindən əlavə “Poprad SPZR” özüyeriyən hava hücumundan müdafiə sistemləri alıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Poprad” qısa mənzilli hava hücumundan müdafiə, aşağı və ya orta hündürlükdə və çox qısa məsafələrdə uçan hava hədəflərini aşkar etmək, qarşısını almaq qabiliyyətinə malikdir.

Qeyd olunur ki, Polşa Müdafiə Nazirliyi ordunun 2013-cü ildən 2022-ci ilədək olan “Poprad” raket sistemlərinin ilə təchiz olunması üçün yerli istehsalçı şirkətlərlə 278.7 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. 77 sistemin çatıdırılması nəzərədə tutulub, indilik 36 sistem tədarük edilib.

“Poprad” iki ekipaj üzvü tərəfindən idarə olunur, 4 ədəd buraxılış borusuna malikdir və səkkiz raketi daşıya bilər. Sistem “Qrom” və ya modernləşdirilmiş “Piorun VSHORAD” raketləri ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Poprad   Polşa   MN  

Polşa ordusu “Poprad” HHM sistemləri əldə edib

2020/06/15907-1591016365.jpg
Oxunub: 1578     17:34     01 İyun 2020    