Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - II YAZI

2020/05/2-3180280940.jpg
Oxunub: 4571     15:31     22 May 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Yazının ilk hissəsində qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran birinci tapşırıq işğal altında olan ərazilərin azad edilməsidir. İşğal altında olan ərazilər isə əsasən dağlıq ərazilərdir. Dağlıq ərazinin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri, hərb elminin öyrənilməsi, təlimlər, əməliyyatların planlaşdırılması və keçirilməsi zamanı diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir. Bu xüsusiyyətlər öyrənilməsə və nəzərə alınmasa uğurdan danışmaq olmaz.

Əvvəlki məqalədə dağların xüsusiyyətlərinin qoşunlarımızın fəaliyyətlərinə ümumi təsirini araşdırmışdıq, eləcə də motoatıcı və tank qoşunlarının dağlarda hücumu zamanı diqqət edilməsi vacib olan məsələləri təhlil etmişdik. Bu məqalədə isə dağlıq ərazidə hücum zamanı qoşun növləri, qoşun qismləri və xidmətlərin fəaliyyətlərinin xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Raket qoşunları və artilleriya

Dağlarda raket qoşunları və artilleriyanın ağır texnikası üçün keçidlərin az olması, dağ çayları, raket qoşunlarının mövqe rayonlarına irəliləməsinin çətinliyi bu qoşunların tətbiqini mürəkkəbləşdirir. Hava temperaturunun, küləyin sürətinin və istiqamətinin qəfil dəyişmələri, tufanlar və digər amillər start (atəş) mövqelərinin, komanda-müşahidə məntəqələrinin, atış üçün qurğuların koordinatlarının müəyyən edilməsində, eləcə də nişanalmada çətinliklər yaradır.

Relyefin çətinliyinə görə raket qoşunlarının mövqelərini, artilleriyanın atəş mövqelərini və bölmələri yollar boyu, orta dərə-təpəli ərazilərdə, nisbətən daha kiçik sahələrdə yerləşdirmək lazımdır. Adi şəraitlərdən fərqli olaraq, şəxsi heyətin mühafizəsi və döyüş texnikasının gizlədilməsi üçün daha çox qüvvə və vasitə ayırmaq lazımdır.

Meteoroloji şəraitə və atış şərtlərinə görə olan düzəlişlər artacaq, ona görə də raketlərin buraxılmasının və artilleriyanın atışlarının meteoroloji təminatına olan tələblər yüksəlir. Bu səbəbdən atəşkəs şəraitində döyüş hazırlığının gedişində və əməliyyatlara hazırlıq mərhələsində şəxsi heyət bu xüsusi vərdişlərə yiyələnməlidir. Əks təqdirdə sursat məsrəfi artacaq, təminat çətinləşəcək, eləcə də qoşunların tapşırıqları yerinə yetirməsi sual altında qalacaq.

Qeyd etdiyimiz kimi raket qoşunları və artilleriya əsasən yollar boyu yerləşdiriləcək. Bu zaman batareya və divizionlar atəş mövqelərində qısaldılmış məsafələrdə yerləşə bilərlər.

Start və atəş mövqelərinin dağ çayları yaxınlığında, qurumuş çay yataqlarında, çökəklik və yarğanlarda, bilavasitə uçurumların kənarında seçilməsi düzgün deyil. Qəfil dəyişən hava şəraiti, yağan yağış və sel bu bölmələrin döyüş tapşırıqlarının yerinə yetirilməməsinə və döyüşsüz məhvinə səbəb ola bilər. Odur ki, mövqelər seçilərkən və ərazi kəşfi zamanı relyefin xüsusiyyətləri dəqiq qiymətləndirilməlidir.

Korpusun artilleriya qruplaşması hücum əməliyyatında elə tərkibdə olmalıdır ki, qoşunların atəş sərbəstliyini təmin etsin. Əgər bir neçə istiqamətdə fəaliyyət planlaşdırılıbsa, briqadalar arasında atəş əlaqəsi olmadığına görə korpus artilleriya qrupunu yaratmaq məqsədəuyğun deyil. Bu halda güclü briqada artilleriya qrupları yaradılmalıdır.

