Fakt Toplama Qrupu: Ermənistanda koronavirusa yoluxanların sayında durmadan artım var

2020/03/22460-1585460256.jpg
Oxunub: 1713     16:07     21 May 2020    
“COVID-19 Ermənistan” Fakt Toplama Qrupu xüsusi bəyanatla çıxış edib.

Ordu.az xəbər verir ki, bəyanatda deyilir:

“Mayın 14-də Ermənistan hökuməti Ermənistanda elan edilmiş fövqəladə vəziyyət rejimini 30 gün müddətinə iyunun 13-ü saat 17:00-dək uzatmaq haqqında qərar qəbul etdi. Qeyd etmək lazımdır ki, fövqəladə vəziyyət rejimi tətbiq olunandan bəri Ermənistanda koronavirus xəstəliyinə yoluxanların sayında azalma yox, davamlı artım müşahidə olunur. Bu da hökumətin səriştəsiz hərəkətləri və məsuliyyətsiz münasibətləri səbəbindən baş verir.

Hökümətin qərarından sonra Səhiyyə naziri Arsen Torosyanın açıqlaması oldu. O, yalan və əsassız xəbərlər yayanlar barədə məlumatlarının hüquq mühafizə orqanlarına ötürülməsi zəruriliyindən danışmışdı. Bununla da vətəndaşlarıa zərər vermə marağında olanların kim olduğunu və bunların arxasında kimlərin durduğunun ortaya çıxarılmasının vacibliyini qeyd etmişdi.

Qeyd etmək lazımdır ki, hələ fevral-mart aylarında dünyada koronavirusun yayıldığı bir vaxtda Ermənistanda 12 mart tarixinə qədər konstitusiya referendumunun keçirilməsi ilə bağlı aktiv bir kampaniya çərçivəsində hakim partiya bütün Ermənistan ərazisində mitinqlər keçirirdi.

Çıxışlarında səhiyyə naziri əsas diqqəti koronavirusun təhlükəli bir xəstəlik olmadığına, bu virusa xüsusi diqqət yetirməyin lazım olmadığına yönəldirdi. Nəticə etibarilə məhz hökumət vətəndaşlara təhlükəli və əsassız xəbərlərin yayılmasında iştirak edib.

Sui-qəsd nəzəriyyəsinin ilk yayıcıları Nikol Paşinyan və səhiyyə naziri Arsen Torosyan idi, buna görə də əvvəlcə hüquq mühafizə orqanları tərəfindən ictimaiyyətin şüurunu zəiflədən və sayıqlığı zəifləməsinə səbəb olan belə məsuliyyətsiz bəyanatların səbəbini tapmaq üçün onlar dindirilməlidir.

Hüquq-mühafizə orqanları həmçinin koronavirus yoluxmuş insanları yüngül simptomlarla təcrid etməmək qərarının qanuni olub-olmadığını öyrənməlidir.

Əslində, hökumətin səriştəsiz fəaliyyəti nəticəsində koronavirusun yayılmasının qarşısını almaq prosesi uğursuz oldu. Nəticədə, koronavirusun yayılması nəzarətdən çıxdı, üsul və vasitələr tükəndi, bunun nəticəsində hökumətin yoluxmuş insanı təcrid etmək imkanı yoxdur. Yoluxmuş insanları evdə təcrid etmək məcburiyyətində qalır, bununla da ev təsərrüfatlarının digər üzvlərinə infeksiyanın yoluxmasına və infeksiya mənbəyi olmasına kömək edir. Hökumətin uğursuz siyasəti üzündən xalqın sağlamlığı indi təhlükə altındadır.

“COVID-19 Ermənistan” Fakt Toplama Qrupu bir daha bəyan edir ki, Ermənistanda koronavirusun yayılması və onun nəticələrinə bütün məsuliyyəti cəmiyyət deyil, şəxsən Nikol Paşinyan başda olmaqla hökumət daşıyır. Qeyd etməliyik ki, Nikol Paşinyanın nəhayət koronavirusun yayılmasının milli təhlükəsizlik məsələsi olduğunu başa düşməsini alqışlayırıq, lakin Paşinyan, bu məsələnin həlli üçün hökumətin, ilk növbədə özünün cavabdeh olduğunu dərk etməməkdə davam edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   COVID-19  

Fakt Toplama Qrupu: Ermənistanda koronavirusa yoluxanların sayında durmadan artım var

2020/03/22460-1585460256.jpg
Oxunub: 1714     16:07     21 May 2020    