Fransa səfiri: “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı”

2020/05/61cdd-1590221386.jpg
Oxunub: 2516     12:10     23 May 2020    
"ATƏT-in Minsk Qrupunun məsləhətləşmə mexanizmi olmasaydı, vəziyyət şübhəsiz daha qeyri-sabit, daha təhlükəli olardı".

Ordu.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azvision.az-a müsahibəsi zamanı deyib.

O bildirib ki, davamlı dinc həll yolu tapmaq, yeni bir qarşıdurmanın və beləliklə, müharibənin faciələrinin qarşısını almaq üçün diplomatik səylər davam etməlidir.

"Xalqları, həmçinin sülhə hazırlamaq lazımdır. Xalqlar özləri buna hazırlaşmalıdırlar, bu isə nifrət nitqlərindən imtina etmək, digəri haqqında məlumatlanmaq, vətəndaşlardan irəli gələn dinc təşəbbüsləri dəstəkləmək deməkdir. Münaqişələrin həllində hər kəsin - əlbəttə ki, hökumətlərin, eyni zamanda medianın, universitetlərin, ailələrin, qeyri-hökumət təşkilatlarının da rolu var. Buna görə istərdim ki, noyabr ayında üçüncü buraxılışı keçiriləcək Paris Sülh Forumunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri iştirak etsinlər", - deyə səfir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Qarabağ  

Fransa səfiri: “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı”

2020/05/61cdd-1590221386.jpg
Oxunub: 2517     12:10     23 May 2020    