Düşmən müdafiəsi çoxyaruslu düzülüşə malik olduğuna görə artilleriyanın döyüş tapşırıqlarının həcmi də artacaq. Düşmənin dağ yamaclarında yerləşən və hücum edən qoşunlarımıza tərəfə yönəlmiş müdafiəsini yarma zamanı isə düzünə tuşlama atışı üçün ayrılmış vasitələrin tapşırıqlarının həcmi artacaq.

Bu səbəbdən atəş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzünə tuşlama atışı üçün daha artıq sayda artilleriya vasitələri tələb olunur. Planlaşdırma zamanı qərargah bunun dəqiq hesabını aparmalıdır.

Düşmənin ön xəttində və yaxın dərinliyində müşahidə olunan atəş vasitələri və canlı qüvvəsinin məhv edilməsinə əsasən düzünə tuşlama atışı üçün ayrılmış artilleriya vasitələri cəlb olunmalıdır.

Hücumun gedişi zamanı ələ keçirilmiş aşırımların, keçidlərin, dağ silsilələrinin və ayrı-ayrı vacib yüksəkliklərin möhkəmləndirilməsi məqsədi ilə onlara ayrı toplar, taqımlar, batareyalar, bəzən də tam tərkibdə artilleriya divizionları çıxarılmalıdır. Buna, şəraitdən asılı olaraq komandirlər qərar verməlidir.

Dağlarda artilleriya atəşinin idarə edilməsi çətinləşəcək. Bunun üçün idarəetmə məntəqələri dərinliyə görə eşelonlaşdırılmalı və müxtəlif yüksəkliklərdə yerləşdirilməlidir. Yəni adi halda olduğundan daha çox ön və yan müşahidə məntəqələri açılmalıdır. Bunun üçün əvvəlcədən texniki təminat vasitələri və hazırlıqlı şəxsi heyət nəzərdə tutulmalıdır.

HHM qoşunları

Dağlıq ərazilərdə düşmən aviasiyasının dərələr və vadilər boyu, gizli yaxınlaşma imkanları mövcuddur, eləcə də dağlar ekranlaşdırma təsiri göstərir. Düşmən aviasiyanın alçaq hündürlüklərdə fəaliyyəti zamanı, kəşfiyyat zonasının və zenit atəşinin sahəsinin ölçüləri kiçiləcək. Atəşin avtomatik idarə olunması çətinləşəcək. Himayə ediləcək obyektlərin sahələri və xüsusiyyətləri dəyişmiş olacaq. Qoşunlarımızın HHM qüvvə və vasitələrinin dağlarda döyüş düzülüşü yollara, aşırımlara, yayla və vadilərə bağlı olacaq.

Bütün bunlar HHM qoşunlarında döyüş hazırlığının məqsədyönlü təşkilini, qüvvələrin döyüş imkanlarının lazımi səviyyəyə çatdırılmasını, düşmən aviasiyasının və onun fəaliyyət xarakterinin real qiymətləndirilməsini, ölkənin HHM sisteminin elementləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılmasını tələb edir.

Zenit-raket artilleriya taqımları ön dəstə, reyd dəstəsi və ya yandan keçmə dəstəsi kimi fəaliyyət göstərən motoatıcı və tank taborlarına verilə bilər. Onlar himayə olunan bölmələrin döyüş düzülüşündə cüt və tək qurğularla (döyüş maşınları ilə) fəaliyyət göstərməlidirlər.

Qurumuş çay yatağı boyu fəaliyyət göstərən alçaqdan uçan hədəflərə qarşı, həmçinin yüksəkliklərdə, dağ qılıncları və yamaclarında düşmənin hava desantı ilə mübarizə üçün, atıcı-zenitçilərin və ya zenit qurğularının pusqudan fəaliyyəti planlaşdırılmalıdır. Hava düşməninin kəşfiyyatı bütün mövcud qüvvə və vasitələrlə aparılmalıdır, bu kəşfiyyat məlumatları operativ olaraq bir mərkəzə və qonşulara ötürülməlidir.

HHM bölmələrinin dağlarda yerdəyişməsi, qoşunların döyüş fəaliyyətlərinin mühüm dövründə (aşırımlar uğrunda döyüşdə, dağ çaylarını keçərkən və s.) elə planlaşdırılmalıdır ki, bütün HHM qüvvə və vasitələri ilə və ya onların böyük hissəsi ilə himayə oluna bilsin.

