Qələbə günü - bəşəri ehtiram günü

2020/06/15890-1591094120.jpg
Oxunub: 1251     16:45     02 İyun 2020    
İkinci Dünya müharibəsi qələbəylə başa çatdı. 1945-ci ilin 9 may günü tarixə döndü. Bu tarix Səməd Vurğunun tarixi misralarında da tarixləşdi:

Yazılsın tarixə qızıl bir xətlə,
45-ci ilin 9 may günü!

45-ci ilin 9 mayından 75 il keçir. Bu böyük qələbəni böyük coşquyla, könül açıqlığıyla, qürurla qeyd etmək Azərbaycana ana südü kimi halaldı. İkinci Dünya müharibəsi illərində döyüşən orduya yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycandan gedirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalına müsahibəsində də qeyd etdiyi kimi, bunlar olmasaydı, müharibədə qalib gəlmək mümkün olmazdı. Ancaq Bakıya qəhrəman şəhər adı verilmədi. Dünya da gördü ki, Bakıya qəhrəman şəhər adı verməli olanlar 1990-cı ilin yanvarında Bakıda qırğın törətdilər. İllər sonrası da olsa, 75 ilin o üzündə qalanların səmimiyyətlə etiraf edilməsi, Bakıya qəhrəman şəhər adı verilməsi 75 il yol gözləyən ədalətin bəşərilik naminə bərpası olmazdımı?

Azərbaycanda İkinci Dünya müharibəsində qələbənin ildönümləri həmişə xalq bayramı, xalqın bayramı kimi qeyd edilib. Ötən, ötüşən illər böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir kəlamının da tarixiliyini təsdiqlədi: "... Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır".

Ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərlə bu haqda yenə kəlmələşmək istəyirəm. Yadıma 2016-cı il mayın 8-də Cocuq Mərcanlıda, Lələtəpədə əsgərlərin əhatəsində yaşadığım duyğular düşür. Neçə gün əvvəlin qəhrəmanlarıyla kəlmələşəndə neçə on illər əvvəl İkinci Dünya müharibəsi veteranlarından eşitdiklərimi, o kəlmələrin hər birini yaşadan qüruru xatırlamışdım. "Biz veteranların hamısı yaşıddı, hamısı 45-in 9 mayında doğulanlardı. Həlak olanlar bizim ömrümüzdə yaşayır". Bu xatırlama əsgərləri duyğulandırmışdı. Baxışları Lələtəpənin o üzündən üzülməyən gizir Tahir Misirxanov qətiyyətlə demişdi:

- Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qələbə hansı ayın hansı günündə qazanılsa, döyüşənlərin hamısı deyəcək ki, biz Böyük Qələbənin yaşıdlarıyıq. Şəhidlər qazilərin ömründə yaşadılacaq.

Aprel döyüşlərinin iştirakçıları 9 may gününün səhərini bu ovqatla qarşılayacaqdılar. Bu ovqat döyüş əzminin, qələbə ruhunun ovqatıydı. O gün könlümdən Lələtəpənin yamaclarında açan çiçəklərdən bircə-bircə dərmək, şəhidlərin məzarına sərmək keçmişdi. Yüksək rütbəli zabitlərdən biri qürurla Tahir Misirxanova baxmışdı, "Gizir Misirxanov düşmənin neçə-neçə tankını vurdu, o da, digər qəhrəmanlar da Ali Baş Komandanın döyüş əmrini qələbəylə sonlandıracaqlar. Bu gün 9 mayla 5 aprelin qələbə ovqatını qoşa yaşayırıq. Yaxın vaxtlarda 9 may hələlik naməlum olan məlum bir günlə qoşa yaşadılacaq. O günə Böyük Qələbə günü deyəcəyik", - demişdi. Əsgərlərin baxışlarında gördüyüm döyüş əzmi, qələbə ruhu könlümü telləndirmişdi. Lələtəpədən xırdaca qanadlı meh əsmişdi. Günün bu vaxtında əsən, əsə-əsə də harasa tələsən bu mehin pıçıltısını duymaq üçün əsgərlərin avtomatın qundağını sıxan barmaqlarını görmək kifayətmiş.

Ön xətdə, səngərdə Vətən kəlməsi ahənrüba kimi bütün mətləbləri özünə çəkir; Səməd Vurğun demişkən, bütün mətləblərin mübtədası Vətən olur. Eşitdiyimiz fikirləri Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının səviyyəsini göstərən bir çalar bilirik. Martın sonlarında da ön xətdə, səngərdə belə bir ovqat yaşadım. Əsgərlərdən biri demişdi ki, Vətəni ana kimi sevməyən oğula oğul demək günahdı, Ana, Vətən kəlmələri ömrümüzün çırağıdı, uğurumuzun bayrağıdı. Bu gərəkli, müqəddəs fikri düşüncələrimə hopdurmuşdum.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Natsionalnaya oborona" jurnalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suala cavab olaraq deyib: "...Münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir". Ön xətdə, səngərlərdə əsgərlərdən eşitdiklərimizi xatırlayıram və bir daha əmin oluram ki, bu kəlam işğalçı dövlətə xəbərdarlıqdır: münaqişə danışıqlar yoluyla həll olunmasa, onu Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan Ordusu həll edəcək.

Qələbə təntənədir. Böyük Qələbənin təntənəsi də böyük olur. Bu təntənə haqqında ön xətdə, səngərdə eşitdiklərini düşüncələrinin nizamlayıcısı bilirsən.

9 may İkinci Dünya müharibəsində həlak olmuş 300 min azərbaycanlının da ruhuna gözaydınlığı günüdü. Bu ehtiram bəşəri ehtiramdı. Bəşəri ehtiramlar ön xətdə, səngərlərdə daha möhtəşəmliklə duyulur.

Rəşid Hüseynov, əməkdar jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qələbə-günü  

Qələbə günü - bəşəri ehtiram günü

2020/06/15890-1591094120.jpg
Oxunub: 1252     16:45     02 İyun 2020    