“Lragir”: Rusiya hazırda hərbi-siyasi nüfuzu məsələsini müzakirə edir

2020/05/Kreml-1590228906.jpg
Oxunub: 152     12:30     02 İyun 2020    
İctimai tarifləri tənzimləyən komissiyanın “Qazprom Armenia”nın daxili qaz qiymətləri ilə bağlı tələbinə qərar verməsi üçün vaxtı olsa da, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan “Azadlıq Radiosu”na bildirib ki, əhali üçün qazın qiymətini artırmamağa bir fürsət var. Təsərrüfat sahiblərinə gəldikdə isə malların və xidmətlərin maya dəyərinə ciddi təsir göstərməməsi səviyyəsində artım ola bilər.

Qriqoryan, eyni zamanda Rusiyanın AİƏT daxilində vahid qiyməti sistemini rədd etməklə bağlı mövqeyindən də danışaraq, AİƏT üzv dövlətlərinin Putinin danışdığı dərin inteqrasiyaya heç bir şəkildə hazır olmadığını söylədi. Ermənistan Baş nazirinin müavini bir qurum olaraq da AİƏT-in bu cür inteqrasiyaya hazır olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi bu cür inteqrasiyanın bir nümunəsidir, lakin buna çox uzun və çətin proseslər vasitəsilə nail olunub.

Qriqoryan Ermənistanda daxili qiymətin qaldırılmaması ilə bağlı hansı imkanlardan danışması barədə məlumat və detallar açıqlanmır, müraciət müzakirə edildiyi müddətcə bu barədə danışmağı səhv hesab edir.

“Lragir.am” nəşri yazır ki, eyni zamanda iqtisadi cəhətdən olan məsələnin mahiyyət etibarilə siyasi və hərbi-siyasi olduğuna şübhə yoxdur.

“Eyni zamanda, məsələ Ermənistan-Rusiya münasibətlərindən də asılı deyil, bu Rusiya üçün daha geniş bir məsələdir. Məsələ burasındadır ki, “Qazprom”un dəyənəyi sanki Avropada qırılmış kimi görünür. Almaniya, Polşa və Avstriya son günlər “Qazprom” üçün olduqca xoşagəlməz qərarlar qəbul edib və əlverişsiz proseslər həyata keçirib. Bundan əlavə, Türkiyə 2019-cu illə müqayisədə Rusiyadan qaz idxalını bir neçə dəfə azaldıb. Bu da digər ölkələrdən mayeləşdirilmiş təbii qaz idxalının artması ilə əlaqədardır.

Rusiya neft və qaz dəyənyi, Rusiya Prezidenti Putinin reytinqini də azaltmaqla, sanki nazikləşib. Fakt budur ki, “müasir raketlər” haqqında cizgi filmlərinə əlavə olaraq, bu reytinq qaz dəyənəyinin müvəffəqiyyəti üzərində saxlanılırdı.

Bu mənada Rusiya üçün problem, məsələn, Ermənistana bahalı siyasi tələblərlə ucuz qiymət verməkdən daha genişdir. Rusiya indi hərbi-siyasi nüfuzunu, daha doğrusu “əfsanəsini” məsələsini müzakirə edir. Postsovet və ya xüsusilə Avrasiya məkanında geri çəkilməyə başlasa, ən azı Rusiya prezidenti üçün siyasi “fəlakət”ə çevrilə bilər.

Digər tərəfdən, vəziyyətin qeyri-müəyyənliyi, əksinə, siyasi fəlakətə düçar olması, bu mənada yaxın müttəfiq hesab olunan ölkələrə qazın və neftin müttəfiq olmayan ölkələrdən daha yüksək qiymətə satılması Rusiyanın “Avrasiya inteqrasiyası” siyasətini partlatması deməkdir. Başqa sözlə, Rusiya öz neft və qaz iynəsinin öz şişirtmiş olduğu balonunu partlatacağı bir nöqtəyə yaxınlaşıb”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

“Lragir”: Rusiya hazırda hərbi-siyasi nüfuzu məsələsini müzakirə edir

2020/05/Kreml-1590228906.jpg
Oxunub: 153     12:30     02 İyun 2020    