Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsinə başlanacaq

2020/05/15899-1589983578.jpg
Oxunub: 2014     17:51     20 May 2020    
Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq. Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.

Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750 avtomobil verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid-ailələri   Mənzil  

Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillərin verilməsinə başlanacaq

2020/05/15899-1589983578.jpg
Oxunub: 2015     17:51     20 May 2020    