Rusiyada Mi-8 hərbi helikopteri sərt eniş edib: 4 ölü

2020/05/1(28)-1590485500.jpg
Oxunub: 2577     13:25     26 May 2020    
Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 hərbi helikopterinin sərt enişi zamanı 4 nəfər həlak olub.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, helikopterin qəzaya uğramasına texniki problemlər səbəb olub.

Helikopterin 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.

Bildirilir ki, helikopter qəzaya uğradıqdan sonra güclü yanğın baş verib. Yanğın söndürüldükdən sonra “Mi-8”in qara qutusu aşkar edilib. Qutunun heç bir zədə almadığı bildirilir.

Xatırladaq ki, bu, son 1 həftədə qəzaya uğrayan ikinci Mi-8 helikopteridir. Bundan əvvəl mayın 19-da Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Mi-8” hərbi helikopteri Moskva yaxınlığındakı Klin yaşayış məntəqəsindən 20 kilometr aralıqda sərt eniş edib. Qəza nəticəsində 3 nəfər həlak olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qəza  

Rusiyada Mi-8 hərbi helikopteri sərt eniş edib: 4 ölü

2020/05/1(28)-1590485500.jpg
Oxunub: 2578     13:25     26 May 2020    