Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - I YAZI

2020/05/1-1590141700.jpg
Oxunub: 2373     17:54     22 May 2020    
Son illərdə “asimmetrik müharibə” hərbi ekspertlərin, müharibə mövzusunda araşdırma aparan akademiklərin və digər bu işlə əlaqəli şəxslərin tez-tez müraciət etdiyi termindir. Bununla belə asimmetrik müharibə tarixdə yeni istifadə olunan metod deyil. Tarix boyu sərkərdələr müharibənin xarakteri etibarilə ya öz güclü tərəflərindən daha çox istifadə edərək (pozitiv asimmetriya), ya düşmənin zəif cəhətlərini istismar edərək (neqativ asimmetriya), ya da hər ikisindən istifadə edərək müxtəlif taktika və metodlar tətbiq etməyə çalşıblar.

Çinli müharibə strateqi Sun Tzu hələ 2 əsr əvvəl bundan bəhs edirdi. O, məşhur “Müharibə sənəti” kitabında yazır: “Ordu su kimidir: su hündürlükdən qaçar və enişə axar; ordu sıxlıqdan qaçar və boşluğu vurar. Su yerindən asılı olaraq axar; ordu rəqibindən asılı olaraq zəfər çalar”.

Əsrlər keçdikdən sonra, 1964-cü ildə ABŞ Hərbi Hava Qüvvələrinin rəisi olarkən Kurtis Lemay (Curtis E. LeMay) Vyetnam müharibəsinə son qoymaq üçün özünün asimmetrik reseptini hazırlamışdı: “Onların buynuzlarını çəkməli və təcavüzlərini dayandırmalıyıq və ya onları bombalayaraq, Daş dövrünə qaytarmalıyıq”.

Müasir düşmənlər eyni zamanda müharibədə asimmetriyanın dinamikasını başa düşürlər, bunu ən yaxşı başa düşən şəxs terrorçu Usame Bin Laden idi: “Hərbi güc, işçi qüvvəsi və avadanlıq baxımından bizimlə düşmənlərimiz arasındakı fərq çox böyükdür. Ancaq fərq psixoloji resurslar, iman, əminlik və Uca Allaha güvən baxımından da çox böyükdür. Bizimlə onlar arasındakı bu fərq böyük, çox böyük və çox çox böyükdür”.

Bu məqalədə asimmetrik müharibələrin müharibə üsullarını və vasitələrini tənzimləyən qanunlara təsiri araşdırılır. Beynəlxalq humanitar hüquq (BHH) və müharibə arsında simbiotik münasibətlər mövcuddur. Ən çox adətən, BHQ adətən müharibənin təbiəti ilə bağlı dəyişikliklərə reaksiya verir; doğrudan da, ən böyük humanitar hüquq müqavilələri ayrı-ayrı sahələrə aid “post factum” (hadisədən sonrakı - red.) hadisələrə cavab olaraq ortaya çıxıb. Mühüm olan odur ki, müharibə edənlərin özlərini formalaşdırdıqları düşmənçilik xarakteri onların BHH-yə münasibətini formalaşdırır. Dövlətlər hüquqa ehtiyaclarına xidmət edən bir şey kimi baxdıqda (məsələn mülki şəxsləri qoruyan kimi), hüquqa sədaqət daha yaxşı olur. Digər tərəfdən, müharibə edənlər normativ aktların onları məhdudlaşdırdığını düşünəndə, bu sərhədlər nəzərə alınmaya bilər. Belə olan halda, 21-ci əsr müharibəsindəki asimmetriya BHH-yə necə təsir edir?

