ABŞ səfiri: “Dağlıq Qarabağ münaqişəsində diqqətimizi əhalini, xalqı sülhə hazırlamaq işləri istiqamətinə yönəltmişik”

2020/05/22121-1590132498.jpg
Oxunub: 1154     12:38     22 May 2020    
“Bu uzunmüddətli münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərinə cəlb olunmaq öhdəliyimizə sadiq qalmağa davam edirik”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində canlı yayımda ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi “Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli barədə son bəyanatını necə şərh edərsiniz?” sualına cavab verərkən bildirib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu işlərə aktiv şəkildə cəlb olunmuş olaraq qalmağa davam edir.

“Rusiya digər üç həmsədrdən biridir və biz ATƏT həmsədrləri ilə işlərimizi konstruktiv formada həyata keçirməyə çalışırıq”, - deyə Treysi bildirib.

ABŞ-ın Ermənistandakı səfiri bildirib ki, qlobal pandemiya şəraitində ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə məsələsi üzrə müzakirələrini davam etdirməsi, onların onlayn formada olması vacibdir.

“Dağlıq Qarabağ münaqişəsində diqqətimizi əhalini, xalqı sülhə hazırlamaq işləri istiqamətinə yönəltmişik”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Ermənistan   ATƏT   İşğal   ABŞ  

ABŞ səfiri: “Dağlıq Qarabağ münaqişəsində diqqətimizi əhalini, xalqı sülhə hazırlamaq işləri istiqamətinə yönəltmişik”

2020/05/22121-1590132498.jpg
Oxunub: 1155     12:38     22 May 2020    