Ermənistan hakimiyyəti nə vaxta qədər öz məsuliyyətlərinə görə başqalarını günahlandıracaq?

2020/04/f3c2b-1586494221.jpg
Oxunub: 797     15:18     01 İyun 2020    
İki il ərzində Ermənistan sakinlərinin Paşinyandan ehtimal olunan gözləntiləri gerçəkləşmir.

Paşinyanın vəzifədə olduğu dövrdə sakinlər korrupsiyaya qarşı mübarizə, cinayət işlərinin başlanılması və dövlətə pul qaytarılması ilə bağlı məlumatlarla “DdoS” xəbər hücumuna məruz qalıblar. Başlanmış cinayət işlərinin çoxuna zaman keçdikcə xitam verilir, bəziləri isə davamlı olaraq təxirə salınır. Prokurorluq işin göstəricisi olaraq cinayət işlərinin sayının artırılmasını təmin etməkdə davam edir.

Ermənsitanın “Past” nəşri yazır ki, çoxlu sayda cinayət işinin lazımsız media səs-küyündən başqa bir şey olmadığı bir həqiqətdir.

“Səs- küylü cinayət işlərinin başlanması insanların diqqətini həyat səviyyələrini yaxşılaşdırmaqdan daha çox, real problemlərdən yayındırmaq məqsədi daşıyır. Xırda dəyişikliklərə baxmayaraq, insanların həyat səviyyəsi əvvəlki kimi qalmaqda davam edir. Eyni zamanda, səlahiyyətlilərin həyat səviyyəsi, ən azı mükafatlar hesabına yaxılaşmağa doğru xeyli artıb.

İki illik idarəetmə təcrübəsi göstərir ki, hakimiyyətin məharətlə etdiyi yeganə iş məsuliyyətlərindən yayınmaqdır.

Bəs hakimiyyət nə vaxta qədər öz məsuliyyətinə görə başqalarını günahlandıra bilər? Nəhayət, bu iş təcrübəsi onlar üçün ciddi nəticələrə səbəb ola bilərmi? Bu çərçivədə təsadüfi deyil ki, son zamanlar baş nazir Paşinyanın istefası barədə danışmağa başlanılıb. Üstəlik, həm də hökumət daxilində çox fəal şəkildə danışılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hakimiyyət   Paşinyan  

Ermənistan hakimiyyəti nə vaxta qədər öz məsuliyyətlərinə görə başqalarını günahlandıracaq?

2020/04/f3c2b-1586494221.jpg
Oxunub: 798     15:18     01 İyun 2020    