Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, rusiyalı politoloq Aleksandr Skakov vəziyyəti təsvir edib.
O qeyd edib ki, qaz və neft xammalı lobbiçiləri tərəfindən hədsiz dərəcədə böyük təsir var.
“Bu, Rusiya Səudiyyə Ərəbistanı və ABŞ ilə guya Rusiya üçün ucuz neft almağa görə tamamilə mənasız mübarizəyə girəndə də var idi. İndi də eyni şey baş verir. Və mən düşünmürəm ki, bütün bunlar siyasi cəhətdən hesablanıb və ağlabatandır”, - deyə Skakov bildirib.
Skakovun sözlərinə görə, koronavirus epidemiyası ilə əlaqədar yaranmış vəziyyət də öz təsirini buraxır və bütün bunlardan sonra Avrasiya İqtisadi Birliyinin vahid, dost strukturu ola biləcəyini söyləmək hazırda çətindir.
Alpər Mövludoğlu
Ordu.az