Aviasiya

Dağlıq ərazi aviasiya üçün ən əlverişsiz fəaliyyət məkanı hesab olunur. Dağlar aviasiyanın döyüş tapşırığını yerinə yetirmək üçün istifadə imkanlarını məhdudlaşdırır, uçuşların təhlükəsizliyinə tələbləri artırır, dağ şəraitlərinə uyğun fəaliyyət qaydalarının tətbiq edilməsini, aviasiya üçün əlavə yönəltmə məntəqələrinin açılmasını tələb edir. Dağıq ərazilər həmlə və ordu aviasiyasının tətbiqində də müəyyən xüsusi tələblər yaradır. Yüksəkliklər zonası təyyarə və helikopterlərin tərkibinə və tətbiqinə bilavasitə təsir edir. Aviasiya zərbələrinin təsirini artırmaq üçün daha böyük miqyasda həcm partlayışlı və yandırıcı bombalar tətbiq etmək məqsədəuyğundur.

Aviasiyanın dağlıq şəraitlərdə düşmənə atəşlə zərərvurmada, kəşfiyyatın aparılmasında, nəqliyyat və digər tapşırıqların yerinə yetirilməsində rolu artacaq. Bununla əlaqədar olaraq planlaşdırma və idarəetmə zamanı, aviasiyanın birləşmə və hissələrlə qarşılıqlı fəaliyyətlərinin, aviasiyanın etibarlı idarəetməsinin, briqada və taborların aviasiya tuşlayıcıları tərəfindən hədəflərə zərbələr üçün aviasiyanın istiqamətləndirilməsinin çox dəqiq razılaşdırılması vacibdir.

Dağlarda helikopterlərin tətbiqi zamanı onların yükqaldırma qabiliyyətlərinin aşağı düşməsini nəzərə almaq lazımdır, çünki hər 1000 m hündürlükdə yüklənmə imkanı 8-10% aşağı düşəcək.

Birinci Qarabağ müharibəsi və qoşunların təlimlərinin təcrübəsi göstərir ki, ordu aviasiyasının dağlıq ərazi şəraitlərində qoşunların himayəsi və təminatında rolu artır. Ordu aviasiyasının hissə və bölmələri, adi şəraitlərdən fərqli olaraq, məzmununa və yerinə yetirilmə üsullarına görə daha əhəmiyyətli və geniş həcmli tapşırıqları uğurla yerinə yetirməyə qadirdir.

Aviasiya dəstəyinin gedişində, aviasiya – artilleriyanı, tank əleyhinə vasitələri və düşmənin dərələrdə, kanyonlarda, səngərlərdə, mağaralarda və dağ yamaclarında çoxyaruslu yerləşmiş təbii sığınacaqlarda və fortifikasiya qurğularında canlı qüvvəsini, yürüş və döyüş düzülüşündə olan döyüş texnikasını məhv edə bilər, düşmənin yandan keçmə dəstələrinə, taktiki-hava desantına və kəşfiyyat-təxribat qruplarına zərbələr endirə bilər, bizim qoşunların desant qruplarının uçuşlarını təmin edərək onların çıxarılmasını və döyüş fəaliyyətini dəstəkləyə bilər.

Məlumdur ki, dağlıq ərazi avtomobil nəqliyyatının qoşunların maddi təminatı üzrə işini çətinləşdirir. Buna görə də qoşunlara maddi-texniki vasitələrin çatdırılması üçün ordu aviasiyasının hissə və bölmələri geniş tətbiq oluna bilər.

Qoşunların dağlardakı fəaliyyətində düşmən arxasına helikopterlərlə çıxarılan taktiki hava desantları və yandan keçmə dəstələri vacib rol oynayacaq. Ordu aviasiya bölmələri, həmçinin qoşunların və döyüş texnikasının ərazinin keçilməz sahələrindən, uçqun və qalaqlar üzərindən keçirmək üçün geniş tətbiq oluna bilər.

Döyüş-nəqliyyat və nəqliyyat-desant helikopterləri artilleriya batareyalarının atəş mövqelərinin dəyişdirilməsi üçün çox uğurla tətbiq oluna bilər. Helikopterlərin istifadəsi artilleriya batareyasına atəş mövqeyini dəqiqələrlə hesablanan qısa vaxt ərzində dəyişməyə imkan verəcək.