Asimmetriyanın formaları

Asimmetriyanın normativ nəticələrini başa düşmək üçün termini çox geniş şəkildə anlamaq lazımdır. ABŞ Ordu Döyüş Kollecindən Steven Metz və Duglas Johnston bu mövzuda xüsusilə faydalı bir tərif hazırlayıblar. Onlara görə, “hərbi iş və milli təhlükəsizlik sahəsində asimmetriya öz üstünlüklərini artırmaq, rəqibin zəif tərəflərindən yararlanmaq, təşəbbüskar olmaq və ya daha böyük hərəkət azadlığı əldə etmək üçün düşməndən fərqli hərəkət etmək, hücumlar təşkil etmək və düşünməkdir. Bu, siyasi-strateji, hərbi strateji və ya bunların birləşməsi ola bilər. Bu, fərqli metodlar, texnologiyalar, dəyərlər, təşkilatlar, zaman perspektivləri və ya bunların müəyyən birləşməsindən ibarət ola bilər. Bu, qısamüddətli və ya uzunmüddətli, qəsdən və ya öz-özünə ola bilər. Bunun həm psixoloji, həm də fiziki ölçüləri ola bilər”.

Göründüyü kimi, asimmetriya bir çox ölçülərə malikdir. Bu, əməliyyatdan tutmuş strateji səviyyələrə qədər bütün münaqişə spektrini əhatə edir. Məsələn, taktiki səviyyədə, yüngül zirehləri olan qoşunlar müdafiəsiz qoşunlara nisbətən fərqli bir üstünlüyə malikdir.

Əməliyyat səviyyəsində, müasir C4ISR (Əmr, İdarəetmə, Rabitə, Kompüterlər (C4) Kəşfiyyat, Müşahidə və Araşdırma) aktivlərinə real zaman kəsiyində girişi olan şəbəkəyə malik tərəf müharibəni daha yaxşı başa düşür. Bu, düşməninə nisbətən daha sürətli və qətiyyətli hərəkət etməyə imkan verir. Münaqişənin strateji səviyyəsi həm hərbi, həm də siyasi ölçülərə malikdir. Hərbi strateji səviyyədə asimmetriya özü bir strategiyaya çevrilə bilər. Terrorizm bunun ən çağdaş nümunəsidir. Hərbi təsir göstərən siyasi strategiyalara ittifaqların yaradılması, humanitar qanunlar və ya silah nəzarət rejimlərinin hazırlanması, hərbi qüvvələrin inkişafını artırmaq üçün diplomatiya, qanun, məlumat və iqtisadiyyatdan istifadə üçün digərləri daxildir.

Asimmetriya müxtəlif səviyyələrdə özünü göstərməklə yanaşı, eyni zamanda çoxlu forma ala bilir. Ən çox nəzərəçarpan məsələ qarşıdurmanın bir tərəfinin üstün silah sistemlərinə və digər hərbi texnikalara (müharibə vasitələri) sahib olduğu zaman ortaya çıxan texnoloji asimmetriyadır. Hal-hazırda ABŞ hərbi qüvvələri bu mövzuda bütün digər ölkələrin silahlı qüvvələrini qabaqlayır. Digər Qərb ölkələri, ilk növbədə NATO üzvləri texnoloji üstünlük baxımından ikinci pilləni tuturlar. Son dövrlərdə Çinin texnoloji üstünlüyü də yüksəlməkdədir. Ekspertlər qeyd edir ki, Çin bu sahədə tezliklə NATO ölkələrinin əksəriyyətini üstələyəcək. Digər ölkələrin ordularının belə səviyyələrə çatması az ehtimal olunandır. ABŞ-ın üstülünlüyünün yaxın gələcəkdə dəyişməsi də istisna olunmur.

Hərbi asimmetriyanın ikinci bir forması müharibə metodlarını, xüsusi olaraq doktrinaları əhatə edir. Terrorizm də asimmetrik bir doktrinal anlayışdır. Rəqiblərinin hərbi üstünlüyünə qarşı çıxmaq üçün aşağı texnologiya ilə təchiz olunan qüvvələr tərəfindən getdikcə daha çox istifadə edilir, ABŞ-ın Vyetnamdakı texnoloji üstünlüyünə qarşı o qədər təsirli olan partizan müharibəsinə nisbətən daha çox istidadə olunur.

