Ermənistanın hakim fraksiyası daxilində parçalanmanın yeni bir səbəbi var

2020/05/aba59-1590228023.jpg
Oxunub: 937     13:00     02 İyun 2020    
Bir neçə gün əvvəl baş verən Lanzarote Konvensiyasının ratifikasiyası Ermənistanın Baş naziri Nikol Paşinyanı daha bir ciddi imtahana çəkdi və hakim komandadakı, xüsusən də Paşinyanın qanunvericilik fraksiyasındakı ziddiyyətləri bir daha ortaya qoydu.

Məsələ burasındadır ki, bir sıra erməni deputatlar önləyici koronavirus təcridindən başlayaraq konvensiya ilə razı olmama əlaməti olaraq nümayişkarcasına iştirak etməməyə dair müxtəlif səbəblərdən səsvermədə iştirak etməyiblər. Xüsusilə son hadisə Paşinyana qarşı növbəti bir “üsyan” kimi qiymətləndirildi.

Artıq bir neçə gündür ki, erməni mətbuatında Paşinyanın həmin “üsyançı”lara qarşı repressiyalara başlaya biləcəyi barədə şayiələr yayılır, xüsusən də “Facebook” platformasında “üsyançı”ların artıq rəsmiyyətə əməl etmədikləri və fikir ayrılığını açıq şəkildə ifadə etdikləri qeyd edilir.

“Politik.am” nəşri yazır ki, əslində Paşinyan Lanzarote Konvensiyasının ratifikasiya edilməsinə səs verməklə özünü həqiqətən çox pis vəziyyətə saldı.

“Bunun səbəbini izah etməyə çalışaq. Ermənistan cəmiyyətinin Konvensiyaya reaksiyası, demək olar ki, İstanbul Konvensiyasında olduğu qədər mənfi oldu. Bunun əksini sübut etmək üçün nə qədər cəhd göstərilsə də, erməni dəyərləri sistemi və mənəvi təsviri ilə uyğunsuz hesab olunur və erməni cəmiyyətindəki çox sayda insan bu konvensiya ilə mənfi fikirlər bölüşür.

Bu şəraitdə, hazırkı Baş nazir Konvensiyanın lehinə səs verməyən “Mənim Adımım” fraksiyasının deputatlarına qarşı repressiyalar tətbiq etməyə çalışarsa, o halda həmin səsvermədə iştirak etməyən deputatların seçiciləri ilə qarşıdurmaya girmiş olacaq. Çünki bu deputatlar, ilk növbədə konvensiyaya qarşı olan öz seçiçiləri qarşısında hesabat verməli olacaqlar.

Məsələn, “Qərbin pozğunluq gətirən növbəti alətindən” başqa bir şey olmayan sənədin əleyhinə səs verən parlament üzvünün niyə cəzalandırıldığını seçicilərə açıqlamaq, Paşinyan üçün olduqca çətin olacaq. Belə təqiblər baş verərsə, qiyamçılar özlərini milli imicin, dəyərlərin və əxlaqın qoruyucuları kimi təqdim edə və Paşinyanı “qeyri erməni” siyasi xəttinə qarşı mübarizə aparan Qərb kuklası kimi təqdim edə bilərlər.

Bu üsyançılar üçün çox yaxşı bir oyun kartı ola bilər və Paşinyanın reytinqini daha da azaltmaqla, öz nüfuzlarını artıra bilər”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Parçalanma   Addımçılar   Paşinyan   Böhran  

Ermənistanın hakim fraksiyası daxilində parçalanmanın yeni bir səbəbi var

2020/05/aba59-1590228023.jpg
Oxunub: 938     13:00     02 İyun 2020    