Helikopter bölmələri və ayrı-ayrı helikopterlər mina sahələrinin qurulmasında, idarəetmənin, rabitənin və retranslyasiyanın təmin olunmasında, artilleriya atəşinə düzəliş (korrektə) edilməsində effektiv tətbiq oluna bilər.

Dağlarda hücum əməliyyatlarının təşkilində aviasiyanın qüvvə və vasitələrinin qoşunların fəaliyyət istiqamətləri üzrə paylanmasına böyük diqqət ayırmaq lazımdır. Ordu aviasiyası bölmələri və heyətlərinin qoşunların fəaliyyətlərinin hər istiqamətdə dəstəkləməsi və təminat məqsədilə təhkim edilməsi məqsədəuyğundur. Planlaşdırma zamanı, reyd və yandan keçmə dəstələrinin tərkibindən asılı olmayaraq, aviasiya qüvvələrinin onları dəstəkləməsi üçün, adi şəraitlərdən fərqli olaraq, güclü aviasiya ehtiyatı yaradılmalı, uzaq atəş zərbəsi üçün hücum aviasiya qüvvələri ayrılmalı, həmçinin məsafədən minalamaq və rabitənin retranslyasiyası üçün təyyarə və helikopterlər nəzərdə tutulmalıdır.

Qarşılıqlı əlaqə məsələlərinin təşkilində, aviasiya tuşlayıcılarına xüsusi yer verilməlidir. Döyüş təcrübələrinə əsaslanaraq, taktiki hava desantı və dövrələmə qrupları tərkibində olan taborlarda aviasiya tuşlayıcıları, aviasiyanın istiqamətlənməsini və hədəfgöstərməni həyata keçirərək, motoatıcı bölmələrin və aviasiyanın sıx qarşılıqlı atəş fəaliyyətini təmin edə bilərlər.

Dağlarda sutkanın qaranlıq vaxtında əməliyyat aparılarkən, aviatuşlayıcının rolu daha çox artır, çünki heyətlərin müstəqil çıxış və hədəfləri tanıma imkanları minimuma qədər azalır. Qoşunların ştat tərkibi yaradılarkən və əməliyatların planlaşdırılması mərhələsində buna mütləq diqqət yetirilməlidir.

Dağlıq ərazidə aviasiya hissə və bölmələrinin idarə edilməsi qoşunların fəaliyyət istiqamətləri üzrə təşkil olunmalıdır. Bunun üçün onların hər birində müstəqil idarəetmə məntəqələrinin – Döyüş İdarəetmə Qruplarının (DİQ) yaradılması mütləq vacibdir.

Qoşunların hərəkətə başlamasının atəş təminatı dövründə ordu aviasiyası düşmənin helikopterləri, kəşfiyyat-təxribat qrupları ilə mübarizə aparmalıdır.

Həmlənin aviasiya hazırlığı dövründə, dərinlikdə və yüksəkliklərin arxa yamaclarında yerləşən atəş vasitələri və digər hədəflərin aşkar olunması və məhv edilməsinin çətinliyi səbəbindən, adi şəraitlərə nisbətən daha çox sayda aviasiyanın cəlb edilməsi tələb olunur. Aviasiya qoşunlarının kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də əmiliyyatların planlaşdırılması mərhələsində bu suallar həllini tapmasa qoşunların itki sayı artacaq, tapşırıqlar tam yerinə yetirilməyəcək.

Həmlənin aviasiya hazırlığı dövründə aviasiya zərbələrini, birinci və ya bir neçə artilleriya atəş basqısından sonra endirmək lazımdır. Bu zərbələrin gedişində düşmənin digər obyektləri ilə yanaşı, onun hava hücumundan müdafiə vasitələrini susdurmaq və məhv etmək tələb olunur.