Asimmetriyanın açıq formalarının bir çoxu BHH-nin tətbiqinə də təsir göstərir. Mübahisə tərəfləri fərqli hüquqi və ya siyasət normalarla idarə edildikdə, münaqişə normativ olaraq asimmetrik ola bilər. Normativ asimmetriya, hətta müttəfiqlər arasında mövcud ola bilər. Münaqişələr oradakı iştirakçılara münasibətdə də asimmetrik ola bilər. BHH silahlı qüvvələr (və ya oxşar mövqedə olan və müəyyən meyarlara cavab verən digər milislər və digər qruplar) arasındakı düşmənçilik mövqelərinə söykənsə də, müasir müharibə iştirakçıları getdikcə bu paradiqmadan yayınırlar.

Asimmetriya və Beynəlxalq Humanitar Hüquq

Qeyd olunan asimmetriyaların hər biri - texnoloji, doktrinal, normativ, iştirakçıların sayına görə və hüquqi və ya əxlaqi cəhətdən - beynəlxalq humanitar hüququn tətbiqinə müəyyən ölçüdə təsir göstərir. Narahatlıq yaradan nümunələrdən biri Birləşmiş Ştatların silahlı qüvvələrinin üzvləri tərəfindən əsirlərə qarşı pis rəftardır. Qeyd edək ki, texnoloji asimmetriya BHH-nin tətbiqi və təfsiri üçün ən böyük təsirə malik olduğundan əksər müzakirə həmin istiqamətdə olacaq.

Texnoloji Asimmetriya. ABŞ və digər inkişaf etmiş orduların istifadə etdiyi texnoloji asimmetriya bəzən səhv başa düşülür. Keçən əsrin müharibələrində dəqiqlik və hərəkətlilik texnoloji asimmetriyanın əsas elementləri idi. Döyüş rayonunun ön cbhəsində üz-üzə duran düşmənlərin məqsədi qarşısındakını dərhal məhv etmək və gücünü azaltmaqdır. Ötən əsrin müharibələrində əsasən yüksək dəqiqliklə vurmaq önəmli idi. Həmçinin yüksək hərəkətlik də olduqca önəmli idi, bu, tərəflərə düşmənin hücumlarının qarşısını daha cəld almağa və zəif cəbhələrə zərbələr endirməyə imkan verirdi.

Bu gün döyüş bölgələri çoxölçülüdür, yəni texnologiya o qədər inkişaf edib ki, döyüşün sərhədlərini gösətərən xətlər, demək olar ki, yoxdur. Quru Qüvvələri bir-birinə qarşı fiziki döyüşə bilər, amma bu münaqişə təkcə orada yox, bir çox yerdə olur. İraqın Azadlığı Əməliyatı adlandırılan kampaniyaya diqqət edək. Kampaniya müddətində İraq daxilində koalisiya qüvvələri tərəfindən toxunulmaz bir nöqtə yox idi. Həqiqətən də müharibənin ilk zərbəsi işğalçı qüvvələrin İraq sərhədini keçməsi deyil, Səddam Hüseynin öldürülməsi üçün “Tomahawk” qanadlı raketləri və F-117-lərlə hücum idi.

Bu mühitdə bir rəqib haqqında məlumatı sürətli bir şəkildə toplamaq, emal etmək və reaksiya vermək bacarığı daha vacibdir. Burada, həmçinin düşmənin də bunu etməyə səy göstərməsinə mane olmaq üçün dəqiqlik və cəldlik önəmlidir.

Düşmənin reaksiya müddətini yavaşlatmaq və düşmənin məlumatlarını bloklamaq üçün bir sıra bacarıqları tələb olunur: düşmənin yerini tez və etibarlı şəkildə tapmaq və dəqiq müəyyənləşdirmək bacarığı, dərhal mövcud olan silah sistemlərini müəyyənləşdirmək, düşmənin sürətli, dəyişən tapşırıqlarını izləmək və istiqamətləndirmək üçün kifayət qədər komanda və nəzarət aktivləri; yenidənqurmanın lazım olub-olmadığını müəyyən etmək üçün etibarlı döyüş zərərinin qiymətləndirilməsini aparmaq qabiliyyəti.

