Rusiya hipersəs sürətli hədəfləri aşkar edə bilən yeni radarı təqdim edib

2020/05/45345-1590133895.jpg
Oxunub: 1831     15:08     22 May 2020    
“Rosoboronexport” hipersəs sürətli hədəfləri aşkar edə bilən yeni 59N6-TE mobil 3D radarı təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev məlumat verib.

Bildirilir ki, radar “Nijni Novqorod Radiotexnika İnstitutu” tərəfindən hazırlanıb.

59N6-ТЕ desimetr dalğa uzunluğuna malik olan orta və yüksək hündürlüklü bir radardır. Hipersəs hədəflərindən başqa, radarlar aerodinamik və ballistik hədəfləri də effektiv şəkildə aşkar edə bilir.

Məlumata görə, radar 450 kilometr radiusda, 200 kilometr yüksəklikdə saatda 8000km-ə qədər sürətlə uçan hədəfləri aşkar etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Radar  

Rusiya hipersəs sürətli hədəfləri aşkar edə bilən yeni radarı təqdim edib

2020/05/45345-1590133895.jpg
Oxunub: 1832     15:08     22 May 2020    