Ermənistan XİX-ə hərbi təşkilat rəhbəri ilə bağlı bildiriş göndərilib

2020/05/Sasun-1590132873.jpg
Oxunub: 551     12:20     22 May 2020    
Ermənistan Prokurorluğu parlamentin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın qardaşı Edqar Marukyanın təqdim etdiyi cinayət haqqında bildirişi materiallar hazırlamaq üçün Ermənistan Xüsusi İstintaq Xidmətinə göndərib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu prokurorluğun ictimai əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.

Edmon Marukyanın qardaşı “Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyana qarşı cinayət haqqında bildiriş təqdim edib, Mikayelyan tərəfindən Ermənistan parlamentinin zalında səslənmiş “başını kəsərəm”, “boynunu kəsərəm” ifadələrini təhdid kimi qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİX   Yerkrapah  

Ermənistan XİX-ə hərbi təşkilat rəhbəri ilə bağlı bildiriş göndərilib

2020/05/Sasun-1590132873.jpg
Oxunub: 552     12:20     22 May 2020    