Artilleriya ilə manevrin çətinliklərini nəzərə alaraq hücumun atəş dəstəyi zamanı, aviasiya ən manevrli vasitə kimi bütün atəş tapşırıqlarının böyük hissəsini yerinə yetirməyə cəlb oluna bilər. O, düşmənin, əsasən də yüksəkliklərin arxa tərəfində, aşırımlarda, dərələrdə və digər əlçatmaz yerlərdə olan qoşunlarına və atəş vasitələrinə zərbələr endirə bilər, həmçinin desant çıxarma və taktiki hava desantlarını atəşlə himayə etmə fəaliyyətlərini həyata keçirə bilər, düşmən helikopterləri ilə mübarizə apara bilər. Nəzərə almaq lazımdır ki, aviasiya tərkibi və təyinatına görə müxtəlif olan qoşunları himayə edəcək: birinci eşelon, ön dəstə, ötüb keçmə dəstəsi və reyd dəstələrini. Aviasiyanın tətbiqinin adi hallarda olduğundan fərqli olaraq daha çox növbətçilik zonalarından və ya patrulluq zonalarından planlaşdırılması məqsədəuyğundur.

Qoşunların düşmən müdafiəsinin dərinliyində hücumları zamanı aviasiya müşayiəti dövründə, adi şəraitlərdən fərqli olaraq ordu aviasiyasına daha çox tələbat yaranacaq. Odur ki, aviasiyanın əsas uçuş ehtiyatlarını bu mərhələyə ayırmaq lazımdır.

Zirehli obyektlərlə mübarizədə aviasiyanın səmərəliliyini artırmaq üçün, döyüş helikopterləri və hücum aviasiya təyyarələrindən ibarət olan qarışıq həmlə qruplarını yaratmaq və cəlb etmək vacibdir. Bu qrup alçaq və ən alçaq hündürlükdə olaraq, kəşfiyyat helikopterlərinin məlumatlarını və onların hədəf göstəricilərini istifadə etməli, düşmən obyektinin HHM vasitələrini məhv etməli, sonra isə ordu aviasiyasının hücum qrupu ilə düşmənə atəşlə zərərvurmanı həyata keçirməlidir.

Kəşfiyyat hissə və bölmələri

Kəşfiyyat hissə və bölmələri məcbur olacaqlar ki, bir qayda olaraq, daha enli zolaqlarda, çoxlu yaruslarda və ayrı-ayrı istiqamətlərdə kəşfiyyat aparsınlar. Bununla əlaqədar olaraq düşmənin və ərazinin kəşfiyyatı üzrə tapşırıqların həcmi artacaq, radio kəşfiyyat, pelenqləmə, kəşfiyyat orqanları ilə idarəetmə çətinləşəcək. Kəşfiyyat orqanlarının təminatında və döyüş tapşırıqları verilərkən bunlar mütləq nəzərə alınmalıdır. Kəşfiyyat hissə və bölmələrinin imkanları, təchizatı və hazırlığı bu tapşırıqların uğurla yerinə yetirilməsinə müvafiq vəziyyətə çatdırılmalıdır.

Mühəndis hissə və bölmələri

Dağlarda mühəndis birləşmələri və hissələri adi şəraitlərdə olduğundan daha cox hərəkət yollarının hazırlanması və bərpası, tankəleyhinə maneələrin, uçqunların və dağıntıların dəf olunması, dağ çayları, kanyonlar və dərələr üzərindən körpülərin salınması, istehkam qurğularının inşa edilməsi üzrə işləri yerinə yetirməyə hazır olmalıdırlar. Nəzərə almaq lazımdır ki, digər ərazilərlə müqayisədə dağlarda istehkam qurğularının inşa edilməsi zamanı şəxsi heyətin və mühəndis texnikalarının məhsuldarlığı 3-5 dəfə aşağı düşəcək.

Bununla yanaşı, dağ yollarında daha az qüvvələrlə qalaqların, uçqunların və dağıntıların yaradılma imkanları da çoxalır. Düşmən bundan istifadə edəcək, ona görə qoşunlar bu maneələri dəf etmək üçün təchiz edilməli və hazırlanmalıdır. Dağlıq ərazinin mühafizə və maskalanma xüsusiyyətlərindən effektiv istifadə etmək lazımdır. Onu da nəzərə almaq lazımdır ki, düşmən müdafiədə bunlardan da istifadə edir və edəcək.

Dağlarda helikopterlə hərəkətdə olan maneəqurma dəstələrinin tətbiqi imkanları artır. Mühəndis qoşunlarının döyüş imkanlarını artırmaq üçün qərargahlar bunu da nəzərə almalıdır.

