Cəbhə xəttində yerləşən kənddən keçən çayda mərmi aşkarlanıb

2020/05/10068-1590859795.jpg
Oxunub: 1737     21:01     30 May 2020    
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sisteminə daxil olan məlumata əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) təcili təxirəsalınmaz operativ əməliyyat qrupu Tovuzun Əlibəyli kəndindən keçən çayda olan minaatan mərmisini təhlükəsizlik qaydalarına riayət etməklə götürüblər.

Ordu.az-ın Qərb bürosunun məlumatında görə, ANAMA-nın mobil əməliyyat qrupu ətraf ərazilərə də xüsusi təlim görmüş itlər vasitəsilə və yerüstü baxış keçiriblər.

Qeyd edək ki, Əlibəyli kəndi düşmənlə təmas xəttinə yaxın kənddir. Bu kənddən keçən çay Ermənistan ərazisindən keçir. Dəfələrlə bu çay vasitəsilə ilə düşmən hərbçiləri partlayıcı və zəhərli maddələr axıdıblar. 1994-cü ildə iki azyaşlı qız uşağı, 2011-ci ildə isə bir azyaşlı qız uşağı oyuncağın içərisində axıdılan partlayıcı maddələrin qurbanı olub.

ANAMA-dan bildirilib ki, bu cür çağırışlar cəbhə kəndlərində, xüsusilə Əlibəyli kəndində dəfələrlə olub.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ANAMA   Tovuz  

Cəbhə xəttində yerləşən kənddən keçən çayda mərmi aşkarlanıb

2020/05/10068-1590859795.jpg
Oxunub: 1738     21:01     30 May 2020    