Ermənistan MTX-nin sabiq rəhbəri: “Paşinyanı hakimiyyətə Azərbaycanın müttəfiqi olan kənar qüvvələr gətirib”

2020/05/13221-1588928419.jpg
Oxunub: 2365     19:28     22 May 2020    
“Mayın 20-də Brüsseldə bir hadisə baş verib, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində qətnamə layihəsi səsverməyə qoyulub və qəbul olunub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Davit Şahnazaryan deyib.

O bildirib ki, mayın 20-dəki layihədə sadəcə Minsk qrupunun səylərini, 2009-cu ilin fundamental prinsiplərini dəstəklədikləri deyilib və bundan sonra BMT Nizamnaməsi, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı qeyd olunur.

“Bütün bunlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Amma burada bir hekayə var. Təvazökarlıqdan kənar olaraq deyim ki, hakimiyyətin səyləri ilə yox, mənim və “Hay Dat”ın Brüssel ofisinin səyləri ilə əvvəlcə bu üç prinsipi razılaşdırılmış layihəyə daxil etmək nail olunmuşdu, daha sonra onlar layihədən çıxarıldı. Bunun pis hissə olduğunu dedim. İndi isə çox pis hissə haqqında, bu, Paşinyanın Azərbaycanı konstruktiv adlandırmasından sonra baş verib”, - deyə Şahnazaryan bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanı yeni müharibəyə təşviq edir.

“Paşinyanı hakimiyyətə Azərbaycan və Türkiyənin müttəfiqi olan kənar qüvvələr gətiriblər. Bu gün Paşinyanın müttəfiqi koronavirusdur, hər hansı istehza olmadan deyirəm. Paşinyanın müttəfiqi Azərbaycan səlahiyyətliləri olub və olmağa davam edir, o, onların maraqlarına xidmət edir. Paşinyan düşməndir. Reallıq budur”, - deyə Şahnazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Paşinyan  

Ermənistan MTX-nin sabiq rəhbəri: “Paşinyanı hakimiyyətə Azərbaycanın müttəfiqi olan kənar qüvvələr gətirib”

2020/05/13221-1588928419.jpg
Oxunub: 2366     19:28     22 May 2020    