Kimya qoşunları hissə və bölmələri

Kimya qoşunları hissələri və bölmələrinin düzənlik ərazidən fərqli olaraq dağlarda fəaliyyətləri, ilk növbədə kimyəvi silahların tətbiqindən sonra daha mürəkkəb nəticələrin yaranması nəticəsində çətinləşəcək. Belə ərazilərin vaxtında aşkar edilməsi, sərhədlərinin və yayılma istiqamətlərinin müəyyən edilməsi və yandan ötmə imkanları ən vacib tapşırıqlardandır. Dağlarda hücumda odsaçan bölmələrin geniş tətbiqi çox effektivdir və məqsədəuyğundur.

Rabitə hissə və bölmələri

Rabitə birləşmə və hissələrinin fəaliyyətlərinə rabitənin tez-tez pozulması, qısa və ultraqısa dalğalı kanalların işinin çətinləşməsi ötürücülük imkanlarının aşağı düşməsi maneələr yaradacaq. Bölmələrin rabitə vasitələri ilə təminatında bunlar nəzərə alınmalı, qoşunların təchizatında rabitə vasitələrinin texniki imkanları ərazinin bu xüsusiyyətlərinə cavab verməli, əlavə ötürücü stansiyalar nəzərdə tutulmalıdır. Qarşılıqlı əlaqənin təşkili zamanı rabitənin pozulması və təşkilinin mümkün olmadığı vəziyyətlər üçün hər bir bölmənin sərbəst fəaliyyəti razılaşdırılmalı, digər idarəetmə imkanlarına baxılmalı, rabitənin peyk və aviasiya vasitəsilə təşkili imkanları araşdırılmalıdır.

Maddi təminat

Maddi vəsaitlərin məsrəfi dağlıq ərazidə yüksələcək, onların daşınması çətinləşəcək. Buna görə də arxa təminatı hissə və bölmələrini bacardıqca qoşunlara yaxın yerləşdirmək, yerə boşaltmaqla maddi vəsaitlərin artırılmış ehtiyatlarını yaratmaq, qoşunları xüsusi ləvazimatlarla, mövsümdən asılı olaraq isti geyimlə təmin etmək, yaralıların təxliyə edilməsi üçün əlavə vasitələrin (helikopterlərin, qoşqu nəqliyyatının, yükdaşıyanların) ayrılmasını nəzərdə tutmaq lazımdır. Bununla belə dağ relyefi mühafizə olunmuş sığınacaqları, anbarları, şəxsi heyəti daşıyan və yükdaşıyan nəqliyyat üçün daldalanacaqları yaratmağa imkan verəcək.

Dağlıq ərazilərdə əməliyyatların, o cümlədən hücumun təşkili üzrə inkişaf etmiş dünya ordularının çox zəngin təcrübəsi var. Bu təcrübə tədqiq edilməli, dağlarda fəliyyətlər üzrə elmi araşdırmalar aparılmalı, sınaqlar keçirilməli, mövcud təcrübələrin Dağlıq Qarabağ ərazisinə və real şəraitə uyğunluğu öyrənilməli, nəticələr tədris müəsisələrində və döyüş hazırlığının gedişində tədris edilməli, təlimlərdə praktiki sınaqdan keçirilərək təkmilləşdirilməli və əmiliyyatlarda tətbiq edilməlidir.

Qeyd Bu və bundan öncəki məqalədə dağların xüsusiyyətlərinin qoşunlarımızın fəaliyyətlərinə təsirini, dağlıq ərazidə hər qoşun növü və qoşun qisiminin fəaliyyətində diqqət yetirilməli olan məsələləri araşdırdıq. Növbəti məqaləmizdə dağlıq ərazidə hücumun təşkilinin xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Mənbələr:

Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Mühəndis qoşun hissə və bölmələrinin fəaliyyəti, Bakı – 2005.
Kütləvi qırğın silahlarından mühafizə, Bakı – 2014.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji təminatının təşkili və aparılması haqqında Təlimat, Bakı – 2014.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
Briqada artilleriya qrupunun atəşinin idarə edilməsi, Bakı – 2017.
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağlıq-şərait   Hücum  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) - II YAZI

2020/05/2-3180280940.jpg
Oxunub: 4572     15:31     22 May 2020    