Müasir texnologiya bu tələbləri yerinə yetirməyə şərait yaradır. Bu gün döyüş sahəsi inkişaf etmiş texnologiya aktivlərinə sahib olanlar üçün olduqca əlverişli vəziyyəti yaradır. Düşməni gecə, pis hava şəraitində və digər çətin vaxtlarda izləmək artıq daha asandır. Üstəlik bu gün inkişaf etmiş ordular inanılmaz bir sıra mənbələrdən məlumat əldə edirlər: görüntü kəşfiyyatı (İMINT); insan kəşfiyyatı (HUMINT); siqnal kəşfiyyatı (SIGINT); açıq mənbəli kəşfiyyat (OSINT); texniki kəşfiyyat (TECHINT); və əks-kəşfiyyat (CI)

Əlbəttə ki, texnologiya yanlışlıqlara yol verə bilər. Məsələn, ABŞ qüvvələri, mobil telefon datalarından və kəşfiyyat məlumatlarından istifadə edərək İraq liderlərinə qarşı zərbələri endirmək istəyirdi. Bu əməliyyat uğursuz oldu. Əvvəllər Müttəfiq Qüvvələri əməliyyatı zamanı tənqidçilər NATO-nun yüksək texnologiyalı vasitələrlə “müəyyən edilmiş” tanklara aviazərbələr vurulduğunu iddia etdilər. Bu iddia edilən uğursuzluqlara baxmayaraq, fakt budur ki, 21-ci əsr döyüş sahələrində peyklər, AWACS-lar, “Joint STARS”lar, PUA-lar, batareya əleyhinə radarlar və gecəgörmə eynəkləri kimi sistemlər rəqibin fəaliyyətini olduqca görünən edir. Bu məlumatdan istifadə etmək üçün balansdakı silah sistemləri eyni dərəcədə təsiredicidir. Məsələn F-16-dan B-52-yə qədər təyyarələr tez-tez müəyyən bir hədəf olmadan işə salınır. Bu təyyarələr gecə və çətin hava şəraitində uça və hücumlar edə bilirlər, amma bir çox hallarda dəqiq zərbələr endirə bilmirlər. Dəqiq zərbə sistemləri isə bu cür hücumlarda zərər vermə ehtimalını (Pd) əhəmiyyətli dərəcədə artırıb.

Bundan əlavə, hücum təyyarələri düşmən ərazisini güclü şəkildə müdafiə etdikdə, yüksək texnologiyalı REM-lər düşmən müdafiəsini təsirsiz hala gətirirdi. İraqın Azadlığı Əməliyyatında hava kampaniyası müdafiə missiyalarının dəyərini göstərdi. 20 733 qırıcı/bombardmançı növünün uçmasına baxmayaraq, güclü hava müdafiəsi olsa da, koalisiya yalnız bir təyyarəsini, “A-10 Warthog” itirdi.Qanadlı raketlər, PUA və stels təyyarələr kimi vasitələr artıq müdafiə əməliyyatlarına ehtiyacı azaldır və bununla da bu cür tapşırıqları yerinə yetirəcək təyyarələrə də ehtiyac qalmır.

Texnoloji avadanlıqlar arasında ən vacibi məlumatları, qərar qəbul edənləri və atıcıları real vaxt rejimində birləşdirən şəbəkəli bir idarəetmə və nəzarət sistemidir. Baş verən döyüşləri müşahidə edən komandirlər lazımi imkanları istədikləri anda, zəif nöqtələri qorumaq üçün lazımi aktivləri lazımi anda doğru yerə köçürə bilirlər.

Quru döyüşlərində texnoloji asimmetriya daha az əhəmiyyətli olsa da, yenə də təsiredici görünür. Hücum sistemləri düşməndən daha yüksək məsafələrdə və daha dəqiqliklə atəş etməlidir.

(Ardı var...)
Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asimmetrik-müharibə   Beynəlxalq-hüquq  

Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - I YAZI

2020/05/1-1590141700.jpg
Oxunub: 2374     17:54     22 May 2020    